B6 vitamini çatışmazlığı

B6 vitamini çatışmazlığıB6 (pridoksin hidroxlorid) vitamini çatışmazlığı özünü dəridə, ağız boşluğunun selikli qişasında və mərkəzi sinir sistemində baş verən xəstəliklərlə biruzə verir. Çatışmazlıq adətən ikincili olaraq baş verir. Adətən B6 çatışmazlığı hamilələrdə, xroniki spirtli içki qəbul edənlərdə, polinevritdə, Parkinson xəstəliyində, epilepsiyada, yaralı dermatitidə, anemiyalarda, revmatizma xəstəliyində, xroniki hepatit zamanı daha qabarıq hiss olunur. B6 vitamini fermentlərin, aminturşuların mübadiləsində, histamin mübadiləsində, yağ mübadiləsində yaxından iştirak edir. B6 vitamininin çatışmazlığı orqanizmin arıqlamasına, mərkəzi sinir sisteminin zəifləməsinə səbəb olur. Bundan əlavə B6 triptofanın nikotin turşusuna çevrilməsi prosesini ləngidir ki, bu da pellaqro xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. B6 vitaminin çatışmamazlığının hansı səbəblərdən əmələ gəlməsi tibb elminə məlum deyil.
Pridoksin hidroxloridin çatışmazlığı özünü dəri xəstəliklərində daha çox göstərir. O aşağıdakı xəstəliklərin əmələ gəlməsində birbaşa rol oynayır:
- dermatit
- yaralı dermatit
- konyuktvit
- xelyoz
- qlossit.
Xəstəliyə diaqnoz qoymaq çətinlik törətmir. B6 çatışmazlığı zamanı xəstənin sutkalıq sidiyində vitaminin dozası 0,5 mq az olması müşahidə edilir ki, bu da diaqnozu təsdiqləyir.
Müalicə həkim tərəfindən təyin olunur. Orqanizmdə B6 çatışmazlığı səbəbindən baş verən xəstəliklərin ağırlıq dərəcəsinə uyğun xəstəyə sutkalıq vitamin dozası təyin edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 961   Tarix: 08 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

toy makiyaji sekilleri geyim dəbləri kosmetika mehsullari payiz haqqinda insa kəpəyə qarşı qonaq otağı üçün pərdələr qadın sağlamlıq kosmetika bayatılarımızda vətən həsrəti kahfe fali hamilelik sekisler vətənə aid