Bədən susuz qalarsa, nə baş verər? - İNANILMAZ FAKTLAR

Bədən susuz qalarsa, nə baş verər? - İNANILMAZ FAKTLARBədəni niyə susuz qoymaq olmaz? Bu zaman nə baş verə bilər? Əslində, hər şey sadədir. Sağlamlıqla bağlı problemlərin əksəriyyəti insanların az su içməsi üzündən baş verir. İnsanlar sərinləmək üçün qəhvə, çay, şirə, şərab, pivə, kvas, qazlı içkilər, smuzi, kompotlar, bir sözlə sudan başqa nə gəldi içir. Halbuki, onların heç biri orqanizmin maye ehtiyacını ödəmir.
Publika.az oxucuları bu gün bədənin susuz qalması nəticəsində yaranan fəsadlarla tanış edib.
Su çatışmazlığı səbəbindən orqanizmdə mübadilə prosesləri pozulur, toksinlər atılmır və nəticədə dəri quruyur. Kəskin quruluq bədən hərarətinin artması və möhkəm tər, küləklə isti havanın birləşməsi və ishalla müşayiət olunan xəstəliklər üzündən baş verir. Lakin orqanizmdə su çatışmazlığı dərhal nəzərə çarpmır. Çünki insan bədəni bu vəziyyətə alışır. Amma qızmar yay günlərində su itkisi daha çox baş verir və bu zaman halsızlıq, yorğunluq, baş hərlənməsi və digər müalicə tələb olunan problemlər meydana gəlir.
Orqanizmin suya ehtiyacı olduğunu göstərən əlamətlər
Ağızda quruluq
Ağızda quruluq orqanizmin suya ehtiyacı olduğunu göstərən ən birinci və aşkar simptomdur. Bu zaman orqanizm artıq qurumağa başlayır. Təbii ki, ağızda quruluqla şirin şirələr, qazlı suyla və ya çay paketləri ilə mübarizə aparmağa dəyməz. Orqanizm məhz su istəyir!
Quru dəri
Orqanizmin daxilində baş verdiyini dəri güzgü kimi əks etdirir. Əgər siz həddən artıq dəri quruluğundan əziyyət çəkirsinizsə, onda bu hal çox güman ki, orqanizmdə suyun çatışmazlığı ilə bağlıdır.
Bərk susamaq
Nə qədər su içsəniz də, ondan doymursunuz? Təbrik edirik, sizin orqanizminiz quruyub. Və bu halı ağızda quruluq ilə müqayisə etmək olmaz. Sudan doymadığınız kifayət qədər ciddi xəbərdarlıqdır, bu zaman beyin orqanizmə fəal SOS siqnallar göndərməyə başlayır və sadəcə su tələb edir. Orqanizmi hər şeydən çox alkoqol qurudur, ona görə də bədən çoxlu su istəyir.
Gözlərdə quruluq
Əgər siz gözlərdə yüngül qaşınma, quruluq və hətta qızartı hiss edirsinizsə, onda təcili su için. Orqanizmdə su az olduqda göz yaşı kanalları quruyur. Bu da gözlərə böyük ziyan vura bilər. Kontakt linza taxan insanlar bu əlamətə xüsusilə diqqətlə yanaşmalıdır.
Sidik rənginin dəyişməsi və həcminin azalması
Hər bir insanın orqanizmi individualdır və normanı müəyyən etmək çətindir. Lakin sidik rənginin həddindən artıq tündləşməsi və azalması orqanizmin su çatışmazlığından əziyyət çəkdiyini göstərir.
Nəbzin və ürək döyüntüsünün çoxalması
Orqanizmdə su az olduqda qan dövranı zəifləyir, pozulur, nəticədə ürəyin yükü artır və insan orqanları kifayət qədər oksigen almırlar.
Oynaqlarda ağrılar
Bəzən yaşlı olmayan insanlar da oynaq ağrılarından şikayət edir. Bəzilərində o, qaçış və idmandan sonra yaranır. Əslində, bizim orqanizmimiz xırdalıqlarına qədər düşünülüb. Məsələ ondadır ki, qığırdaq disklərin 80%-i sudan ibarətdir. Bu da oynaqların xüsusilə intensiv yüklənmələri zamanı bir-birinə sürtülməməsinə nəzarət edir. Ona görə də xroniki su çatışmazlığı oynaqlarda ağrıya səbəb olur.
Əzələ kütləsinin azalması
Oynaqlar və qığırdaqlar kimi əzələlərin də yarısı sudan ibarətdir. Təbii ki, orqanizmdə su çatışmazlığı əzələ kütləsinin həcminin azalması ilə nəticələnir. Bütün məşqçilər və həkimlər belə qənaətə gəliblər ki, hətta məşq zamanı vaxtaşırı su içmək lazımdır.
Xroniki yorğunluq və süstlük
Əgər bədəndə su çatışmırsa, o, suyu daxildə axtarmağa başlayır. O cümlədən, qandan. Bu da orqanlarda oksigen çatışmazlığına səbəb olur. Bu hal da öz növbəmizdə yorğunluq və yuxu hissi doğurur. Əgər siz gün ərzində 8 saat möhkəm yatmağınıza baxmayaraq, özünüzü yorğun hiss edirsinzisə və qəhvə sizə təsir etmirsə, deməli, problem su azlığındadır.
Həzm problemi müşahidə olunur
Ağız boşluğunu seliklə nəmləndirmək lazımdır, amma bu, həzm sisteminin hamısına aiddir. Əgər nəm keyfiyyəti az olarsa, mədədə selik sıxlığı azalır, dolayısı ilə mədə turşusu daxili orqanlara ziyan vurur. Bu da adətən mədə xəstəliklərinə gətirib çıxarır. Orqanizmin su ehtiyatı yaşa dolduqca azalır. Odur ki, yaşa dolduqca suyun istehlakını şüurlu surətdə artırmaq lazımdır.
Ən nəhayət, vaxtından əvvəl qocalma əlamətləri də su ilə əlaqədardır. Belə ki, daxili orqanlarda su çatışmazlığı birbaşa dəriyə təsir edir və qocalma prosesini sürətləndirir. Bununla bağlı riskləri azaltmaq üçün bütün həyatınız boyu hər gün çoxlu su için.

Sağlamlıq     Baxılıb: 2326   Tarix: 08 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

qis geyimləri 2026 hamilelikde qidalanma reseptler kelem tutmasinin hazirlanmasi intim münasibətləri prostat vəzi xiyar turşusunun hazırlanması kosmetika pomidor novruz bayramina aid hakista azerbaycan google rus dilini oyrenek 2ci ders