Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilərGünün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna görə də son illərdə "yuxuya hazırlıq" ideyası - yəni günün sürətindən gecənin sakitliyinə keçidi təmin edən kiçik rituallar sağlam həyat tərzinin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu ritualların təsiri çox vaxt kəskin deyil; əksinə, sinir sisteminə yavaş-yavaş "sönmək" siqnalı verən xırda keçidlərdən ibarətdir. 
Milli.Az xəbər verir ki, tünd şokoladın tərkibindəki yüksək kakao payı sayəsində maqneziumla zəngin olması, onu sinir sistemi baxımından maraqlı bir mövqeyə qoyur. Maqnezium əzələlərin boşalmasından tutmuş stres reaksiyasının tarazlanmasına qədər bir çox prosesdə iştirak edir; o, gün ərzində toplanan gərginliyi yumşalda bilən minerallardan biridir.
Bunun üzərinə triptofan (serotonin istehsalında istifadə olunan bir amin turşusu) da əlavə olunur. Serotonin gecələr melatoninə çevrilərək yuxuya keçidi asanlaşdıran dövrənin bir hissəsidir. Kakaodakı flavonoidlərin beyin qan dövranını dəstəklədiyinə və stresin fizioloji təsirlərini azalda bildiyinə dair tapıntılar da bu mənzərəni tamamlayır. Yəni tünd şokolad bədəni yuxuya hazırlayan biokimyəvi zəmini dəstəkləyən bir müşayiətçidir.
Digər tərəfdən, tünd şokoladın tərkibində az miqdarda da olsa kofein və teobromin var. Bu iki birləşmə, xüsusilə həssas sinir sisteminə sahib insanlarda oyanıqlıq yarada bilər. Buna görə də bəziləri üçün axşam yeyilən şokolad rahatlıq hissi yaratsa da, bəziləri üçün əksinə, zehni oyanıqlığa səbəb ola bilər.
Elmi ədəbiyyat da bu məqamda ehtiyatlı davranır: Kakaonun stres üzərindəki müsbət təsirlərinə dair güclü məlumatlar olsa da, bu təsirin birbaşa və sabit şəkildə yuxu keyfiyyətini artırdığına dair hələlik tam bir razılıq (konsensus) yoxdur. Bu vərdiş hər kəsdə eyni nəticəni vermir; təcrübə bədənin həssaslığına və metabolik reaksiyasına görə dəyişir.
Burada həlledici məqamlardan biri zamanlamadır. "Axşam" dediyimiz vaxt aralığı əslində genişdir. Yatmazdan dərhal əvvəl yeyilən şokoladla, şam yeməyindən sonra - günün yavaşlamağa başladığı anlarda yeyilən şokoladın təsiri eyni deyil. "Xronobəslənmə" yanaşması (qidalanma zamanlamasının bioloji saatla əlaqəsini araşdıran sahə) göstərir ki, günün irəliləyən saatlarında melatonin istehsalı təbii olaraq artır və bəzi qidalar bu prosesi dəstəkləyə bilər. Lakin bu dəstək yalnız sinir sistemini lüzumsuz yerə oyatmayacaq bir zaman aralığında mənalıdır.
Gün ərzində çox şeyi "avtopilotda" edirik, yemək yemək də buna daxildir. Amma axşam yeyilən o bir neçə tikə şokoladı bir az yavaşlayaraq, həqiqətən dadını hiss edərək istehlak etdikdə, bu kiçik an sinir sistemi üçün bir siqnala çevrilir. Bu, sürətdən sakitliyə, oyanıqlıqdan boşalmaya keçidin maddi qarşılığı kimidir. Biokimyəvi təsirlərdən asılı olmayaraq, bu hərəkət bədənin "artıq dincələ bilərsən" mesajını almasına kömək edə bilər.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 868   Tarix: 09 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi kosmetik vasiteler gelinlikler şirniyyatlar boyuk qadin dosleri usaq otagi dizaynlari peçenye reseptləri kosmetika sanama anabaci qogal veten nağıllar