Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin

Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyinArtıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb.

"Qafqazinfo" xəbər verir ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.

Səpkilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə açıqlamasında bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

"Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb".

Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.

Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir.

Xəbərlər     Baxılıb: 2660   Tarix: 11 fevral 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qaşların formalari yemek reseptleri geyim şəkilləri tanışlıq saytları intim erotik fantaziya sac düzümləri zirinc haqqinda kosmetika vətən maraqlı video zehmet ve zinet bayatilar