Baldırğan kökünün dəmləməsi öd kisəsi daşlarını parçalayır

Baldırğan kökünün dəmləməsi öd kisəsi daşlarını parçalayırSürətlə böyüməsinə və hündür olduğuna görə İsveç bioloqu Karl Linney baldırğanı qədim yunan mifologiyasının qəhrəmanı olan Heraklın şərəfinə "heraclum sphondylium" adlandırıb. Bitkinin quru zoğlarından fleytanın bir növü olan kalyuki və reynstik kimi musiqi alətləri düzəldilməsində istifadə edilir. Yüksək qida dəyərinə görə baldırğanın zəhərsiz növləri bir çox ölkələrdə quru yem hazırlanmasında, kulinariyada isə bitkinin cavan yarpaq və zoğlarından salat və borşların hazırlanmasında istifadə olunur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, baldırğanın tərkibində etil efiri yağı və yağ turşuları var. Əsas komponentini isə sirkə turşusunun oktil efiri təşkil edir və bu keyfiyyətinə görə tibdə tətbiq olunur.
Aparılan tədqiqatlar nəticəsində baldırğan kökünün dəmləməsinin öd kisəsi daşlarını parçaladığı müəyyən edilib. Köklərindən alınan qalen preparatlar və alkaloidlər göbələk əleyhinə təsirə malikdir. Meyvələrindən alınan kumarinlər şiş əleyhinə təsir göstərir. Həmçinin bəlğəmli öskürək, isteriya və epilepsiya tutmaları, sinir, dəri və mədə-bağırsaq xəstəliklərində, əsasən də diareyalarda çox faydalıdır.
Bununla yanaşı, bitkinin fototoksik təsiri də var. Baldırğanın yarpaqları efir yağları ilə zəngindir. Bitkinin bəzi növlərinin şirəsinin tərkibində dərinin ultrabənövşəyi şüalara qarşı müdafiə qabiliyyətini azaldan, həssaslığını isə kəskin artıran aktiv furanokumarin maddəsi var. Baldırğan şirəsinə toxunduqda və ya bitkini qırmaq istədikdə dəridə qıcıqlanma, bəzən isə yanıq - fotodermatit yarana bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1300   Tarix: 24 iyun 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

turlar.az

gözəllik məhsulları qadin sayti geyim şəkilləri qadın psixologiyası boşanma səbəbləri şirniyyatların hazırlanması sızanaqlara qarşı maskalar kosmetika sağlamlığın sirleri xeyanet ağır itki prostat novruz bayramina aid hakistalar