Bakıda Klinikada RƏZALƏT: Çaya keyidici dərman qatıb başlarına oyun AÇDILAR - FOTO

Bakıda Klinikada RƏZALƏT: Çaya keyidici dərman qatıb başlarına oyun AÇDILAR - FOTOHeç kimə sirr deyil ki, ildən-ilə estetik klinikalar və gözəllik salonları tərəfindən aldadılan qadınların sayı durmadan artır.
Doğrudan da son illər gözəllik şirkətlərinin nümayəndələri küçədə, ictimai-iaşə mərkəzlərində, mağazalarda qadınlara yaxınlaşıb, öz xidmətlərini təklif edirlər. Telefonla zəng vuraraq nömrənin guya uduşa düşdüyünü, buna görə də pulsuz kosmetoloji xidmət göstərəcəklərini söyləyirlər. Bundan əlavə, sosial şəbəkələrdə səhifələr yaradaraq yalançı reklamlar yerləşdirirlər.

Bugünlərdə redaksiyamıza müraciət edən Mehriban Əzizova ad-soyadlı xanım "VIP Style Estetik Tibb Mərkəzi" tərəfindən fırıldaqla üzləşdiyini deyir. Belə ki, həmin xanıma zəng edib, endirim kampaniyasına düşdüyünü deyiblər. Daha sonra mərkəzlərinə dəvət ediblər. Elə əsl həngamə də bundan sonra başlayıb:

"Çaya keyidici dərman qatıb, sənədə qol çəkdirdilər"

"Həmin xanım başladı ki, bəs siz xüsusi endirim kampaniyasına düşmüsüz. Mərkəzimizə gəlin, sizi gözəlləşdirək. Mən də maraqlandım ki, nə kampaniyadır. Qız dedi ki, üzünüz müayinə olunacaq, daha sonra diaqnoz qoyulub, apparat kosmetalogiyası ilə xüsusi həkim tərəfindən müalicə olunacaqsınız. Nə isə, ora getdim. Məni gülərüz, xoş personal qarşıladı. Özünü Hökumə adı ilə təqdim edən həkim xanım, üzümün bir hissəsinə simmetrik olaraq, xüsusi kremlər vasitəsilə qulluq göstərdi. Daha sonra da mənə həmin firmanın olduqca bahalı kremlərini endirimlə almaq təklifini etdi. Düzü, əvvəlcə tərəddüd etdim, Hökumə adlı həkim-kosmetoloq fasiləsiz danışır, məni yola gətirməyə çalışırdı. Deyirdi ki, Mehriban xanım, narahat olmayın. Biz sizə 50 faiz endirim edərik, siz pulu hissə-hissə ödəyərsiz. Gözəl musiqi fonunda yavaş-yavaş yola gəlməyə başlayırdım... Sonra mənə içməyə çay gətirdilər. Bəlkə də deyəcəklərimə inanmayacaqsınız, vallah, o çayda nəsə vardı, içdim, elə bil, beynim dondu, keyidi... Müqaviləyə necə qol çəkdiyimi və onların mənə vedikləri bir çemodanla - 3 min 600 manat dəyəri olan krem-dərmanlarla özümü küçədə gördüm. Evə çatar-çatmaz ağlım başıma gəldi ki, axı, mən kasıbam. Yoldaşım da işləmir, mən bu qədər pulu necə qaytaracağam? Dəli olmaq həddinə çatdım. Məhsulları qaytarmaq istəyəndə, nə desələr yaxşıdır? Xanım, siz kremlərdən birini açıb, istifadə etmisiz, qaytamaq mümkün deyil. Doğrudan da, müqaviləyə qol çəkəndən sonra özünü mənə həkim-kosmetoloq kimi sırıyan Hökumə adlı qadın kremlərdən birini açıb, təkrar üzümdə test etmişdi. İndi anlayıram ki, onun bu hərəkəti məqsədli imiş. Daha nə deyim, onları Allaha tapşırıram ki, məni belə çıxılmaz vəziyyətə saldılar. Hələ utanmadan mənə dedilər ki, xeyr, müqaviləyə qol çəkmisən. Səni məhkəməyə verəcəyik. Kim istəyər ki, məhkəməlik olsun? Ərim bilsə, məni öldürəcək, kömək edin..."

Aidiyyətı qurumlar məsələyə niyə göz yumur?

BiG.AZ-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, rəhbərlik etdiyi təşkilata estetik klinikalarla bağlı şikayətlər həddən artıq çox daxil olur:

"Bəzi şirkətlər qadınları bir günlük pulsuz müalicəyə cəlb edirlər. Şirkətə gedən qadınlara kosmetik xidmət göstərilir. Bundan sonra müştəri ilə 4 saatdan çox söhbət aparılır, onları müqavilə bağlamağa sövq edirlər. Qadınlara 3-4 min manatlıq kosmetik vasitələr verilir və pulun hissə-hissə ödənilməsi təklif olunur. Sonradan həmin kosmetik vasitələrin heç də bu qədər baha olmadığını öyrənən və onları geri qaytarmaq istəyən qadınları isə müqavilə şərtlərini pozmaqda suçlayaraq hədələyirlər.
Onu da deyim ki, "VIP Style Estetik Tibb Mərkəzi" ilə bağlı artıq 5 ildir ki, rəhbəri olduğum quruma şikayətlər gəlir. Yəni qadınlara zəng edirlər ki, kampaniyaya düşmüsüz, sonra da 3-4 min manatlıq müqaviləyə qol çəkdirib, fırıldaq gəlirlər. Qadınlar da ya qorxularından ya pulu ödəyirlər, ya da bizə müraciət edirlər. Yalvarırlar ki, amandır, ailəmiz heç nə bilməsin. Azad İstehlakçılar Birliyi də həmin malları uğurla, həm də təmənnasız olaraq geri qaytarır və insanların canını bu kimi problemlərdən qurtarır. Ora klinika deyil, adam toplusudur, əhalinin başını yeyirlər. Çox təəssüflər olsun ki, bununla bağlı Baş Prokurorluğa, İqtisadiyyat və Sənaye, Səhiyyə nazirlikləri qarşısında dəfələrlə etdiyim müraciət cavabsız qalıb. Onlar bu kimi hallara göz yumurlar... Azərbaycanda bir qrup adam insanların hüquqlarını pozmaqda və onları aldatmaqda davam edir".

Xatırladaq ki, "VIP Style Estetik Tibb Mərkəzi" əvvəllər "Elevatione" adı altında fəaliyyət göstərirdi. 3600 manata satdıqları kosmetika isə "Elevatione" və "Madam Pikasso" markalarıdır.

Odur ki, ehtiyatlı olun, bu tələyə siz də düşməyin!

Bu da fırıldaqçılıqla müştərilərinə mal sırıyan həmin klinikanın baş həkimi Samirə Məcidova:

Xəbərlər     Baxılıb: 8448   Tarix: 16 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu şəxslər çiyələk yeməməlidir - SƏBƏB

Yaz fəsli gəldikdə təbii ki, çiyələk bu mövsümün ən sevilən meyvələrindən biridir. Ətri və parlaq qırmızı rəngi ilə insanı özünə çəkən bu giləmeyvə, həmçinin sağlamlıq üçün də bir çox faydalı təsirə malikdir. Tərkibində bo

.

Bu saqqız virusları yox edəcək

ABŞ və Finlandiya alimlərinin apardıqları təcrübələr göstərib ki, xüsusi hazırlanmış saqqız herpes və qrip viruslarını zərərsizləşdirə bilər. xəbər verir ki, herpes simplex virusları, HSV-1 və HSV-2, ağız boşluğunda soyu

.

Əsnəmək düşündüyünüzdən daha təhlükəli ola bilər - Yoxlanmaq lazımdır

ABŞ Yuxu Təbabəti Akademiyasının yeni hesabatında tez-tez əsnəmə, gündüz diqqətsizlik və artan kofein istəyi kimi simptomların ciddi yuxu çatışmazlığının əlamətləri ola biləcəyi müəyyən edilib. xəbər verir ki, mütəxəssisləri

.

Bu, baş dərisində qabıqlanmanı və kəpəyi YOX EDİR

Baş dərisinin nəmləndirilməsinin üz dərisinə qulluq qədər vacib olduğunu düşünmüsünüz? Axı saçların sağlamlığı məhz başdakı dərinin vəziyyətindən asılıdır. Əgər buna əhəmiyyət verməsəniz, saç tökülməsi və saç tellərinin qırılmas

.

Bu üsulla dərhal yuxuya gedəcəksiniz - Yuxu probleminə SON

Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək əsl sınağa çevrilə bilər. Xüsusilə son illərdə geniş yayılmış yuxusuzluq problemi bir çox insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Artı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Faydalı kimi təqdim edilən 4 zərərli MƏHSUL

Ultra emal olunmuş qidalar haqqında düşünəndə ağlımıza ilk olaraq çips, qazlı içkilər, şirniyyatlar və ya sosislər gəlir. Lakin əslində bu siyahı daha genişdir və bəzən "sağlam" hesab etdiyimiz məhsullar belə b

.

Qadın 140 saat fasiləsiz yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb

Onun qeyri-adi bir məqsədi var idi. Avstraliyalı aşpaz Evette Quibia 140 saat 11 dəqiqə 11 saniyə fasiləsiz yemək bişirərək dünya rekordu vurub. xəbər verir ki, Evette əhalinin 30%-nin yoxsulluq həddinin altında yaşadığ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yaz geyimleri 2025 aksessuarlar geyim seçimi dondurmalar kitayski roza asan bizim məşhurlar qaynanaya aid bedii edebiyyat fitat uşaq şeirləri novruza aid hakista