Artıq duz qəbulunun ölümcül fəsadları

Artıq duz qəbulunun ölümcül fəsadlarıAmerikalı alimlər qidada mütəmadi olaraq həddindən artıq miqdarda duzdan istifadənin bağırsaqların immun sistemində dəyişikliklərə, nəticədə isə insanın koqnitiv funksiyalarının deqredasiyasına yol açdığını müəyyənləşdirib.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, aparılan elmi araşdırma haqqında məqalə "Nature Neuroscience" jurnalında dərc olunub.

Araşdırmanın tapıntılarına görə, natirum-xloriddən normadan artıq istifadə endotial disfunksiyaya yol açır, arterial təzyiqə təsir etməsə belə, beyində qan dövranının zəifləməsinə və koqnitiv pozuntulara səbəb olur,

Yüksək duzlu dieta bağırsaqda T-helper 17 hüceyrələrinin sayını və onların formalaşdırdığı interleykin-17 molekullarının miqdarını əhəmiyyətli dərəcədə artırıb. Müəlliflər qeyd edirlər ki, qan dövranında interleykin-17 molekulunun artımı bu cür zərərli dietanın beynin qan dövranına mənfi təsiri ilə müşahidə olunub.

Belə bir nəticəyə tədqiqatçılar siçanlar üzərində aparılan sınaqlar və müşahidələrdən sonra gəlib. Alimlər əmin edir ki, əldə olunmuş nəticələr insanlar üçün də keçərlidir. Sınaqlarda gəmiricilər normal qidalanma şəraitinə qaytarıldıqdan sonra yüksək duzlu dietanın neqativ fəsadları aradan qalxıb.

Ümumdünya Səhiyyə Təşkilatı insanın gündəlik olaraq beş qramdan artıq duz qəbul etməsini tövsiyə etmir. Araşdırmaya görə, gündəlik 5 qrama qədər olan normaya əməl olunsa, dünyada hər il 2.5 milyon ölüm halının qarşısını almaq mümkün olar.

Təşkilatın məlumatına görə, planetimizdə yaşayan insanların yarıdan çoxu gündəlik olaraq normadan 80-140% çox natrium-xlorid qəbul edir. İzafi duz başlıca olaraq insan orqanizminə çörəklə, quru səhər yeməkləri və qəlyanaltı yeməklərlə daxil olur.

Sağlamlıq     Baxılıb: 2025   Tarix: 16 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

yay kolleksiyasi toy makiyajlari qaşların formalari intim məktəb quymaq resepti donlar 2026 spermanin qadina faydasi kosmetika gözəllik qadin.az penis xerceng baldiza aid