Bakının tanınmış restoranında İYRƏNCLİK: Yeməyin içindən görün nə çıxdı – FOTO
Bakının tanınmış restoranında xoşagəlməz hal baş verib.
Oxuculardan biri oxu.az-a bildirib ki, 18 iyul tarixində Bakının mərkəzində yerləşən "Konti" restoranına həyat yoldaşı ilə nahar etməyə gedib.
O bildirib ki, restoranda əyləşərkən masanın yanında tarakan görüb. Bununla bağlı ofisiantı çağırıb, ofisiant bildirib ki, bu, tarakan deyil: "Ofisiantdan administratorun gəlməsini tələb etdim. Özünü təqdim etməyən bir şəxs gəldi. O şəxs dedi ki, həşəratlar bu obyektdəki mebeldə yuva qurublar. Sonra o salfetlə həmin həşəratı başqa yerə atdı. Daha sonra bizə yemək gətirdilər, boşqabda da bir tarakan gördüm, öz iradımı bildirdim. Ofisiant yenə o şəxsi çağırdı, həmin şəxs də tarkanı yenə salfetlə başqa yerə atdı".
Müştəri administratora öz iradını bildirmək istəsə də, buna nail ola bilməyib. O bildirir ki, restoranda ona yeməyi pulsuz veriblər və növbəti dəfə pulsuz bir nahar etməyi təklif ediblər: "Mən bununla razılaşmadım, naharın tam pulunu ödəyərək həmin yerdən uzaqlaşdım. Mən çox təəccübləndim ki, Bakının mərkəzində belə bir natəmizlik ola bilər".











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin