Azərbaycanda dilçi alim koronavirusdan vəfat etdi

Azərbaycanda dilçi alim koronavirusdan vəfat etdiBakı Slavyan Universitetinin (BSU) professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar müəllim Aslan Məmmədəli oğlu Məmmədli koronavirus xəstəliyindən vəfat edib.
BSU-nun Ümumi dilçilik kafedrasının professoru A. Məmmədli 1953-cü ildə Bakı şəhərində anadan olub. 35 ilə yaxın bir müddətdə BSU-da müxtəlif vəzifələrdə çalışıb. 1996-cı ildə müdafiə etdiyi "Сопоставительный анализ русской и азербайджанской фразеологии" doktorluq dissertasiyası, sonrakı illərdə bu istiqamətdə hazırladığı tədris vəsaitləri və qələmə aldığı məqalələri ilə o, ən yeni dövr Azərbaycan dilçiliyinə ciddi töhfələr verib. Filologiya fakültəsinin dekanı və elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən Ümumi dilçilik kafedrasının professoru vəzifəsində işləyirdi. 2003-2010-cu illərdə "Azərbaycanda rus dili və ədəbiyyatı" elmi-metodiki və ictimai-publisistik jurnalın baş redaktoru olub.
Ümumi və rus dilçiliyi, müqayisəli dilçilik sahələrində ciddi tədqiqat və çıxışları, dərin elmi araşdırmaları ilə ölkəmizdə və onun hüdudlarından kənarda tanınan görkəmli alim onlarla fəlsəfə və elmlər doktorunun yetişdirilməsi, müasir dilçiliyin ən aktual və prioritet istiqamətlərinin müəyyən olunub BSU və digər müvafiq elmi mərkəzlərdə tədqiqi işində yaxından iştirak etmişdir. Rus, ingilis, fransız, alman və ivrit dillərini mükəmməl bilən professor A.Məmmədli onlarla kitab, məqalə və məruzə müəllifi kimi respublikamızda ümumi və müqayisəli dilçilik, rusistika və tərcüməşünaslıq sahələrində gənc tədqiqatçıların ən çox istinad etdikləri alimlərdəndir.
Ötən əsrin 80-90-cı illərindən etibarən indiki BSU-da fəaliyyət göstərmiş Doktorluq və namizədlik dissertasiyalarının müdafiəsi üzrə Şurada elmi katib, 2000-ci illərin əvvəllərindən müstəqil respublikamızda məhz universitetimizin nəzdində rus dili və ədəbiyyatı, müqayisəli-tipoloji dilçilik üzrə çalışmış və bu gün də daha geniş profildə işini davam etdirən Doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış Müdafiə Şurasında həmsədr qismində məhsuldar və məzmunlu fəaliyyəti sayəsində professor A.Məmmədli respublikanın geniş elmi mühitində tanınmışdır. Müdafiə Şurasında sədrlik etdiyi istənilən iclas böyük maraq doğurduğundan gənc alimlər, aspirant və doktorantlar daim burada iştirak etməyə və elmi diskussiyalardan bəhrələnməyə can atırdılar. Müdafiəyə təqdim olunan dissertasiya mövzularına konseptual yanaşması, maraqlı mübahisə və müzakirələr yaratma və bu müzakirələri düzgün məcraya yönəltmə ustalığı sayəsində bu illər ərzində universitetdə ciddi filoloji istiqamətlər, o cümlədən leksikoqrafiya, rusistika və slavistika, tərcüməçilik sahələrində onilliklər boyu aparılmış tədqiqatlar dəstəklənmiş və inkişaf etdirilmişdir. BSU-da professorlar, Əməkdar elm xadimləri Məmməd Tağıyev və Firudin Hüseynov tərəfindən yaradılmış frazeologiya və dilçilik məktəbi, professorlar, Əməkdar elm xadimləri Murtuz Sadıxov, Həbib Babayev və Məmməd Qocayevin araşdırmaları sayəsində təşəkkül tapmış ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və tərcümə sənəti üzrə elm sahələri XXI əsrin ilk iki onilliyində məhz professor A.Məmmədli kimi ensiklopedik biliyə malik alimlərin elmi potensialı ilə qoruna bilmiş və yeni nəsil dilşünas alimlərin yetişdirilməsi işi uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və BSU-nun təsisçiliyi ilə nəşr edilən "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının baş redaktoru vəzifəsində çalışdığı illərdə və sonrakı dövrdə professor A.Məmmədli müasir dilçilik elminin inkişaf perspektivləri, rus dilində rast gəlinən İncil frazeologiyaları, A.S.Puşkin yaradıcılığında Şərq, Avropa-Asiya, Qafqaz mövzuları, Bibliyanın türk dillərinə tərcümə problemləri, tərcümə sənətinin bəzi incəlikləri və absurd görünən tərəfləri, post-totalitar dövrünə xas olan bir sıra psixolinqvistik mövzular ətrafında diskurslar, dil, ədəbiyyat və mədəniyyətlərdə arxetiplər və sair məsələlərin tədqiqi ilə məşğul olub. Görkəmli alim beynəlxalq elmi konfrans və simpoziumlarda respublikamızı və universitetimizi ləyaqətlə təmsil edib, BSU-da keçirilən ciddi elmi məclislərin dəfələrlə moderatoru olub.
BSU-da müxtəlif elm sahələri üzrə tədqiqat istiqamətlərinin formalaşdırılması və tədris ehtiyaclarına yönəldilməsi, elmi-tədqiqat laboratoriyalarının fəaliyyətinin və araşdırmalarının müasir elmi çağırışlara uyğun aparılması, elmi tədqiqatlara cəlb olunan gənc alimlərin intellektual səviyyəsinin yüksəldilməsi, universitetdə fəaliyyət göstərən müxtəlif elmi dərnəklərə istedadlı bakalavrların, magistrant və doktorantların cəlb olunmasına xüsusi qayğı göstərmiş unudulmaz pedaqoq və alim, respublikanın Əməkdar müəllimi, professor A.Məmmədlinin yoxluğunu həmişə hiss edəcəyik.
Allah rəhmət eləsin!
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 3273   Tarix: 17 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

turlar.az

sade makiyaj sekilleri yaz geyimleri 2026 geymler 2026 masaj edirem uşaq yeməyi qadınlar və kişilər saç kəsimləri kosmetika salam sağlamlığa aid atalar sözləri ariqlamaq rus dili hakisdalar