Bakılı oğlanların ağlını başından alan gözəl - FOTOLAR

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin bəzi yaddaqalan obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.
Xanim.az modern.az-a istinadən milli filmlərimizdə əsas və epizodik rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.

Bu dəfə Azərbaycan tamaşaçılarınının yaddaşında silinməz izlər buraxmış "Telefonçu qız" filmindən bəhs edəcəyik.

Rejissor Həsən Seyidbəylinin kinoda ilk işi olan bu ekran əsərində həyatda öz yerini tapan gənc Mehribanın taleyindən və onun ilk məhəbbətindən danışılır. Mehribanın məhəbbəti çətinliklərlə üzləşir, ona sevinc gətirmir, lakin qızı ruhdan da salmır. Sevdiyi adam bir zamanlar xəyalında yaşatdığı insanın səviyyəsinə qalxa bilmir. Ancaq Mehriban zahirən xəyal dostuna bənzəyən Zakir dərindən düşünməyə və insanlara qarşı münasibətinə yenidən nəzər salmağa vadar edir.

Film Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılıb.

"Telefonçu qız" filmindəki əsas rolllar bir sıra məşhur sənətkarlar tərəfindən ifa edilib ki, onlardan biri də Ukraynanın xalq artisti Raisa Nedaşkovskayadır. 1962-ci illərdə lentə alınmış kinopovestdə o vaxtın Ukrayna gözəli baş qəhrəmanı - telefonçu qız olan Mehriban obrazını canlandırıb. Filmin titrlərinə baxmayan azərbaycanlı tamaşaçıların böyük əksəriyyəti uzun müddət onun ukraynalı olduğunu zənn etməyiblər.

Raisa Nedaşkovskaya vaxtilə Ukrayna və Sovet kinosunun ən gözəl, ən cazibədar aktrisalarından biri olub.

O, 17 fevral 1943-ci ildə Ukraynanın Malin şəhərində doğulub. Uşaqlıqdan rəqslə məşğul olan Raisa həm də xoreoqrafiya ansamblında solistlik edib.18 yaşından isə filmlərə çəkilib: "Meşə nəğməsi", "Yuxu", "Onore de Balzaskın səhvi", "Komissar" və s...

"Telefonçu Qız" filmindəki Mehriban obrazı Raya Nedaşkovskayanın ən yaxşı ifalarından biri sayılır.

Raisa Nedaşkovskaya 1965-ci ildə Kiyev Teatr İnstitutunu bitirib və Dovjenko adına Kiyev kinostudiyasında aktrisa olub.

1980-1993-cü illərdə Kiyev Gənclər Teatrında çalışıb. 1994-cü ildən 2001-ci ilə kimi "Ulduzlu səma altında" teatrında bədii rəhbər olub.

Hazırda 74 yaşında olan R.Nedaşkovskaya Ukrayna Teatr Xadimləri İttifaqında çalışır. O, bu qurumun İdarə Heyəti sədrinin birinci müavinidir. Eyni zamanda, bu ittifaqın nəzdindəki "Qızıl Vityaz" Slavyan incəsənət forumunun vitse-prezidentidir.

Raisa Nedaşkovskaya mətbuata müsahibələrində vətənindəki hazırki vəziyyətə təəssüflənərək, "Ukrayna indi çətin günlərini yaşayır" deyib.

O, Azərbaycanda çəkildiyi "Telefonçu qız" filmindəki Mehriban obrazını karyerasının ən uğurlu rollarından biri adlandırıb.

"Azərbaycan, həqiqətən, mənə əzizdir. "Telefonçu qız" filmində çəkilərkən mən institutda oxuyurdum. Çəkilişlərin uzanması, qarşıma çıxan çətinliklər dəfələrlə məni filmdən yarımçıq getməyə məcbur etmişdi. Lakin rejissor Həsən Seyidbəyli və onun həyat yoldaşı Susanna, səhv etmirəmsə adı belə idi, mənim axıradək oynamağım üçün təkid etdilər. Hətta ona qədər razılıq əldə edildi ki, semestr imtahanlarını Azərbaycan Teatr İnstitutunda verim.
Bəli, məhz təhsilimlə əlaqədar mən roldan imtina eləmək istədim. Çünki bu rola görə təhsilimi qurban vermək istəmirdim. Amma "Azərbaycanfilm"in nümayəndələri Kiyev Teatr İnstitutunun rəhbərliyi ilə hər şeyi danışdılar və mən ilk sessiyanı Bakıda verdim".

"Telefonçu qız"ın çəkilişlərinin Bakıda, Neft Daşlarında və Riqada aparıldığını xatırlayan ukraynalı xanım həmin vaxtlarda dəfələrlə azərbaycanlı oğlanlardan eşq təklifləri alıb. Hətta onu Bakıda evlənmək üçün qaçırmaq belə, istəyirmişlər:

"Bəli, Bakıda məni qaçırmaq istəmişdilər. O vaxt cəmi 18 yaşım vardı", -deyə 1962-ci illərdə azərbaycanlı oğlanların ağlını başından alan ukraynalı gözəl gənclik illərini xatırlayır. Amma onu da deyir ki, özünü heç vaxt ideal gözəl saymayıb.

O, sonuncu dəfə Bakıda 1979-ci ildə Ukrayna incəsənəti ongünlüyü çərçivəsində olub. Raisa Nedaşkovskaya Azərbaycan plovunu çox xoşladığını vurğulayır, o, Bakı Funikulyorunu, şəhərimizin küləyini yaddan çıxarmadığnı deyir.

Raisa Nedaşkovskayanın sözlərinə görə, "Telefonçu qız" filmi məşhurlaşandan sonra Mehriban adı Azərbaycanda çox populyarlaşıb və xatırlayır ki, o zamanlar yeni doğulan qızlara tez-tez bu adı verirmişlər.

Ukraynalı aktrisa məmuniyyətlə bir daha Bakıda olmaq istədiyini də gizlətmir.

Təəssüf ki, Raisa Nedaşkovskaya şəxsi həyatda kinodakı uğurlarına nail ola bilməyib. O, iki dəfə ərdə olub, amma hər iki evliliyi uğursuzluqla nəticələnib. Bu evliliklərdən onun Pavel adlı bir oğlan övladı doğulub. Nedaşkovskayanın oğlu və gəlini hazırda dizaynerdir, onun nəvələri var.

Raisa Nedaşkovskaya müsahibələrində heç bir evliliyini xoş xatirələrlə xatırlamayaraq, bu haqda geniş danışmaq istəmədiyini söyləyib: "Ərlərimdən danışmaq istəmirəm. Çünki onlarla bağlı yaxşı nəsə xatırlaya bilmirəm".

Aktrisanın sözlərinə görə, birinci əri Valeri də kino sahəsində çalışıb. Lakin içki düşkünü olduğundan onunla oğlu Pavel yaş yarımlıq olanda ayrılıb.

Raisa Nedaşkovskayanın ikinci əri Viktor Nekrasov yazıçı olub. Aktrisanın sözlərinə görə, ikinci evliliyi 7 il sürüb və ərinin psixi sağlam olmadığı səbəbindən ayrılıblar.

Sonralar aktrisaya daha bir neçə evlilik təklifi edilsə də, o daha ərə getməməyi qətiləşdirib.
Bakılı oğlanların ağlını başından alan gözəl - FOTOLARBakılı oğlanların ağlını başından alan gözəl - FOTOLARBakılı oğlanların ağlını başından alan gözəl - FOTOLAR

Xəbərlər     Baxılıb: 2712   Tarix: 29 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

yaz geyimleri 2026 qis geyimləri 2026 adlarin menasi qısa saç düzümləri tanınmış qadın simalar ayaqqabi ve cantalar üz maskaları kosmetika şirin qoğal nizami gəncəvi toy gecesi sağlamlığa aid atalar sözləri xanim az