Bakıda koronavirusla bağlı vəziyyət qırmızı həddə çatdı - Xüsusi tövsiyələr, XƏBƏRDARLIQ

Bakıda koronavirusla bağlı vəziyyət qırmızı həddə çatdı - Xüsusi tövsiyələr, XƏBƏRDARLIQHazırda Bakı şəhərində koronavirusla bağlı vəziyyət qırmızı həddə yaxınlaşıb və bəlkə də artıq bu həddi çoxdan keçib.
Son günlər sosial şəbəkələrdə insanların kömək çağırışlı statusları, bizə ünvanıanan şikayətləri İnsanlar evlərdə pnevmoniyadan boğula-boğula günlərlə təxliyə gözləyir.
Bir çox viruslu xəstələr pmevmoniya başladığı üçün dözməyərək özləri KT (komputür tomoqrafiya) olunmaq üçün özəl klnikalar və digər xəstəxanalara gedir, KT cavabında virusun yaratdığı ağır simptomlar, buzlu şüşə sindromu görünür.
Sonra onlar apteklərə, marketlərə girir, hətta qohumları ilə ünsiyyətdə olur. Beləliklə, istənilən yerdə yoluxdurmaq təhlükəsi daşıyırlar.
Təcili yardim xəstələri əvvəlki kimi çağırışlara dərhal reaksiya vermir, xəstələri sürətli daşımır və ümumiyyətlə, yer olmadığını bildirir. Ailə üzvləri xəstəni maşına qoyub "Semaşko" adlanan 1 saylı klinik xəstəxanaya, Mərkəzi Gömrük hospitalına aparır, lakin onları qəbul etmirlər.
Test cavabları 5-7 gün yubanır və bəzən xəstə ağır pnevmoniya mərhələsində olduğu üçün test cavabı neqativ çıxa bilir. Bu zaman hadisələr daha pis cərəyan edir və xəstəni heç bir xəstəxana götürmür.
Ona görə də bu gün hər yerdə hər an ağır xəstədən tutmuş yüngül simptomlu daşıyıcıya kimi rastlaşa bilərsiz.
Milli.Az medicina.az-a istinadən bildirir ki, hadisələrin bu gedişi iyul ayının ilk 10 günlüyündə xəstə sayının artacağını göstərir.
İnsanlar məhz indi aprel -may ayında olduğundan da daha ciddi, güclü qorunma tədbirləri görməli və az hallarda evdən çıxmalıdır.
Biz bugünkü duruma uyğun xüsusi tövsiyələrimizi təqdim edirik. Maska, əlcək artıq faydasız ola bilər.
- Baxmayaraq ki, ölkədə sərt karantin rejimi yoxdur, siz özünüz üçün sərt karantin elan edin.
- Yaşlı insanları evdən çıxmağa qoymayın
- Zəruri ehtiyac olmadıqca aptek, özəl klinika və xəstəxanalar, poliklinikalara getməyin
- Həyətlərdə qonşularla oturub saatlarla söhbət etməyin
- Mümkün qədər qohumların evinizə gəlib-getməsini, qalmasını əngəlləyin
- Kafe, restoran, çayxana, ticarət mərkəzlərinə girməyin
- Gün ərzində ünsiyyətdə olduğunuz insanların sayı 5-6 nəfəri keçməsin
- Harda topa insan gördünüz ordan uzaqlaşın
- Danışdığınız insanla aranızda 1 metr məsafə olsun
- Bütün rejiminizi sərt şəkildə tənzimləyin
- Heç kimlə öpüşüb-görüşməyin
- Adam olmayan yerlərdə gəzərək hava və gün vannası alın. Gündə 2 saat
- Evdən çıxmamaq şansı olan, işləməyən insanlar bacardıqca evdə qalıb, hamı ilə, hətta qonşularla belə ünsiyyəti kəssin
- Yas, məclis, ad günü və yığıncaqlar təşkil etməyin və getməyin
- Özünüzü minimum 40 gün tam izolə edin və ciddi qorunun. Hər gün hər addımızını nəzarətdə saxlayın
- Dözün, bu da keçəcək. Xəstələnsəz həkim yardımı olmaya bilər, necə ki,hazırda yüzlərlə insan evdə təcili yardım gözləyir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1561   Tarix: 18 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetika mehsullari qadin sayti donlar 2026 kaktusa qulluq aliment almaq allergiya dirnaq manikuru kosmetika maraqli hakistalar orqazm kəlamlar masturbasiya nedir atalar sozleri