Azərbaycanda 2 AY SONRA... - Koronavirusla bağlı hər kəsin gözlədiyi AÇIQLAMA VERİLDİ

Azərbaycanda 2 AY SONRA... - Koronavirusla bağlı hər kəsin gözlədiyi AÇIQLAMA VERİLDİ"Vaksin olunmuş insanlar koronovirusu keçirə bilir. Lakin məsələyə fərqli baxmaq lazımdır. Vaksinin effektivliyi ikinci dozadan 20 gün sonra yaranır. Əgər ikinci vaksindən sonra 20 gün müddətində şəxs virusa yoluxubsa, demək o müddət ərzində bədəndə antitellər əmələ gəlməyib. Bu 20 gün ərzində insan xəstəliyi ağır da, yüngül də keçirə bilər.
Bu sözləri Publika.az-a açıqlamasında pulmonoloq Eldar Zeynalov deyib.
Həkim bildirib ki, xəstəliyi simptomsuz keçirdiyindən xəbəri olmayan insanlara vaksin vurularsa, xəstəliyin kəskinləşmə ehtimalı qeydə alına bilər:
"Birinci doza vaksini vurdurduqdan sonra müəyyən xəstəlik əlamətləri kəskinləşə bilər. Əksər insanlarda bundan sonra vaksinə qarşı vahimə yaranır. Bu, o demək deyil ki, vaksinin ilk dozası xəstəliyə səbəb oldu. Çox güman ki, o insan həmin ərəfədə virusa yoluxub və simptomsuz formada olub. Burada vaksini günahlandırmaq doğru deyil, məsələ ondadır ki, bu insan özü də bilmədən xəstəliyə yoluxma mərhələsində olub. Odur ki, koronavirus əlamətləri nəzərə çarpmayan insana vaksin vurulanda xəstəliyin kəskinləşməsi müşahidə oluna bilir. Bu halda vaksin olunmazdan əvvəl antillerlər yoxlanılması məsləhətdir. Eyni zamanda vaksindən əvvəl və sonra özünüzü qorumaq tövsiyə olunur. Lakin insan vaksindən 20 gün sonra koronavirusa yoluxarsa, bu zaman artıq xəstəliyi ayaqüstə çox yüngül keçirdir. Vaksin olunan şəxslərin reanimasiyaya düşmə ehtimalı demək olar ki, yoxdur.".
Azərbaycanda 2 AY SONRA... - Koronavirusla bağlı hər kəsin gözlədiyi AÇIQLAMA VERİLDİYaya dair çoxdan gözlənilən proqnozlar verən həkim əlavə edib ki, vaksinasiyanın yaratdığı kütləvi immunitet hesabına artıq bəzi məhdudiyyətlərin aradan qaldırılması mümkün ola bilər:
"Yaşlı nəslin böyük bir hissəsi demək olar ki, vaksinasiya olunub. Müəyyən bir qrup insanlar var ki, onlarda vaksinə əks göstəriş olduğu üçün vaksin vurulmayıb. Vaksinasiya könüllülük prinsipi üzrə həyata keçirildiyi üçün bəzi insanlar da vurdurmayıb. Təbii ki, demokratik respublikada yaşayırıq, hər hansı səbəbdən vaksin vurdurmaq istəməyənlər də olub. Amma bu qrup çox azdır. Ümumilikdə vaksinasiya olunmuş şəxslərin əksəriyyəti yoluxsa da, xəstəliyi çox zəif və ya simptomsuz formada keçirib.
Vaksinin hesabına üçüncü dalğa çox yüngül keçdi. Məsələn, Birinci dalğa intensivliyi iki ay davam etmişdi, daha kəskin formalar müşahidə olunmuşdu, xəstəxanalar demək olar ki, dolmuşdu, reanimasiyalarda vəziyyət ağırlaşmışdı. İkinci dalğada stasionar şöbələr demək olar ki, dolmadı, xəstəxanalar bu işin öhdəsən gələ bildi.
Üçüncü dalğa daha ağır gəlmişdi, kəskin gedişli yeni ştammlar ortaya çıxmışdı. Lakin əhalinin böyük hissəsi vaksinasiya olunduğuna görə, dalğanın intensivliyi daha az oldu, 30-40 gün davam etdi, sərtləşmələrə çox gedilmədi. Yoluxma sayı artıq 300-ə düşüb. Düşünürəm ki, bu rəqəm getdikcə daha da azalacaq, yaşlı nəslin böyük hissəsi ya xəstələnib, ya da vaksin olunub. Sadəcə cavan vətəndaşlar qalıb, cavanlar da xəstəliyi yüngül keçirir, inşallah bundan sonra ölümlə nəticələnən hallarla rastlaşmayacağıq. Düşünürəm ki, 2 ay müddətində müəyyən karantin məhdudiyyətləri yüngülləşəcək, açılmalar olacaq. Kollektiv immunitet artıq meydana gəlmək ərəfəsindədir. Operativ Qərargah xəstəliyin gedişinə uyğun olaraq düşünülmüş addım atır, ümid edirəm ki, kollektiv immunitet əmələ gələn kimi, açılmalar elan olunacaq".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2515   Tarix: 16 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

toy makiyaji sekilleri hamilelikde qidalanma yay geyimləri 2026 ciy kartofun faydasi atalar sozleri veten haqqinda veten haqqinda bayati gundelik burcler kosmetika yemek reseptleri vətənə aid atalar sözləri öpüşme veten haqqinda bayatilar vətən haqqında bayatılar