Azərbaycanda ŞOK OLAY! Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTOLAR

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır.

Virtualaz.org-a polis idarəsində başına gətirilənləri danışan zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edir. Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.

Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar.

"Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımovun otağına apardılar. O, polislərə dedi ki, aparın bunu toka qoşun. Orada rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırılar", - deyə Y.Əliyeva bildirir.

Zərərçəkmişin sözlərinə görə, polis idarəsində döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar. Qadın orada başına gətirilən işgəncələri danışaraq qonşunun ölümünü zorla boynuna qoyulduğunu bildirib. Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, qapıdan çıxarkən polis əməkdaşları ondan əl çəkməyiblər. Qollarından tutub maşına basaraq yenidən bölməyə gətiriblər. Y.Əliyeva bu dəfə daha möhkəm döyülüb və ondan prokurorluqda verdiyi ifadəni dəyişdirməsini istəyiblər. Döyülmə prosesində Əlifağa Kazımov özü də iştirak edib.

"Bu dəfə ölənin adamları da idarədə idi. Onlar da məni vəhşicəsinə döydülər. Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Məni döyə-döyə telefona çəkirdilər. Ə.Kazımov məni təpiklə döydü, dedi ki, bu gecə başına oyun açacağam. Sonra polislərə dedi ki, bunu aparın aşağı necə lazımdı dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım", - deyə Y.Əliyeva qeyd edir.

Yıxılanda polislər qadını dövrəyə alıblar ki, birdən yaxınlıqdakı binaların yuxarı mərtəbəsindən kimsə hadisəni görüb kameraya çəkə bilər. 3 gün Lənkəran Rayon Xəstəxanasında qalan qadını polis əməkdaşları gecə yarısı Təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Ailəsinə, uşaqlarına onun özünü atması və işgəncələrlə bağlı heç nə deyilməyib.

"Uşaqlarım balacadır - 6, 10, 13 yaşlarında. Yoldaşım rəhmətə gedib. Dalımca anam uşaqlarla birlikdə yemək gətiribmiş, onlara özümü atdığımı deməyiblər, deyiblər izahatını alıb buraxacağıq. Neçə gündür əməliyyatımı da ləngidirlər. Xəstəxana pulsuz əməliyyat edir, amma qiyməti 1800 manata yaxın olan mil alınmalıdır. Onurğa sümüyüm sınıq-sınıqdı, amma dağılmayıb. Dünən Ə.Kazımovun köməkçisi bura gəlmişdi. Mənə dedi ki, niyə özünü ayaq üstə atmısan, başı üstə atardın, ölərdin də. Sonra qardaşımla danışıb. Ona pul təklif edib, deyib ki, mil üçün lazım olan pulun 1500 manatını biz verərik, üstünü özünüz düzəldin, əməliyyat olunsun. Amma bir şərtlə ki, bu məsələ bağlansın, qalanını özümüz ört-basdır edərik".

Y.Əliyeva 2013-cü ildə dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıdığını deyir. Onun sözlərinə görə, qadın elektrik sobasının üstünə yıxılaraq ölüb, onun qonşusunun ölümü ilə heç bir əlaqəsi yoxdur:

"Mən Fəxriyyə ilə tanış idim. Onun xəstə anasının altını da mən təmizlımişəm. Kasıb adam idi, kömək edirdim. Mənə borcu olan qonşuların polislə əlaqəsi var, onlar birlikdə bu işi planlayıblar. Mənim boynuma almadığımı görüb hadisəni o biri qonşum Elgün Həşimovun üzərinə atıblar ki, guya ikimiz F.Hüseynovanı boğmuşuq. İndi də Elgünü inzibati həbsdə saxlayırlar, guya polisə müqavimət göstərib", - deyə zərərçəkmiş bildirir.
Azərbaycanda ŞOK OLAY! Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTOLARAzərbaycanda ŞOK OLAY! Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTOLARAzərbaycanda ŞOK OLAY! Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTOLARAzərbaycanda ŞOK OLAY! Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTOLARAzərbaycanda ŞOK OLAY! Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTOLAR

Xəbərlər     Baxılıb: 2567   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

aksessuarlar maskalar toy makiyaji sekilleri gəlinliklər mesameler ucun maskalar gilasın faydası kokteyl kosmetika nağıllar bürcler sac duzumleri kahfe falı mekteb