Aşağı təzyiq bu xəstəliklərdən xəbər verir

Aşağı təzyiq bu xəstəliklərdən xəbər verirArterial təzyiqin daim aşağı olması və digər pozulmalarla (hərarətin enməsi, halsızlıq,  ayaqların və pəncələrin tərləməsi, dərinin solğun olması və s.) müşayiət olunan vəziyyət "hipotoniya" adlandırılır.
Əgər təzyiq az düşürsə, bu təhlükəli sayılmır. Lakin əgər təzyiq normadan 20% və bundan artıq düşürsə, hipotoniya insanın sağlamlığına ciddi ziyan vurur və bu halda mütləq kardioloqun və terapevtin müayinələrindən keçmək lazımdır. Saglamolun.az bildirir ki, hipotoniyaya qadınlarda kişilərlə müqayisədə 5 dəfə tez-tez təsadüf edilir. Əksər hallarda hipotoniyadan 20 yaşından 40 yaşına kimi olan qadınlar əziyyət çəkir.
Hipotoniyanın səbəbləri çoxdur:
- psixoloji travmalar, nevrozlar, xroniki yorğunluq, depressiyalar və s.
- kəllə-beyin travması,
- ziyanlı istehsalatda işləmək (kimyəvi sənaye, radiasiya ilə bağlı olan istehsalat və s.)
- peşəkar idman,
- güclü qanaxmalar (travma, əməliyyat nəticəsində, doğuşdan sonra qanaxmalar və s.),
- arterial təzyiqini aşağı salan preparatların lazım olandan artıq qəbulu,
- hamiləlik,
- irsiyyət. həkimlərin müşahidələrinə görə, hipotoniyaya olan meyillilik irsən ötürülür.
Həmçinin hipotoniya bu kimi xəstəliklərin fonunda inkişaf edə bilər: kardiomiopatiya, xroniki ürək çatışmazlığı, onurğa sütunu boyun nahiyəsinin osteoxondrozu, mədə xorası, hepatit, anemiya, vərəm, şəkərli diabet, qara ciyərin sirrozu, qalxanvari vəzinin fəaliyyətinin pozulması və s.
Hipotoniya zamanı orqanizmin qanla təchiz olunması pozulur və bu müxtəlif simptomların inkişafına səbəb olur. Hipotoniyanın simptomları:
- halsızlıq, yorğunluq, yuxululuq. Hipotoniyadan əziyyət çəkən insanlar çox yatır, lakin yuxudan doymur, səhər çətinliklə oyanır və özünü dincəlmiş və gümrah hiss etmir. Axşamlar onlar daha fəal olur.
- soyuğa və istiyə, güclü səslərə və parlaq işığa həssaslığın artması,
- gözlərin qaralması,
- qadınlarda menstruasiyaların, kişilərdə - potensiyanın pozulması,
- yaddaşın pozulması, əmək qabiliyyətin aşağı olması,
- ürək nahiyəsində ağrılar, istənilən fiziki gərginliklər zamanı güclü ürək döyünməsi, təngnəfəslik,
- əzələlərdə və oynaqlarda ağrılar. Belə ağrılar sakit vəziyyətdə əmələ gəlir və insan hərəkət etdikdə yox olur. Bu əzələlərin pis qan təchizatı ilə izah olunur.
- meteohəssaslıq. Hipotoniyadan əziyyət çəkən insanlar hətta havanın cüzi dəyişməsinə reaksiya verir.
- bayılmalara meyllilik,
- hipotoniyadan əziyyət çəkən insanlar tez-tez əsniyir. Bunun səbəbi oksigenin çatışmazlığıdır.
Bir çox hallarda hipotoniya özünün heç bir əlamətlə büruzə vermir. Lakin hipotoniyanın əlamətləri meydana çıxdıqda mütləq həkimə müraciət etmək lazımdır ki, ağırlaşmalar inkişaf etməsin.
İlk növbədə həkim hipotoniyanın səbəbini təyin edəcək. Əgər müayinələr nəticəsində hipotoniyanın bu insanda olan hər hansı xəstəliklə (ürək, qalxanvari vəzi və s.) əlaqəsi aşkar olunarsa, bu halda əsas xəstəliyin müalicəsi təyin olunacaq.
Heç bir digər xəstəliklə bağlı olmayan, ilkin hipotoniyanın müalicəsində  adətən tərkibində kofein maddəsi olan stimullaşdırıcı preparatlar təyin olunur. Həmçinin hipotoniya zamanı bəzi bitkilərin istifadəsi də çox effektlidir. Bu bitkilərin arasında: jenşen, exinaseya, eleuterokokk, yemişan və s.
Həmçinin belə insanlara B qrupu vitaminləri təyin olunur. Qidalanmada kalium (kartof, badımcan, ərik, kələm, qara qavalı və s.) və kalsiumla (süd məhsulları) zəngin olan qidaları artırın. Qidanı tez-tez və kiçik porsiyalarla qəbul etmək lazımdır.
İnsan yaşlaşdıqca ilkin hipotoniya əksər hallarda özü-özündən keçir, arterial təzyiq artır. Bəzi hallarda cavanlıqda hipotoniyadan əziyyət çəkən insanlarda illər keçdikcə hipertoniya xəstəliyi inkişaf edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1527   Tarix: 24 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Qocalığı gecikdirən möcüzəvi çərəzlər

Çərəzlər vitaminlər, mikroelementlər, bitkimənşəli zülallar, lif və doymamış yağlarla olduqca zəngindir. İnsan sağlamlığı üçün faydalarına görə bir reytinq hazırlansa, qoz bu siyahının lideri olar. -a istinadən xəbər veri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

turlar.az

geyim və ayaqqabılar qadin sayti həkim məsləhəti baliq qulagi dan el isleri yeni dogulmus korpeye lazim olan esyalar elza seyidcahan stil dərsləri kosmetika hamilelik pizza anabaci maraqlı damla