Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artırBeş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır.
Milli.Az medicina.az-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib.
"Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərləri Avropanı təşvişə salıb.
Avstriya, Danimarka, Almaniya, İsveç və Hollandiyada ilin əvvəlindən bəri 15 ilə 30 arasında yoluxma faktı aşkarlanıb. Hollandiyada təsdiqlənmiş beş ölüm faktı qeydə alınıb. Avstriya da bir neçə insanın xəstəlikdən öldüyünü təsdiqləsə də, ÜST-ə dəqiq rəqəm təqdim etməyib.
ÜST əsasən quşçuluq işçilərinin, baytarların, ev quşu saxlayanların və bağbanların təhlükə altında olduğunu açıqlayıb.
Xəstəliyin insanlara ötürülməsi əsasən tənəffüs yolu ilə, qurudulmuş nəcisdən və ya lələklərdən olan hissəciklərin inhalyasiyası ilə baş verir. İnfeksiyanın yoluxması üçün quşlarla birbaşa təmasda olmaq lazım deyil.
İnsanlarda simptomlara qızdırma, titrəmə, baş ağrısı, əzələ ağrıları və quru öskürək daxildir. Simptomlar adətən infeksiyaya yoluxduqdan 14 gün sonra üzə çıxır.
ÜST ev quşları saxlayan insanlara qəfəsləri təmiz saxlamağı, qəfəslərdəki quş sayının çox olmamasına diqqət yetirməyi və əllərini tez-tez yumağı tövsiyə edib.
ÜST qeyd edib ki, bu xəstəliyi daşıyan quşlar beynəlxalq sərhədləri keçə bilsələr də, hazırda xəstəliyin beynəlxalq miqyasda yayılmasına dair heç bir əlamət yoxdur.
"Ümumiyyətlə, insanlar tutuquşu qızdırmasına səbəb olan bakteriyaları başqa insanlara yoluxdurmurlar, ona görə də xəstəliyin insandan insana keçmə ehtimalı azdır. Dəqiq diaqnoz qoyularsa, bu patogen antibiotiklərlə müalicə edilə bilər", - deyə ÜST-dən bildirilib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1147   Tarix: 11 mart 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari reseptler yuxu yozmalar goyemin faydalari gundelik burcler qara noqteler ucun uz maskalari kosmetika novruz bayramına aid hakışda xocali həsən bəy zərdabi tanisliq vusale elizade