Bayram günlərində belə qidalanın

Bayram günlərində belə qidalanın"Yeni ildə əksər insanlar bayram süfrəsindəki bütün yeməklərdən dadmağa özlərinə icazə verirlər. Düşünürlər ki, bayram günü hər bir şey yemək olar. Yeməkləri, salatları yeyib qarışdırırlar, üstündən qazlı və spirtli içkilər içirlər, sonra da masaya şirniyyatlar və meyvələr gətirilir. Bu zaman nə baş verir? Həm insanlarda diskomfort və köp yaranır, həm də səhəri gün tərəziyə çıxdıqda görürlər ki, 3 kq çəki alıblar. Birinci məsləhətim odur ki, ayın 31-1-i səhər acqarına tərəziyə çıxsınlar, ilk növbədə çəkilərini ölçsünlər. Ən azından bu, onlar üçün bir bilgi olar, bilsinlər ki, sadəcə 1 günlük qeyri-sağlam qidalanma insanın nə qədər kökəlməsinə səbəb olur".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim-diyetoloq Şəfa Yadigarova deyib.
Onun sözlərinə görə, bayram süfrəsinə münasibət sağlamlıqda mühüm rol oynayır:
Bayram günlərində belə qidalanın"Orqanizmi axşam saat 12-dən sonra yükləmək olmaz. Saat 18:00-19:00-da yüngül salatlardan başlayın. Axşamlar çoxu tez doyum və enerji hissi verən sadə karbohidratlarla başlayır, bunlar da birbaşa yağların toplanması ilə nəticələnir. Daim ac qalanda metabolizmin fəaliyyəti zəifləyir. Axşam sağlam və ya qeyri-sağlam yemək yeməyimizdən asılı olmayaraq, təbii ki, fizioloji olaraq ağırlıq yaradır. Əsasən də qarın, yan və çanaq hissədə piylənməyə səbəb olur.
İkincisi, şirniyyatlar, tortlar və ya meyvəli salatları bayram gününün səhəri yesəniz, daha yaxşı olar. Bunları dekabrın 31-i yağlı yeməklərdən sonra yeməmək məsləhətdir. Bu zaman köp və qaz yaranır ki, bu da insanı ağırlaşdırır, qəbizlik və ya çəki artımına da səbəb ola bilər. Ayın 1-dən sağlam qidalanmaya keçin, 2-si isə artıq normal həyat tərzinə qayıdın. Ardıcıl olaraq 4-5 gün bayram yeməkləri hazırlayıb yesəniz, nəinki 2 kq, 5-6 kq kökələ bilərsiniz. Daha sonra bu çəkini atmaq da çətin olacaq".
Bayram günlərində belə qidalanınDiyetoloq salatları sağlam qidalarla birlikdə yeməyi tövsiyə edir:
"31 dekabr bayram süfrəsindən sonra sevdiyiniz musiqi qoyun və ya televiziyaların hazırladığı konsert proqramlarını rəqs edərək izləyin. Beləcə həm bayramı pozitiv enerji ilə qarşılayacaq, həm də artıq kaloriləri yandıracaqsınız.
Üçüncü odur ki, yeməkdən ən az yarım, ya da 1 saat əvvəl bol su için. Yanvarın 1-də də günə su içməklə başlayın. Su doyum hissi verdiyi üçün daha çox yemək istəyinin qarşısını alır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 3158   Tarix: 29 dekabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

qadın geyimi geymler 2026 gözəllik məhsulları psixoloq meslehetleri plovlar qadin dunyasi net dieta kosmetika qiz evi haxista qiz burcu suni mayalanma burclər hakiwda