BƏD XƏBƏR! Qazın qiyməti yenidən artırılacaq!

BƏD XƏBƏR! Qazın qiyməti yenidən artırılacaq!"SOCAR istər ölkə daxilində, istərsə də ölkə xaricində öz fəaliyyətini çox uğurla həyata keçirir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və manatın devalvasiyası nəticəsində biz 2015-ci ili zərərlə başa vurduq".

Bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov deyib.

Onun sözlərinə görə, 2016-cı ilin audit olunmuş 6 aylıq maliyyə hesabatlarına əsasən SOCAR hesabat dövründə 550 mln. dollar məbləğində mənfəət əldə edib: "Dövlətin bizə verdiyi böyük dəstək nəticəsində ölkə daxilində təbii qazın qiymətinin manatın devalvasiyası nəticəsində ucuz, şirkətin maya dəyərindən aşağı qiymətə satışını nəzərə alaraq Tarif Şurası tərəfindən təbii qazın qiymətində artım həyata keçirilib. Təbii qazın qiymətinin artmasının əhalinin əksər hissəsinə təsirinin azaldılması üçün ilkin olaraq müəyyən olunan illik 1500 kubmetrlik limit 1700 kubmetrə qədər artırılıb. Bütün bunlar qiymət artımının ümumi abonentlərin əksər hissəsinə təsirinin qarşısını alıb. Təbii qazın qiymətinin artırılması SOCAR-ın əsas məhsulu olan təbii qazın satışından əldə olunan gəlirlərin qismən artırılmasına imkan yaradıb. Çünki devalvasiya nəticəsində biz Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından xüsusi ilə daxili tələbatı təmin etmək üçün külli miqdarda – təxminən istehlakın yarısı səviyyəsində dollar ifadəsində təbii qazı satın alırıq. Buna görə də manatın devalvasiyasına qədər alınan malların ölkədaxili satışı ilə manat ifadəsində olan satışımızda çox da böyük olmayan zərər yarandığı halda həmin zərər digər xam neftin satışı ilə əldə olunan gəlir hesabına tam örtülürdü. Amma həm neftin qiymətinin aşağı düşməsi, həm də manatın devalvasiyası bizi məcbur etdi ki, biz dövlət, aidiyyatı qurumlar qarşısında təbii qazın qiymətinin artırılması məsələsini qaldıraq. Ən azı bizə başa gələn xərclər səviyyəsində təbii qazın satışı təmin olunmalı idi. Burada da müxtəlif differensasiya olunmuş qiymətlər tətbiq olundu. Əsas istehlakçımız olan elektrik enerjisinin istehsalını həyata keçirən "Azərenerji" ASC üçün satdığımız qazın qiyməti təxminən 120 manat çərçivəsində, Naxçıvana satdığımız qaz 75 manat çərçivəsində, əsas kommersiya qurumlarına satılan qaz isə 200 manat və illik 1700 kubmetr qaz istehlak edən əhali təbəqəsi üçün 100 manat olaraq qaldı. Bu qiymət artımı və həmin dövrdə manatın dollara kursunun 1 manat 60 qəpik kursunda SOCAR-ın bu əməliyyatda nə zərərinin, nə də mənfəətinin sıfır zərərsizlik bir nöqtəsi kimi tanınıb. Təbii ki, manatın dollara nəzərən məzənnəsi dəyişdikcə, bizim riskimiz artır. Təbii qazın alışından yaranan bu fərq bizim maliyyə nəticələrinə mənfi təsir göstərəcək. 2016-cı ilin maliyyə audit hesabatı tam hazır olmasa da biz ümid edirik ki, SOCAR-ın ümumi maliyyə təsərrüfat fəaliyyətinin nəticələri bizi qorxudacaq səviyyədə olmayacaq. Ən azı 6 ayda 550 milyon dollarlıq mənfəət olduğu halda, ümid edirik ki, il ərzində həmin mənfəət qorunub saxlanacaq".

"Aidiyyəti qurumlara müraciət edəcəyik"

"Biz təbii qaza olan tələbatı 3 mənbə hesabına təmin edirdik. Bildiyiniz ki, daxili tələbat SOCAR hasilatı ilə yanaşı, Hasilatın Pay Bölgüsü sazişlərinin tərəfdaşlarından təbii qazın alınması və idxal hesabına təmin edilir", – deyə vitse-prezident bildirib.

Manatın devalvasiyasının SOCAR üçün əlavə zərər yaratdığını deyən S. Qasımov bildirib ki, ölkə daxilində təbii qaza olan tələbatı ödəmək üçün alınan qaza görə əməliyyat həyata keçirilərkən gələcəkdə hər hansı bir mexanizmin hazırlanması mümkündür: "Üzən məzənnə rejimi nəzərə alınmaqla dollarla satın alınan qaza görə ödənişin müvafiq mexanizminin işlənib hazırlanması məsələsi gündəmdədir. Lakin hələlik bu məsələ ilə bağlı heç bir danışıq aparılmır. Təbii qazın indiki qiymətinin səmərəliliyi bizim üçün ziyanla həyata keçirilir. Əgər manatın dollara nisbətən məzənnəsi azalmaqda davam edərsə, SOCAR aidiyyəti qurumlara müraciət edəcək".(APA)

Xəbərlər     Baxılıb: 2393   Tarix: 20 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

hamiləlik geyim şəkilləri qadın geyimi suni usaq yemekleri quru deri ucun maska şəbəkə sənəti piroq reseptləri kosmetika novruz hakısdası arxadan olmag tapmacalar mekteb novruz bayramına aid bakışta