Azərbaycanlı müğənnilərin övladları: məmur, diplomat, polis, işsiz...

Azərbaycanlı müğənnilərin övladları: məmur, diplomat, polis, işsiz...Müğənnilər adətən gördükləri işlərlə - ifalarıyla göz önündə olurlar. İstər televiziya kanallarında, xəbər saytlarında, istərsə də digər media vasitələrində çıxışlarını görmək mümkündür. Lakin onlar sənətləri ilə yadda qalsalar da, ailə vəziyyətləri, övladları da həmişə maraq dairəsində olub. Bəs müğənnilərin övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər, nə işlə məşğuldurlar?

Bir neçə müğənnilərin övladı barədə məlumatları təqdim edirik.

Azərbaycanın xalq artisti Mənsum İbrahimov bildirib ki, dörd övladı var. Onun sözlərinə görə, övladlarından ikisi Bakı Dövlət Universitetinin fərqli fakültələrində təhsil alıb və hazırda işləyirlər: "İki övladım ali məktəbi bitirib və işləyirlər. Bakı Dövlət Universitetinin politologiya və beynəlxalq münasibətlər fakültələrində təhsil alıblar. Övladlarımdan biri diplomatdır, biri dövlət məmurudur. Üçüncü övladım tələbədir, sonuncusu isə orta məktəbdə oxuyur".

İlqar Muradovun üç övladı var: "İki övladım universitet qurtarıb, biri isə hələ təhsil alır. Övladlarımdan ikisi Azərbaycan Dövlət İqtisad Universitetində, biri isə Azərbaycan Dillər Universitetində təhsil alıb".

Xalq artisti Zaur Rzayevin oğlu Araz Rzazadə də atası kimi ifaçılıqla məşğuldur: "Oğlum müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın məşhur "La Scala" vokal akamediyasına qəbul olunub. Musiqi Akademiyasının professoru, klassik ifa üzrə böyük pedaqoji təcrübəsi olan Hüseyn Əliyevdən vokal dərsləri alıb. Azərbaycan Akademik Opera və Balet Teatrında solist işləyib. Heydər Əliyev Fondunun və Respublika Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən konsert proqramlarında iştirak edib. Oğlum eyni zamanda vokalçıların beynəlxalq müsabiqələri laureatıdır"

Əməkdar artist Ədalət Şükürov deyib ki, iki övladı var: bir qız, bir oğlan: "Qızım Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Oğlum isə tələbədir və 2-ci kursda oxuyur".

Müğənni Əlikram Bayramovun bir oğlu var. Müğəni bildirib ki, övladı hazırda işsizdir: "Oğlum Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Əvvəl "Zaminbank"da işləsə də, bank bağlandığına görə hazırda işsizdir".

Əməkdar artist Baloğlan Əşrəfovun iki oğlu, iki qızı var: "Mənim övladlarım böyükdürlər, hərəsinin öz ailəsi var, işləri ilə məşğuldurlar. Qızlarım müəllimədirlər. Övladlarımdan biri Azərbaycan Dövlət İqtisad Universitetini, biri Naxçıvan Universitetini, biri Azərbaycan Dövlət Pedaqoji Universitetini, digəri isə eyni zamanda başqa dövlət universitetini bitirib".

Müğənni İlqar Sailin sözlərinə görə, onun üç övladı var: iki qız, bir oğlan: "Oğlum musiqi ilə məşğuldur və oxumağı məndən öyrənir. Bir qızım evlidir. Digər qızım isə universitetdə politologiya sahəsi üzrə təhsil alır".

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan polis əməkdaşıdır.
///modern.az

Xəbərlər     Baxılıb: 1759   Tarix: 10 aprel 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

turlar.az

yemek reseptleri həkim məsləhəti geyim dəbləri qulliverin səyahəti yay kolleksiyasi sac düzümləri ulduzlar kosmetika qız bürcü namiq qaraçuxurlu ikizler dieta tapmacalar