Bədən temperaturu

Bədən temperaturuUşaqlıqdan bəri normal bədən temperaturunun 36,6 dərəcə olduğunu bilirik. Əgər termometrdə  bundan daha yüksək bir göstərici olarsa, deməli biz xəstələnmişik. Bədən temperaturunun artması orqanizmdə hər hansı bir problemin baş verdiyinin göstəricisidirmi, bu məsələ həkimlə mütləq müzakirə edilməlidirmi?
Bədən temperaturu nədən yüksəlir? Bir çox insan yüksək temperatur zamanı özünü  halsız və taqətsiz hiss edir. Termometr üzərində 37 dərəcədən yüksək rəqəm gördükdə narahatlıq daha da artır. Əslində isə bədənin öz temperaturunu artırmaq qabiliyyəti təbiət tərəfindən verilmiş bir hədiyyədir. Orqanizmin yad cisimlərlə mübarizəsi məhz temperatur sayəsindədir. Virus və ya bakteriyanın bədənə daxil olmasına cavab olaraq bədən temperaturunun yüksəlməsi, immun sisteminin müdaxiləsini sürətləndirən qoruyucu bir reaksiyadır. Yüksək temperatur zamanı immun sistemi daha aktiv şəkildə fəaliyyət göstərir. Temperaturun yüksəlməsi qoruyucu bir reaksiya olduğundan, təşvişə düşməməli və dərhal temperatursalıcı preparatlardan istifadə etməməlisiniz. Belə etdiyiniz təqdirdə immun sisteminin işinə mane olacaqsınız və orqanizmin infeksiyalarla mübarizəsinin qarşısını alacaqsınız.
Temperaturun yüksəlməsinin səbəbləri. İstənilən iltihabi proses - stomatit, tonzillit, pielonefrit, yumurtalıqların iltihabı, hətta diş çürüyü belə, temperaturun artmasına səbəb ola bilər. Bundan əlavə qida zəhərlənməsi zamanı da, qusma və baş ağrısı ilə birlikdə temperatur yüksələ bilər. Müxtəlif  endokrinoloji xəstəliklər də, bədən temperaturunun yüksəlməsinə səbəb ola bilər. Bəzən qadınlarda aybaşı zamanı bədən temperaturu arta bilər. Ovulyasiya zamanı temperatur artsa da, sonra normal bədən temperaturu tənzimlənir. Belə vəziyyətlərdə narahat olmaq lazım deyil.
Temperatur necə aşağı salınır? Əvvəla temperatur 38 dərəcəni keçməyibsə narahat olmağınıza və müdaxilə edərək temperaturu salmağınıza ehtiyac yoxdur. Belə vəziyyətlərdə yataq rejiminə əməl etməniz və bol maye qəbul etməyiniz tövsiyə olunur. Əgər temperatur 38 dərəcədən yüksəkdirsə bu zaman müdaxilə etməyiniz vacibdir, çünki hər insan üçün təhlükəli bədən temperaturu fərqlidir. Əgər uşaqlarda temperatur yüksəlibsə, o zaman gözləmədən temperaturu aşağı salmaq lazımdır. Civə sütunu 38 dərəcəyə çatarsa bu zaman həkimə müraciət etmək, xəstəni müayinə etdirmək və temperaturun səbəbini tapmaq lazımdır.
Xəstənin vəziyyətini dərmansız yüngülləşdirmək üçün alına soyuq kompress qoya və bədəni ilıq su ilə ova bilərsiniz. Uşaq xəstə olarkən, araq-sirkə sürtmək məsləhət deyildir. Çünki kəskin qoxu  tənəffüs yollarının spazmına səbəb ola bilər, bundan əlavə məhlulun komponentləri dəri vasitəsilə sorulduğundan intoksikasiyanı artırır. Yun corabları isti su ilə isladıb ayağa geyindirə bilərsiniz. Bu zaman corab quruduqca bədən istiliyi əhəmiyyətli dərəcədə aşağı düşəcəkdir. Minerallaşma faizi az olan qələvi mineral su və adi qaynadılmış su qəbul etmək lazımdır. Zoğal, qarağat, mərcangilə və çaytikanı şirələri, bədən temperaturunun aşağı salınmasında əvəzedilməz vasitələrdir.
Temperaturu salmaq həmişə asan olmur və bəzən bunu tez həyata keçirmək lazım gəlir. Bu halda ibuprofen və parasetamol (asetaminofen) - iki məhşur antipiretik preparatı kombinə etmək kifayətdir. Bu iki preparat çox yaxşı qarşılıqlı təsirə malikdir.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 1853   Tarix: 27 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

toy gecesi donlar 2026 hamiləlik sepsis xesteliyi həyat stili plovlar xolesistit kosmetika cantalar əfsanələr vətən həsrətinə aid bayatılar veten kəlamlar