Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?

Azərbaycanda qız problemi nə qədər təhlükəlidir?Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: "Azərbaycan kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu, o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək, burada ailə qura bilər. Amma kişi yalnız öz milliyətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər".

Maraqlıdır, qeyd edilən təhlükə nə dərəcədə realdır?
Xanim.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev modern.az-–a danışıb:

"Biz 10 il qabaq bu məsələni qaldırmışdıq. Artıq bu problem pik həddindən enib və azalma tendensiyası var. Məsələn, 10 il əvvəl 100 qız uşağına 118-120 oğlan uşağı düşürdüsə, sonrakı illərdə bu rəqəm enib. Yəni görülən profilaktik tədbirlər, maarifləndirmə işləri yavaş-yavaş öz nəticəsini verir. Görünür, BMT nümayəndəsinin məlumatları əvvəlki illərə məxsusdur. Bu baxımdan məsələ təhlükəli həddə deyil. İstənilən halda bu məsələ nəzarətdə saxlanılmalıdır. Qanunumuzda da selektiv abortların aradan götürülməsi, qadağa qoyulması bu niyyətə xidmət edir".

Deputat qeyd edib ki, problem təkcə Azərbaycanda deyil, Şərq ölkələrində, Cənubi Qafqaz, müsəlman ölkələrinin çoxunda mövcuddur: "Bu problem xüsusilə Çində, Hindistanda ciddi şəkildə müşahidə edilir, lakin onlar müəyyən tədbirlər nəticəsində müsbət dönüş əldə edə biliblər. Düzdür, bizdə də bu hədd yuxarı olaraq qalır. Amma 7-8 il bundan əvvələ nisbətən hazırda Azərbaycanda gərgin vəziyyət müşahidə olunmur".

M.Quliyevin sözlərinə görə, Azərbaycanda ailə ənənələrinin güclü olması gözlənilən təhlükəni neytrallaşdıra bilər: "Yadınızdadırsa, 6-7 il bundan qabaq Milli Məclisdə məsələ qaldırmışdım və bildirmişdim ki, əgər biz bu məsələnin qarşısını vaxtında almasaq, 20-25 ildən sonra əcnəbi gəlin qəbul etməli olacağıq. Əlbəttə, bu da birbaşa genefondumuza təsir edə bilər. Amma hesab edirəm ki, Azərbaycanda ailə ənənələrinin və mental dəyərlərimizin güclü olması təhlükəni neytrallaşdıra bilər. Bu baxımdan ciddi təhlükə də görmürəm. Genefonddan başqa bu, həm də mənəviyyat, mədəniyyət məsələsidir".

Maraqlı     Baxılıb: 3014   Tarix: 21 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

qadın geyimi yay kolleksiyasi qaşların formalari geyim necə seçməli elm haqqinda atalar sözləri psixoloq meslehetleri atalar sozleri veten haqqinda kosmetika vusale elizade anabaci novruz hakistasi rus dili 2ci ders novruz hakisdalari