Aspirin, kardiomaqnili özbaşına içmək beyin qanaması verə bilər- Kardioloq
Xüsusilə pandemiya dövründə aktuallaşan qan durulducu dərmanların (aspirin kardio, kardiomagnil, trombopol və s.) həkim göstərişi olmadan istifadəsi düzgün deyil.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyevin sözlərinə görə, "qanım duru olsun, infarktdan qorunum" düşüncəsi ilə sağlamlığımızı ciddi təhlükəyə atırıq. Aspirinin bu cür nəzarətsiz qəbulu qanaxma riskini artırır. Bu, xüsusilə mədə qanaması, beyin qanaması riskini artıraraq həyati təhlükə yarada bilər.
Qan durulducular kimə təyin olunur?
- təsdiqlənmiş ürək-damar xəstəliyi olanlara;
- miokard infarktı keçirmiş xəstələrə;
- ürək damarına stent implantasiya olunmuş xəstələrə;
- aorta-koronar şuntlama kimi açıq ürək əməliyyatı olunmuş xəstələrə;
- yüksək riskli şəkər xəstələrinə.
"Aspirin və bu kimi qanduruldan dərmanlar yalnız həkim təyinatı əsasında istifadə edilməlidir", - deyə həkim xəbərdarlıq edib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert