Bakıda generalın xatirəsinə hörmətsizlik - FOTOLAR

Böyük Vətən Müharibəsində iki dəfə Sovet İttifaqı Qəhrəmanı adını almış general-mayor Həzi Aslanovun Bakıdakı məşhur heykəlini, yəqin ki, görməyən yoxdur. Lakin, sən demə, bu heykəl Bakıda Həzi Aslanovun adına ucaldılmış yeganə abidə deyilmiş. Onun gözdən-nəzərdən uzaqda, diqqətsiz vəziyyətdə qalmış büstü də varmış.

Xanim.az bildirir ki, musavat.com-un müxbiri bu informasiyanın ardınca həmin büstün hazırda yerləşdiyi məkana üz tutub.

Məlum olub ki, general-mayor Həzi Aslanovun bu büstü Səbail rayonunda, "Akapen" adlanan ərazidə yerləşir. Sovet hökuməti zamanında Əlvan Metallurgiya zavodunun həyətində qoyulan büst indi baxımsız durumdadır. Büstün özü təqribən 1 metr hündürlüyündədir, dayağı isə bir metrdən daha yüksəkdir.

Sakinlərin dediyinə görə, büst latundan hazırlanıb. Çəkisinin təqribən 60-70 kiloqram olduğu deyilir. Möhkəm və dayanıqlı hesab olunsa da, illər və baxımsızlıq qəhrəmanın büstünü yararsız hala salıb. Açıq havada olduğundan büstün üzəri çirklənib, rəngi qarışıb.

Onu da qeyd edək ki, keçmiş zavodun həyətində 30-a yaxın məcburi köçkün ailəsi məskunlaşıb. Çəkiliş zamanı büstün ətrafındakı boş ərazidə məcburi köçkün ailələrinin göyərti əkib-becərdiklərinin şahidi olduq.

Sakinlər deyirlər ki, büst diqqətdən kənar yerdə qalsa da, onların əksəriyyəti Həzi Aslanovun abidəsinin ətrafını tez-tez təmizləyirlər. Çalışırlar ki, təmiz saxlasınlar.

Məcburi kökçünlərin sözlərinə görə, dəfələrlə müraciət etsələr də, heç bir dövlət qurumu qəhrəmanın büstü ilə maraqlanmır: "Bu büst sovet hökuməti zamanı qoyulub. 25 ildən çoxdur ki, buradadır. Həzi Aslanovun nə doğum, nə də ölüm günündə buraya gəlib maraqlanan yoxdur. Bunlar bir tərəfə, büstün üzərindəki ləkələri aparmaq üçün xüsusi dərman lazımdır. Biz dəfələrlə silməyə çalışdıq, ancaq nəticə vermədi. Həmin dərman bu cür metalların ləkəsini apara bilir. Bizim maddi imkanımız buna çatmır. Əslində, bu büstün yeri bura deyil. Bunu Həzi Aslanov metrostansiyasının yaxınlığında bir yerə qoymaq olar. Elə bu təkliflə yığışıb, milli qəhrəmanın yüksək vəzifədə işləyən nəvəsi Həzi Aslanovun qəbuluna getmək istəyirdik".

Qeyd edək ki, sakinlər bu büstün bərpa edilərək, Həzi Aslanovun adına layiq, görkəmli bir yerdə qoyulmasını istəyirlər. Onların sözlərinə görə, büst qiymətli metaldan hazırlandığından tez-tez bu abidəni oğurlamağa cəhdlər edilir. Lakin sakinləri sayıqlığı nəticəsində hələlik belə bir hadisə baş verməyib.
Bakıda generalın xatirəsinə hörmətsizlik - FOTOLARBakıda generalın xatirəsinə hörmətsizlik - FOTOLARBakıda generalın xatirəsinə hörmətsizlik - FOTOLAR

Xəbərlər     Baxılıb: 1612   Tarix: 12 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Alkoqol istəyini əngəlləyən beyin hüceyrələri tapıldı

Massaçusets Universiteti T. H. Chan Tibb Məktəbinin alimləri kəşf ediblər ki, milyardlarla beyin hüceyrəsindən 500-ə yaxın neyron siçanlarda alkoqol istəyini idarə etməkdən məsuldur. . xəbər verir ki, bu barədə "Natur

.

Zehni yorğunluğu azaldır - Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizm üçün müxtəlif faydalar təqdim edir. Bəzi hallarda isə müəyyən sağlamlıq riskləri ilə də müşahid

.

Yay gələn kimi ağcaqanad dərdi də gəlir

Yay aylarında ağcaqanadların olması insanları narahat edir. Xüsusilə, allergiyası olan insanlar bu kimi həşəratların onları dişləməsindən narahatdır. . Çünki  bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. 

.

Kimlərə şokolad olar, kimlərə isə olmaz?

Uşaqlıqdan yetkinliyə və hətta qocalığa qədər şokolad demək olar ki, hər kəsin sevimli ləzzətlərindən biridir. Digər qidalar kimi şokoladın da həddindən artıq qəbulu zərərlidir. xəbər verir ki, şokoladın əsas tərkib hissəs

.

Səni incidir, amma ayrıla bilmirsən? – Psixoloq səbəbini izah edir

"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif səbəbləri olur". . xəbər verir ki, bu sözləri psixoloq Nabat Mirzəyeva -a açıqlamasında deyib. . O bildirib ki, böyüdüyümüz mühit və yaşadığımız yaşayı

.

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır - Orqanları içdən çürüdür

ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yayılır. xəbər verir ki, bu göbələk insan bədəninə daxil olaraq toxumaları çürüdə bilir. Onun səbəb olduğu xəstəlik - aspergilloz - xüsusilə immuniteti zəif ola

.

Min bir derdim dərmanı - Mixək

Mixək bitkisi çox sayda faydası olan bir bitkidir. -a istinadən xəbər verir ki, mixək bitkisi antidepressant və anksiolitik kimi işləyir və stres, depressiya və sinirlilik kimi psixoloji vəziyyətlərdə yardım edir. . Xüsusil

.

Əvvəllər zibil kimi atılırdı, indi kilosu yüz manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. türk mediasına istinadla xəbər verir ki, bir çay qaşığında bir kil

.

Ehtiras zamanı bədəndə nələr baş verir? – Maraqlı TƏFƏRRÜATLAR

İnsan bədəni ehtiraslandıqda sadəcə emosional deyil, eyni zamanda bioloji və kimyəvi dəyişikliklər də baş verir. Bu dəyişikliklər orqanizmin bütün sistemlərini əhatə edir. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, seksua

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar aksessuarlar qaşların formalari ehtiraslandiran sozler qadın hüquqları ailə psixoloqiyası cinsi əlaqə statuslar bürcler sac modelleri həsən bəy zərdabi uşaq şeirləri