Baş ağrılarınız keçmirsə, bunları mütləq tətbiq edin

Baş ağrılarınız keçmirsə, bunları mütləq tətbiq edinSağlamlıq problemi olaraq çox tez-tez rast gəlinən baş ağrıları insanların gündəlik həyatına öz təsirini göstərir.
Növlərinə görə fərqli şəkildə büruzə verən baş ağrıları bir neçə saat, hətta bir neçə gün davam edə bilir.
Baş ağrılarına qarşı təbii vasitələri təqdim edirik:
Lavanda  yağı:
İyləmək, diffuzora 2 damcı tökərək otağı havalandırmaq, kağız salfetin üzərinə damcılatmaqla istifadə edə bilərsiniz. 
Nanə yağı:
Tıbbdə istifadə olunan nanə yağı rahatladıcı təsiri nəticəsində yüksək qan təzyiqi və gərginliklə əlaqədar yaranan baş ağrılarında faydalı təbii müalicə üsulu olaraq istifadə olunur.
Reyhan yağı:
Reyhan yağı əzələləri rahatladan vasitə olaraq təsirlidir. Baş ağrılarına və zəif əzələlərə də musbət təsir gostərir.
Kətan toxumu:
Kətan toxumu da omega 3 baxımından zəngin olması ilə baş ağrılarına yüngülləşdirici təsir göstərir.
Türk qəhvəsi və çay:
Qəhva və çay da baş ağrısını yüngülləşdirmək üçün istifadə olunur.
Qəhvənin içərisindəki kafein baş ağrısını azalmağa qadirdir. Bir fıncan Türk qəhvəsi, yaxud çay içmək ağrının başlanğıcında çox təsirli ola bilir. Lakin qəhvəni həddindən artıq istifadə etməmək lazımdır.
Barmaqla akupunktur bölgələrə təsir göstərmək:
Baş barmaqla işarət barmağı arasındakı sahəyə diğər əllə təzyiq göstərmək baş ağrısının dayanmasına səbəb ola bilir.
Qaşlar arasındakı nöqtədəki akupunktur bölgəyə təzyiq etmək stress və yorğunluqdan yaranan baş ağrılarını yüngülləşdirir.
Burun və göz yuvası arasındakı nöqtə burun çəpərinin və göz yuvasının üzərində qaşlarınızın altında yerləşir. Stress və ya soyuqdan qaynaqlanan baş ağrılarından xilas olmaq üçün işarət barmaqları vasitəsilə o bölgəyə təzyiq göstərə bilərsiniz.
İsti duş:
Əğər baş ağrısı qrip,  yaxud da sinusit ilə əlaqədardırsa duş zamanı ilıq hava burun yollarının açılmasına təsir göstərəcək.
Alın və gicgahlara  buz qoymaq:
Alın və gicgah bölgəsinə yaş dəsmal qoymaq və ya buz torbası ilə soyuq kompres qoymaq rahatlamağa səbəb olacaq. Alın və gicgah bölgəsinə soyuq komres qoyulduğu zaman baş ağrılarından qısa zamanda xilas olmaq olar. Təsirli olması üçün proses təkrarlanmalıdır.
Susuz qalmamaq:
Baş ağrılarının səbəblərindən biri də susuzluqdur. Ona görə də baş ağrısı başlayan kimi su içmək lazımdır.
Baş ağrısı varsa suyu çox da soyuq içməməyə diqqət edilməlidir.
Baş arxasına,  boyun və çiyindən masaj:
Bu, baş ağrısını yüngülləşdirmək üçün tətbiq oluna bilər.
Alma sirkəsi:
1 stəkan qaynar suya 1 çay qaşığı alma sirkəsi əlavə  edilir. Yaxşıca qarışdırılır və içilir.
Limon suyu:
Bir stəkan isti suya yarım limon sıxılır və qarışdırıldıqdan sonra içilir. 
Mixək:
Açıq halda olan çayın içərisinə 9-10 ədəd mixək atılır və şəkər əlavə edilmədən içilir.
Bibəriyə çayı:
Miqren ağrıları üçün bir stəkan su qaynadılır, içərisinə bir çay qaşığı bibəriyə əlavə edilir. 9-10 dəqiqə zəif odun üzərində dəmlənir.
Dəmləndikdən sonra süzülüb yeməklərdən sonra içilir. Bu qarışıq gündə 2 dəfə 21 gün ərzində tətbiq edilir.
Yaşıl çay:
Yaşıl çay şiddətli baş ağrıları zamanı ən təsirli həll yollarından biridir. Baş ağrıları zamanı yaşıl çay içilməsi tövsiyə olunur.
Cökə:
Cökə çayı da şiddətli baş ağrıları zamanı içilməsi məsləhət görülən çaylardandır. 
Çobanyastığı çayı:
Çobanyastığı çayının sakitləşdirici xususiyyəti şiddətli bas ağrıları zamanı faydalı təsirə malikdir. 
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2022   Tarix: 07 mart 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

adlarin menasi yemek reseptleri gelinlikler hicablı geyimlər darcin faydasi çanta ayaqqabı mesameler ucun maskalar kosmetika oglan evi novruz hakıştası tut ağacı tutdudu kahfe falı veten haqqinda bayatilar