Azərbaycanlı sürücülərin almanlardan öyrənməli olduğu VACİB DƏRS

Azərbaycanlı sürücülərin almanlardan öyrənməli olduğu VACİB DƏRSAlmanlar insanların isti və soyuqluğu ilə ölçmür sevgini. Belə görünür, sevginin onlarda ədalətdən başqa bir dərəcəsi yoxdur. Yəqin elə buna görədir ki, qanunlara riayət etmək üzrə ən disiplinli ölkələr arasında liderdir. Almaniya daha hansı sahə üzrə dünyada birinci deyil ki? Qanuna tabe olan vətəndaşlar kimi şöhrət qazanan almanlar yol hərəkəti qaydalarında da eyni ciddiliyi qoruyur. Burada yol mədəniyyəti mənə özümü o qədər təhlükəsiz hiss etdirdi ki, istəyirəm onlardan bir neçəsini sizinlə də bölüşüm. 
Publika.az Almaniyanın yol mədəniyyəti haqqında məqaləni təqdim edir:
Almaniya haqlı olaraq yol infrastrukturunun keyfiyyətinə görə ən yaxşı ölkələrdən biri hesab olunur. Dünya İqtisadi Forumunun reytinqində Almaniya bu gün İspaniya, İsveç, Kanada və Böyük Britaniyanı qabaqlayır. Uzaq alman elindən gələn yoldaşlardan dəfələrlə eşitmişdim ki, Almaniyada maşın sürmək əsl həzzdir. İndi onları mükəmməl başa düşürəm, Bakının hər gün saatlarla davam edən tıxaclı yollarından sonra Almaniya səfərimdə məni çox heyran edən yol davranış mədəniyyəti oldu. İstər paytaxtımızda, istərsə də digər bölgələrimizdə avtomobil sürmək az qala ekstremal idman növüdür, sürücülər çox vaxt qaydaları pozduqlarını başa düşmürlər. Almaniyada yollar belə bir ekstremaldan çox uzaqdır. Azərbaycanlı sürücülərdən fərqli olaraq yazılı yol qaydalarına və yol etiketinin yazılmamış qaydalarına ciddi riayət edirlər. Əslində, hərəkətin ritmini və keyfiyyətini bu qaydalar müəyyən edir. Məsələn, sükan arxasında həddindən artıq aqressiv və ya əksinə, özünə güvənməyən bir insan görsələr, sürəti yavaşlatmağa üstünlük verirlər - ümumiyyətlə, vəziyyəti gərginləşdirməmək üçün əllərindən gələn hər şeyi edirlər.
Azərbaycanlı sürücülərin almanlardan öyrənməli olduğu VACİB DƏRSMagistral yolların çoxunda sürət limiti yoxdur və qəzalar demək olar ki, yox səviyyəsindədir. Hər şey aydın, hər şey məntiqli, yol nişanları az qala qışqırır, yerdəki zolaqlar gecə-gündüz aydın görsənir və s. Lakin məsafə və yol hərəkəti qaydalarına əməl olunması prioritetdir. Yeri gəlmişkən, Almaniyada artıq 17 yaşından etibarən avtomobil idarə edə bilərsiniz, lakin 18 yaşına qədər bu hüquqdan yalnız təcrübəli mentorun müşayiəti ilə istifadə edilə bilər. İlk dəfə hüquq əldə edənlər 2 il sınaq müddətində olur və yalnız ciddi pozuntular olmazsa, daimi sertifikat alırlar.
Almaniyada piyadalara və velosipedçilərə hörmət ən yüksək səviyyədədir. İşıqfor yanırsa, sürücülər bütün piyadalar yolu keçənə qədər gözləyəcək. Velosipedçini isə yalnız yan interval imkan verdikdə ötmək olar: qaydalara görə, avtomobillə velosipedçi arasında məsafə ən azı 1,5 metr olmalıdır. 
Almaniyada bütün yollar pulsuzdur. Avtobanlarda maksimum sürət məhdud deyil və yalnız avtomobilin imkanlarından asılıdır. Amma 120 km/saat limiti olan hissələr var. Təmirli ərazilərdə sürət 60 km/saata endirilir. Yaşayış məntəqələrində sürət həddi 50 km/saat, şəhərlərdən kənarda isə 100 km/saatdır. Avtomobil yollarında tövsiyə olunan sürət 130 km/saatdır. Sürətlə getmək həmişə mümkün olmur, sürət iş trafikinə əsasən təyin olunur. Pik saatlarda nəqliyyat sıxdırsa, sürəti artıra bilməzsən. Həftə sonları və tətil mövsümündə yol dolu olur. Ancaq iş günlərində necə deyərlər, qaza bas, get!
Yekunda acizanə bir etiraf edim, yazdıqlarım Almaniyada qısa müddət ərzində gəldiyim qənaətdir. Lakin o da inkar edilə bilməz ki, alman sürücülük mədəniyyəti hər bir halda hörmətə layiqdir və yol qaydalarına eyni həssaslığı onlardan öyrənməyə dəyər! 

Maraqlı     Baxılıb: 2004   Tarix: 21 mart 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu