Bal ayı

Bal ayıEvlilik hazırlıqları, toy özü nə qədər həyəcanlı, maraqlı bir mərasim olsa da o qədər də yorucu, gərginlik yaradan bir mərasimdir. Ona görə də adətən, yeni evlilər toy mərasimindən sonra tez dincəlməyə çalışırlar və bal ayı da bunun üçün əla fürsətdir.
Bundan əlavə, bal ayı yorğunluğu aradan götürməklə yanaşı, həm də yeni evliliyin daha maraqlı başlanmasına, nəhayət ki, tamamilə baş-başa, problemlərdən, işdən uzaq qala bilmələri üçün əla fürsətdir.
Nəzərdə saxlayın ki, bal ayını toydan həmən sonra etmək lazımdır, çünki sonra gecikmiş bir bal ayı, bal ayı deyil, sadəcə tətildir. Ən azından toydan sonra bal ayını təxirə salsanız bu sizin yenidən gərgin iş həyatına qayıtmağınıza və yeni qurduğunuzu evlilikdən tam həzz ala bilməmənizə səbəb olacaq. Nəyin bahasına olursa olsun bal ayınızı təxirə salmayın. Pulu bəhanə etməyin, bunun üçün toy pulundan da bir miqdar ayıra bilərsiniz. Unutmayın ki, bal ayı bir dəfə yaşanacaq və sizə unudulmaz dəqiqələr yaşadacaq ona görə də, bal ayınızı təxirə salmayın.
Bir məqam a var ki, indiki dövrdə çox az miqdarda pul xərcləyərək, bal ayınızı keçirə bilərsiniz.
Əgər iş qrafikiniz çox ağırdırsa, onda heç olmasa həftə sonunda şəhər kənarına çıxın. Bunun sizə necə müsbət təsir göstərəcəyini özünüz də hiss edəcəksiniz. Az da olsa özünüzə və sevdiyiniz insana vaxt ayırın.
Nəzərə alın ki, dincəlmək üçün xarici ölkəyə getmək elə də vacib deyil, ölkəmizin Nabran, Bilgəh, Mərdəkan, Novxanı, Zaqatala, Lənkəran, İsmayıllı kimi gözəl məkanları var.

Bal ayının harada və necə keçirilməsini müəyyənləşdirmək üçün isə ilk növbədə hər ikinizin necə bir iqlim sevdiyinizlə bağlı bir ortaq fikrə gəlməlisiniz. Ancaq dincəlmək üçün xarici ölkələrə getmək istəsəniz bal ayınızı mütləq ən az 2-3 ay əvvəlcədən planlamaq daha qənaətli olacaqdır.
Məsələn, elə insanlar var ki, onlar qışı, qarı, sərin havanı, ya payızı, onun qızıl yarpaqlarını, romantikanı, digərləri isə günəşi, dənizi, əyləncəni, tropik iqlimi sevirlər. Seçdiyiniz məkan da bunlara uyğun olmalıdır.
Bundan başqa, bal ayı keçirəcəyiniz məkanın xidmətləri, yeməkləri, yeni evlilər üçün təklif etdiyi sürprizlər, məkanın mədəniyyəti, qarşılaşacağınız və heç yerdə görməyəcəyiniz, maraqlı məqamları da nəzərə alın ki, bal ayınızı unudulmaz və maraqlı keçirəsiniz.
dünyanın ən gəzib-görməli yerləri
Toy əyləncəsi bitdiyinə görə birlikdə gözəl bir yerlərə gedib yorğunluğu atmaq lazımdır. Bal ayınızı planlamadan öncə aşağıdakı məsləhətlərə bir göz atın.
Bal ayında nələri etməli, nələri etməməli:

1. Bal ayı planını həyat yoldaşınız ilə birliktə etməlisiniz. Beləcə həm sizin həm də həyat yoldaşınızın istəyi doğrultusunda balayınız şəkillənir.
2. Yanınızda götürəcəyiniz əşyaların bir siyahısını tutun. Bal ayı alış verişinizi bu siyahıya görə edərək unutacağınız əşya sayısını mümkün olduğunca minimum endirirsiniz.
3. Bal ayında zaman planlamasını cox yaxşı etməlisiniz. Bu qısa zamana nə qədər çox əyləncə yerləşdirə biləcəyinizi planlamalısınız.
4. Həyat yoldaşınızla birlikdə yaşamağa alışmaq zaman ala bilər. Balayında bir birinizə qarşı aqresiv davranmamalısınız, söyləyəcəyiniz hər kəlməyi seçməlisiniz, çünki ağzınzdan çıxacaq hər hansı sehv bir kəlmə balayınızın gedişini poza bilər.
5. Otel üçün rezervasiyanızı son günə buraxmayın. Hər hansi bir problem çıxması ehtimalında düzəldəcək vaxtınız olmalıdır. Balayınızı geciktirməməyə diqqət edin.Evliliyinizin ilk günlərindəki həyacanla gedərsəniz daha yaxşı olar.

Ailə və Uşaq     Baxılıb: 2950   Tarix: 16 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

turlar.az

kosmetik vasiteler qadin dunyasi makiyaj etmek qaydalari kompot kivi murebbesi agardici maskalar resepti müsabiqələr kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır qardasa aid haxistalar arıqla atalar sozu heyati