Bağırsaq xərçənginin ən erkən əlaməti - Həkim açıqladı
Bağırsaq xərçəngi qalın və nazik bağırsaqda baş verən bədxassəli xəstəlikdir. Çox nadir halda erkən aşkarlanır.
Milli.Az xəbər verir ki, bunu həkim terapevt Suri Dadaşeva açıqlayıb.
"İnsanlar ishal, qəbizlik, qarında sancı, köpə adi simptom kimi yanaşır. Bağırsaq çox uzun orqandır, sahəsi genişdir, orqanizmin kanalizasiyadır. Orda çox proseslər baş verir. Hər simptom da xərçəng demək deyil. Amma 40 yaşdan sonra bağırsaqlar yoxlanmağa başlanılmalıdır.
Bağırsaq xərçənginin ilk əlaməti ümumi halsızlıq, iştahın kəsilməsi, səbəbsiz hərarət, ətə qarşı ikrah hissi, iyini götürə bilməmək, qanazlığı, ağızda pis dad, qusma, ürəkbulanma ola bilər.
Daha irəli mərhələdə nəcisdə qaralma, qan, çoxlu selik, irin görünür.
Hətta ən sağlam insan belə şikayərlər olmasa da ildə 1 dəfə müayinələrdən keçirilməlidir.
Bağırsaq xərçəngini müayinə üçün qan, nəcis analizi, rentgen, KT və kolonoskopiya olunur". /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi