Aybaşıların gecikməsinin 10 SƏBƏBİ

Aybaşıların gecikməsinin 10 SƏBƏBİGinekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər.
Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.
1. Hamiləlik
Hamiləlik cinsi həyat yaşayan cavan qızlarda və qadınlarda menstruasiya gecikməsinin ən çox rast gəlinən səbəblərindən biridir. Erkən müddətlərdə hamiləliyin digər simptomları qarının aşağı hissəsində dartıcı ağrılar, döşlərdə şişkinlik və ağrı, qarının şişməsi, yüksək yorğunluq, yuxululuqdur. Bəzi qadınlarda yaxılan qanlı (qəhvəyi) ifrazatlar müşahidə oluna bilər.
Əgər siz cinsi həyat keçirirsinizsə və sizin bu ayda cinsi əlaqələriniz olubsa, aybaşıların 3 gün və ya daha çox gecikməsi sizin hamilə olmağınızdan xəbər verə bilər. Hamiləlikdən şübhələndikdə hamiləlik testini etmək tövsiyə olunur. Aybaşıların gecikməsi və hamiləlik testinin müsbət cavab verməsi böyük ehtimalla sizin həqiqətən də hamilə olduğunuzu göstərən əlamətlərdir. Hamiləliyi müəyyən etməyin başqa bir üsulu İXQ-ya (İnsanın Xronik Qonadotropini) qan analizi verməkdir.
Aybaşıların gecikməsi zamanı hamiləlik testi mənfidirsə, bunun aşağıda göstərilən digər səbəbləri də ola bilər.
2. Stress və fiziki yorğunluq
İşdə problemlər, yaxınlarla konfliktlər, imtahanlar və ya diplom işinin müdafiəsi – istənilən stress vəziyyəti menstrual dövrənin pozuntusuna və aybaşıların bir həftəyə və daha çox müddətə gecikməsinə gətirib çıxara bilər.
Gecikmənin başqa bir səbəbi stress ilə birlikdə müşahidə olunan həddindən artıq yorulma ola bilər. Fəal həyat tərzi, əlbəttə ki, bizim bədənimiz üçün faydalıdır, lakin qadın fiziki yüklənmələrlə həddi aşsa və özünü həddindən artıq yorsa, bu menstrual dövrənin müntəzəmliyinə təsir edə bilər. Həddindən artıq fiziki yüklənmələr (xüsusən də, sərt pəhrizlə birlikdə) estrogen hormonunun hasilatını pozurlar, bu isə menstrual dövrənin pozulmasına və aybaşıların gecikməsinə gətirib çıxara bilər.
Məsələn, qeyri-müntəzəm aybaşılar və tez-tez gecikmələr çox vaxt peşəkar idmançılarda müşahidə olunur. Lakin idman zalında özünü taqətdən salmaq üçün peşəkar idmançı olmaq mütləq deyil. Həddindən artıq fiziki yorğunluğun digər əlamətləri sürətli çəki itkisi, zəiflik, baş ağrıları, iş qabiliyyətinin azalmasıdır.
Əgər həddindən artıq yorğunluq aybaşıların gecikməsinə səbəb olubsa, bu sizin orqanizminizin verdiyi aşkar siqnaldır ki, tempi azaltmaq lazımdır. Fiziki aktivliklə qidalanma arasındakı balansı bərpa etdikdə menstrual dövrə öz-özünə normaya düşür.
3. Artıq çəki və bədən kütləsinin defisiti
Endokrin sisteminin adekvat fəaliyyət göstərməsi üçün qadına, boyuna nisbətən hesablanan normal çəki saxlamaq önəmlidir. Əgər sizin bədən çəkisi indeksiniz 18-dən aşağıdırsa və ya 25-dən yuxarıdırsa, menstruasiyanın gecikməsi məhz çəki ilə əlaqəli ola bilər. Çəkinin normaya gətirilməsi adətən müntəzəm menstrual dövrənin bərpasına gətirib çıxarır.
4. Yaşayış yerinin və saat qurşaqlarının dəyişdirilməsi, səyahətlər
Vərdiş olunmuş həyat fəaliyyətinin ritmi və ya bioloji saat menstrual dövrənin normal requlyasiyası üçün heç də az əhəmiyyət daşımır. Və əgər siz gecə ilə gündüzü dəyişmisinizsə (məsələn, başqa bir ölkəyə uçub getmisinizsə və ya gecələr işləməyə başlamısınızsa), bioloji saat pozula bilər, bu isə aybaşıların gecikməsinə gətirib çıxaracaqdır. Əgər gecikmənin səbəbi həyat ritminin dəyişməsindədirsə, adətən normal menstrual dövrə bir neçə ay ərzində özü qaydasına düşür.
5. Yeniyetməlik dövrü
Yeniyetmələrdə ilk aybaşıların gəlişindən sonra ilk bir neçə menstrual dövr qeyri-müntəzəm ola bilər. Bu normaldır və xüsusi müalicə tələb etmir.
6. Soyuqdəymə və digər iltihabi xəstəliklər
İstənilən xəstəlik menstrual dövrənin müntəzəmliyinə öz mənfi təsirini göstərə və gecikmənin əmələ gəlməsinə gətirib çıxara bilər. Keçən ay ərzində sizdə soyuqdəymə xəstəlikləri, xroniki xəstəliklərin ağırlaşmaları və ya sağlamlıqla bağlı başqa problemlərinizin olub olmadığını yadınıza salın. Əgər gecikmənin səbəbi budursa, menstrual dövrə bir neçə ay ərzində özü bərpa olunacaqdır.
7. Dərmanlar
Bəzi dərmanlar aybaşıların gecikməsinə səbəb olaraq menstrual dövrəyə təsir göstərə bilər. Hamiləliyin qarşısını alan həblərin qəbulu dərman qəbulu ilə bağlı aybaşıların gecikməsinin ən yayılmış səbəblərindən biridir. Əgər siz oral kontraseptivlər qəbul edirsinizsə (məsələn, Ces, Yarina, Novinet, Lindinet 20, Midianu, riqevidon, Diane 35 və s.), bağlamaların qəbulu arasındakı fasilələrdə və ya qeyri-aktiv həblərin qəbulu zamanı gecikmənin olmaması norma kimi qəbul edilə bilər. Buna baxmayaraq OK qəbulu fonunda gecikmə olduqda, ginekoloqlar gecikmənin hamiləliklə bağlı olmadığına əmin olmaq üçün hamiləlik testini etməyi məsləhət görürlər.
Bəzi təcili kontrasepsiya vasitələri (Postinor, Eskapel) də aybaşıların 3-10 gün və daha çox müddətə gecikməsinə səbəb ola bilər. Əgər siz yaxın vaxtlarda bu vasitələrdən birini qəbul etmisinizsə, aybaşıların gecikməsi ya hamiləliklə (hansı ki bu dərmanların qəbuluna rəğmən baş verə bilər), ya da ki elə təcili kontrasepsiya vasitəsinin qəbulu faktı ilə bağlı ola bilər. Bu halda ginekoloqlar hamiləlik testindən keçməyi və həkimə müraciət etməyi tövsiyə edirlər.
Aybaşıların gecikməsinə həmçinin antidepressantlar, kortikosteroid hormonları, onkoloji xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərmanlar (kimyəvi terapiya preparatları) və bəzi başqa medikamentlər səbəb ola bilər.
Çoxları maraqlanırlar ki, antibiotiklər gecikməyə səbəb ola bilərlərmi. Adətən, antibiotiklər menstrual dövrə təsir etmirlər, lakin dövrədəki pozuntu, qadını antibiotikləri qəbul etməyə sövq edən xəstəlikdən qaynaqlana bilər.
8. Polikistozlu yumurtalıqlar sindromu (PKYS)
Yumurtalıqların polikistozu hormonal pozuntularla müşahidə olunan və menstrual dövrənin tez-tez pozuntularına səbəb olan kifayət qədər yayılmış xəstəlikdir. Aybaşı gecikmələrindən başqa polikistozun simptomlarına bədəndə və üz nahiyəsində artıq tüklərin çıxması, dəri problemləri (yağlı dəri, akne), artıq çəki və uşağa hamilə qalmaqla bağlı problemlər daxildir. Bizim saytda bu mövzuya aid ayrıca bir məqalə var: Yumurtalıqların polikistozu.
Əgər gecikmənin səbəbi polikistozlu yumurtalıqlar sindromudursa, ginekoloq menstrual dövrəni nizama salmaq üçün hamiləliyin qarşısını alan həblərin qəbulunu tövsiyə edə bilər.
9. Qalxanvarı vəzinin fəaliyyətinin pozulması
Qalxanvarı vəzin hormonları maddələr mübadiləsini nizamlayırlar. Bu hormonların həddindən çox və ya az olması menstrual dövrənin müntəzəmliyinə təsir edə və aybaşıların gecikməsinə səbəb ola bilər.
Qalxanvari vəz hormonlarının səviyyəsi yüksək olduqda aşağıdakı simptomlar müşahidə oluna bilər: çəki itkisi, artan ürək döyüntüsü, yüksək tərləmə, yuxusuzluq, emosional qeyri-sabitlik və s. Qalxanvari vəz hormonlarının defisiti zamanı çəkidə artım, şişlər, saç töküntüsü, yuxululuq müşahidə olunur.
Əgər qalxanvari vəzinizlə bağlı problemlərin olmasından şübhələnirsinizsə, həkim-endokrinoloqa müraciət edin.
10. Klimaksın (menopauzanın) yaxınlaşması
Əksər qadınlarda menopauza 45-55 yaş arasında başlayır. Menopauzadan aybaşıların bir il və ya daha artıq müddətdə olmadığı halda danışmaq olar. Lakin klimaks demək olar ki, heç vaxt qəfildən baş vermir. Menopauzanın inkişafına hələ bir neçə il qalmış qadınlarda menstrual dövrə pozğunluqları və aybaşıların tez-tez gecikməsi müşahidə oluna bilər. Klimaksın yaxınlaşmasının başqa simptomları: istiliyin gəlməsi, gecələr yüksək tərləmə, qəfil əhval dəyişiklikləri, yuxusuzluq, uşaqlıq yolunda quruluq hissi və s.
Mənbə: Ginekoloq.az

Sağlamlıq     Baxılıb: 4034   Tarix: 30 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

turlar.az

adlarin menasi toy makiyajlari geyim necə seçməli morugun faydasi hamilelik duzlu xəmir işləri hamilelikde axinti kosmetika qadin saglamlig xərçəng bürcü tapmacalar lakonizm yutube