Azərbaycanlı professor dünyanın ən məhsuldar alimi seçilib - FOTO

Azərbaycanlı professor dünyanın ən məhsuldar alimi seçilib - FOTODanimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina başağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, əsas məqsədi dünyanın ən savadlı həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan "Expertscape"in son on il ərzində dünyada başağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdədir.
Başağrıları nevrologiyanın çox vacib bir sahəsi kimi dünyada bir milyard insanın əziyyət çəkdiyi miqren xəstəliyinin tədqiqi və müalicəsini nəzərdə tutur. Tibb sahəsində reytinqlərin hazırlanması ilə məşğul olan və Milli Tibb Kitabxanasının (MEDLINE) verilənlər bazasında indekslənmiş bütün tibbi nəşrləri araşdıran dünyanın bir nömrəli və nüfuzlu "Expertscape" nəşri 2011-ci ildən 2021-ci ilə qədər başağrıları sahəsində dərc olunmuş 12.525 məqalə əsasında son 10 ilin reytinqini hazırlayıb.
Xatırladaq ki, Məsud Aşina 1965-ci il dekabrın 29-da Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.
Soydaşımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ildə "YAŞAT" Fondunun Himayəçilik Şurasına üzv təyin edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənimizi bu münasibətlə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 5321   Tarix: 22 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu