Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu
Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş bu növlər vitamin, mineral və lif baxımından daha zəngin tərkibə malikdir.
Milli.Az qida dəyəri ən yüksək olan sağlam düyü növlərini təqdim edir:
Qara düyü tərkibindəki antosianin piqmentləri sayəsində tünd rəngə və güclü antioksidant xüsusiyyətlərə malikdir. Dəmir, E vitamini və liflə zəngindir.
İmmunitet sistemini gücləndirir və orqanizmi sərbəst radikallardan qoruyur.
Xüsusilə maqnezium və fosfor baxımından diqqət çəkən qırmızı düyü, sağlam qidalanmada mühüm yer tutur. B qrupu vitaminləri və yüksək lif tərkibi.
Həzm sisteminin işini tənzimləyir və maddələr mübadiləsini dəstəkləyir.
Qonur (Qəhvəyi) düyü ağ düyüdən fərqli olaraq kəpək və rüşeym hissəsi ayrılmadığı üçün daha təbiidir. Yüksək lif və B vitaminləri.
Qan şəkərini daha balanslı şəkildə yüksəldir və insanı uzun müddət tox saxlayır.
Qaracadağ düyüsü yerli istehsal olması və təbiiliyi ilə seçilir. Protein, lif və mineral zənginliyi.
Təbii yetişdirilmə şəraiti sayəsində qida dəyərini tam qoruyur.
Basmati düyüsü aşağı qlisemik indeksi ilə tanınsa da, qara və qırmızı düyü kimi növlər antioksidant və lif tərkibi ilə sağlamlıq baxımından bir addım öndədir. Ağ düyü əvəzinə bu növlərə üstünlük vermək həm həzm sistemi, həm də ümumi enerji səviyyəsi üçün daha faydalıdır.
Lalə Qüdrətova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO