Baş ağrısının dərmansız müalicəsi. 10 effektli üsul

Baş ağrısının dərmansız müalicəsi. 10 effektli üsulBaş ağrıları ilə insanların əksəriyyəti üzləşir. Adətən biz dərhal hər hansı ağrısızlaşdıran preparatlardan birini istifadə etməyə çalışırıq.
Lakin bir çox hallarda adi baş ağrısını heç bir dərman preparatı istifadə etmədən azaltmaq mümkündür. Bu sadə və sınanmış vasitələr sizə bu işdə kömək edəcək:
1. 1 stəkan sərin su. Baş ağrısının yayılmış səbəbləri arasında orqanizmin susuzlaşmasıdır. Bu halda adi su sizi baş ağrısından xilas edə bilər.
2. Qida qəbulu. Aclıq da baş ağrısının yayılmış səbəblərindən biridir. Aclıq zamanı qanda qlükozanın səviyyəsi düşür. Qlükoza beynimizin əsas qidasıdır. Qanda qlükozanın səviyyəsi düşdükdə buna ilk növbədə beyin reaksiya verir - insan əsəbi, yorğun olur, baş ağrısı əmələ gəlir.
Bu halda qida qəbulu sizi baş ağrısından xilas edəcək. Maqneziumla zəngin olan qidaları seçin - tünd yaşıl tərəvəzlər, paxlalı bitkilər, qoz-fındıq. Maqnezium baş ağrılarının azalmasına çox yaxşı kömək edir.
3. Çay və qəhvə. Baş ağrısı zamanı istifadə olunan dərmanların bir hissəsinə "kofein" maddəsi daxildir. Bu maddə çayda və xüsusilə də qəhvədə var. 1 fıncan qəhvə və ya tünd çay baş ağrısının azalmasına kömək edə bilər.
4. Yuxu baş ağrısı zamanı ən sınanmış vasitələrdən biridir.
5. Nanə dəmləməsi. Bu çox güclü spazmolitik və ağrısızlaşdıran vasitədir. 1 xörək qaşığı təzə nanə yarpaqları 1 fincan qaynar suda dəmləyin və kiçik qurtumlarla için.
6. Zəncəfil, darçın, sarıkök güclü spazmolitik və ağrısızlaşdıran təsirə malikdir. 1 stəkan suda 1/2 çay qaşığı zəncəfil tozu (və ya darçın, və ya sarıkök) dəmləyin və kiçik qurtumlarla için.
7. Aromatik yağlar (rozmarin, lavanda, nanə) baş ağrısını azaldır. Barmaqlarınızın uclarına bu yağlardan birinin bir neçə damcısını tökün, massaj hərəkətlərlə gicqahlara sürtün və sonra bir qədər uzanın.
8. Xardal kağızı baş ağrısı ilə mübarizə etməyə kömək edir. Baş ağrıları zamanı xardal kağızları ilıq suda isladın və boynun arxa hissəsinə qoyun.
9. Baş massajı. Baş ağrısı zamanı başınızı barmaqların ucları ilə yüngül massaj edin.
10. Əgər baş ağrısı nəbz kimi vurursa, gicgahlarınıza buz qoyun.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 964   Tarix: 27 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

5 dəqiqəlik yuxunun sağlamlığa FAYDASI

Somnoloqlar gündüz saatlarında uyğun olmayan şəraitdə belə qısa müddətli yuxunun sağlamlıq üçün faydalı olduğunu açıqlayıblar. xəbər verir ki, onların sözlərinə görə, güclü yorğunluq zamanı yaranan hər bir istirahət imkanında

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

.

Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz

Mütəmadi çərəz istehlakının ürək sağlığından koqnitiv funksiyalara qədər geniş bir sahədə müsbət təsirləri olduğu elmi faktlarla sübut edilib. Bəs ən faydalı çərəz hansıdır?.  xəbər verir ki, çərəzlərdoymamış yağlar, bitk

turlar.az

reseptler qadın geyimi toy gecesi gəncə xəbərləri prostat vəzi kətə reseptləri hicab baglama usullari kosmetika yumurta azerbaycan zencefil novruz bayramina aid hakista dolça