Bağırsaqları tənbəlləşdirən və qəbizliyə səbəb olan AMİLLƏR

Bağırsaqları tənbəlləşdirən və qəbizliyə səbəb olan AMİLLƏRTürkiyəli professor Vedat Göral həddindən artıq çay və qəhvə içənlərə xəbərdarlıq edib.
"Milliyet"ə istinadla xəbər verir ki, professor qəhvənin bağırsaqları tənbəlləşdirdiyini vurğulayıb:
"Su əvəzinə tez-tez çay və ya südlü qəhvə içmək qəbizlik yaradır. Problemə qarşı səna çayı, zeytun yağı, yulaf və ya kəpək, qatıq, quru əncir, ərik, gavalı yeyə bilərsiniz".
Qastroenteroloq Vedat Göral qəbizlik probleminin bir çox səbəbinin olduğunu qeyd edib. Onun sözlərinə görə, gündəlik həyatda stress, hərəkətsizlik, uzun müddət masada oturmaq bağırsaqları passivləşdirir. Banan, şaftalı, həddindən artıq çay, qəhvə, turş içkilər də qəbizliyin yaranmasına səbəb olur. Bərk qida və fəst-fuddan çox istifadə, az su içmək, lifli qidalardan minimum istifadə də qəbizliyin başlıca səbəbləridir.
Bağırsaqları tənbəlləşdirən və qəbizliyə səbəb olan AMİLLƏR"Tiroid vəzin pis işləməsi, Altsheymer, demensiya, skleroz kimi nevroloji xəstəliklər, yoğun bağırsaq xərçəngi, xoşxassəli şişlər və hemoroy qəbizliyə səbəb ola bilər. Ürək xəstəlikləri və qan təzyiqinə qarşı alüminium tərkibli dərmanlar, antidepressantlar, dəmir, kalsium tərkibli dərmanlar da bağırsaqların fəaliyyətini zəiflədir. Uşaqlıqdakı qorxu, çaxnaşma, depressiya və ya travma kimi psixoloji pozğunluqlar və hormonal problemlər qəbizliyin yaranmasının digər səbəbləridir.
Dərman qəbul edirsinizsə, vaxtında sidiyə çıxmalı, idman etməli və sağlam qidalanmalısınız. Çay, qəhvə, siqaret də azaldılmalı və ya dayandırılmalıdır. Gündə ən azı 2-2,5 litr su içmək lazımdır. Üzərinə kəklikotu əlavə edilmiş zeytun yağı qəbizlik probleminə qarşı olduqca effektlidir.
4 xörək qaşığı qatıq, 2 quru ərik, 1 qurudulmuş əncir, 2 xörək qaşığı yulaf, 1 xörək qaşığı yulaf kəpəyi və 1 çay qaşığı kətan toxumunun qarışığı faydalı ola bilər. Səna və yaşıl çayı hər gün içmək düzgün deyil. Ətin də miqdarı məhdudlaşdırılmalıdır.
Gün ərzində mövsümdən asılı olaraq mütləq armud, heyva, quru ərik, əncir və yüksək lif tərkibli meyvələrdən yeyilməlidir. Həftədə ən az 2 dəfə paxlalı bitkilərdən hazırlanan xörəklərə də ehtiyac var. Ağ çörək əvəzinə tam taxıl çörəyinə üstünlük verin. Probiotik istifadəsini də unutmayın", - ekspert qeyd edib.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2610   Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari gozel gorunmek göyəm turşusu otaq dizaynları nişanlılıq badımcan yeməyi kosmetika burcler haqqinda bayatılarımızda vətən həsrəti naz mila suni mayalanma oxatan