Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNA

Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNAQadınlar hər zaman gözəl və cazibəli görünməyə çalışırlar. Onlar üçün gözəllikləri ilə bağlı kompliment eşitmək çox əhəmiyyətlidir. Baxım-bir qadın üçün öndə duran mövzulardandır.
Baxımlı qadın hər şeydən öncə özünə inanmalıdır. Qətiyyətli və komplekssiz biri olarsanız sevdiyiniz və ətrafdakılar sizə daha çox diqqət yetirər.
– Kişilər üçün ilk olaraq qadının kilolu olub-olmaması məsələsi əhəmiyyətlidir. Necə deyərlər, bir kişi bir qadının bədən formasına vurulur.
Əgər kilolu bir xanımsınızsa…
Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNADüşünməyin ki, sizdə alınmayacaq "mən istəyirəm, demək, mən bacaracağam." Sizdə alınacaq. Ayrıca müxtəkif bəhanələr irəli sürməklə özünüzə haqq qazandırmağa çalışmayın. Bəzi xanımlar övladlarını dünyaya gətirdiklərini ilə bağlayırlar kilo almaqlarını, bəziləri buna səbəb kimi ailə qurduqlarını göstərirlər, bir çoxları isə ümumiyyətlə, arıqlamaqlarını mümkünsüz hesab edirlər. Burada "yox" qəbul olunmur. Özünüzə inanın və durmadan məşqlərə başlayın. Unutmayın ki, burada əsas olan idmandır. Daim hərəkətdə olun, hündür mərtəbəli binalarda lift olmadan çıxıb-düşmək sizə yardım edəcək. Ayrıca, açıq havada qaçış, xüsusilə səhərlər çox faydalıdır. Süfrədən doymamış qalxın, iradənizə qalib gəlin! Ən əsas şərt: gün ərzində çoxlu maye qəbul etməyə çalışın, təmiz sudan daha çox istifadə edin. Unutmayın ki, 10 günə, 20 günə sizdə heyrətamiz dəyişiklik olmayacaq, təbiətdə heç nə qəfil baş vermir, asta-asta ayların əziyyəti hər şeyi öz yoluna qoyacaq, mütləq istədiyinizi alacaqsınız. Gün ərzində tez-tez amma az-az qida qəbul edin, normal olaraq hər 3 saatdan bir. Yatmazdan 4 saat əvvəlcədən qida qəbulunu dayandırın, yuxuda olarkən piylənmə daha tez baş verir. Yağlı və kalorili qidalara deyil, yüngül məhsullara üstünlük verin. Hər zamankı kimi musiqi aclıq hissini də öldürür.
Hündürboylu xanımlar kişilərin diqqətini daha çox cəlb edir, bu sirr deyil
Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNAUcaboylu olsanız da, olmasanız da hündürdaban ayaqqabılara üstünlük verməyiniz məsləhətlidir. Onsuz da alimlər hündür və yastı dabanlı ayaqqabıların səhhətə eyni dərəcədə ziyanlı olduğunu sübut ediblər. Hündürdaban ayaqqabılar sizi qamətli göstərəcək və özünüzə əminlik hissi oyadacaq. Çalışın ki, yanaşı durarkən həyat yoldaşınızla (və ya sevdiyinizlə) eyni hündürlükdə görünəsiniz, çünki əksəriyyət kişilər qadınların onlardan uca görünməsini xoşlamırlar, elə qadınlar da bu haldan məmnun deyillər. Hündür dabanlı ayaqqabılarla yeni yerməyə başlayırsınızsa iyirmi gün müddətində qısa məsafələrə məşq edə bilərsiniz.
Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNA– Nəinki kişilər, hətta qadınların özünü də ən çox kompleksə salan məsələ arzuolunmaz tüklərin varlığıdır. Əgər gözəl görünməyi qarşınıza məqsəd qoymusunuzsa ilk olaraq buradan başlamalısınız. Xoşagəlməz tüklərdən azad olmaq üçün qadınlar müxtəlif üsullardan istifadə edirlər, burada seçim sizindir. Arzuolunmaz tüklər qadının zərifliyini məhv edən başlıca səbəbdir.
Qaşlarınız barəsində isə yalnız onu deyə bilərik ki,hazırda gənc xanımlarımız əksəriyyəti bir qədər qalın qaş formasına üstünlük verirlər. Bir qədər yaşlı xanımlarımız isə "sap" formasında daha nazik qaşlardan xoşlanırlar.
– Əksəriyyət kişilər bu mövzuya diqqət etməsələr də qadının baxımlılığı onun dırnaqları ilə müəyyən edilir. Bir çox qadınlar uzun dırnaqlara sahib olmağa üstünlük verirlər. Bu halda açıq rəngli dırnaq boyalarından istifadə etməlisiniz. Əks halda tünd rəngli dırnaq boyası sizə yaraşacaq. Dırnaqlarda adətən bir rəngdən istifadə daha gözəl görünür, nəinki müxtəlif bəzəklər…
Saçlar qadının görünüşündə mühüm yer tutur
Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNAHazırda daha çox uzun saçlar dəbdədir. Saçlarınızı hər zaman düz formada saxlasanız daha yaxşı olar. Buruq saç stillərindən isə məxsusi günlərdə istifadə edərsiniz. Əgər saçlarınızda ağarma baş vermirsə rəngi dəyişdirmək sərfəli deyil. Mütəxəssislər ümumiyyətlə, otuz yaşına qədər saç rəngini dəyişdirməməyi məsləhət görürlər.
– Zinət əşyalarından sadələrə üstünlük verərsəniz daha yaxşı olar. Lakin qızılı və sarı rənglərdən istifadə edin. Boyunbağılar hər geyimə uyğun gəlmir, bu mövzuda diqqətli olun. Saçlarınızı yuxarıdan yığırsınızsa halqa sırğalara üstünlük verə bilərsiniz.
– Makiyaj hər bir qadın üçün son dərəcəli və xeyli əhəmiyyətli mövzudur. İlk olaraq onu deyim ki, zərli, qatı makiyajdan gündəlik istifadə etməyin. Həmçinin də ağardıcı krem və pudralar. Dodaq boyası düzgün makiyajın başlıca göstəricisidir. Tünd qırmızı rəngdən istifadə məsləhət deyil. Göz qələmini içəriyə doğru çəkərsəniz, gözləriniz kiçik görünəcək.
Və… Ən əsas mövzu: geyim seçimi
Baxımlı olmaq üçün qızıl qaydalar – XANIMLARIN MENYUSUNAİlk olaraq onu qeyd edim ki, kiminsə əynində görüb bəyəndiyiniz deyil, özünüzə yaraşacaq geyimləri seçin. Öz bədəninizi tanıyın və ona uyğun libaslar seçin. Qarderobunuzda tünd, gözəçarpan rəngdə geyimləri yerləşdirin. Açıq-saçıq geyimlərdən istifadə etməklə gözəl görünəcəyinizi düşünməyin, zövq ən qapalı geyimdə də özünü göstərəcək, ayrıca bir sıra geyimlər xanımlarımızın bəzi qüsurlarını da ortaya qoya bilər. Unutmayın, necə bir geyim seçəcəyinizə ən doğru cavab hara gedəcəyiniz ola bilər. Dəbdə olmayan geyimlərdən istifadə etməkdən çəkinməyin, dəbi siz də yarada bilərsiniz. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 5185   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma geyim və ayaqqabılar yumurta ile uz maskalari arıqlama vasitələri cinsi mövzular bayatılar vətən haqqında kosmetika novruz bayramina aid hakisdalar irem derici cinsi əlaqə yemekler dovsan