Avropanın 8 ölkəsində "Meymun çiçəyi" aşkarlanıb
Avropanın 8 ölkəsində "Meymun çiçəyi" aşkarlanıb
Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun direktoru Hans Klüge deyib.
Klüge vurğulayıb ki, Avropada müəyyən edilən halların əksəriyyəti hələ də yüngül formadadır.
"Avropada və onun hüdudlarından kənarda yoluxma hallarının coğrafi səpələnməsi onu göstərir ki, yoluxma bir müddət davam etmiş ola bilər", - ÜST rəsmisi qeyd edib.
Bu günə qədər Avropanın azı səkkiz ölkəsi - Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyada, həmçinin Avstraliya, Kanada və ABŞ-da xəstəlik qeydə alınıb.
Meymun çiçəyi adətən özünü məhdudlaşdıran xəstəlikdir və yoluxmuş insanların əksəriyyəti müalicə olunmadan bir neçə həftə ərzində sağalır. Bununla belə, xəstəlik xüsusilə azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olanlarda daha ağır keçə bilər.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi