Bədəndən gələn qoxular nəyə işarədir? - İNANILMAZ 5 SƏBƏB

Bədəndən gələn qoxular nəyə işarədir? - İNANILMAZ 5 SƏBƏBHər bir insan bədəninin qoxusu var. Bu fərdidir və təbii qoxu adətən kəskin olmur. Məşqdən və ya soğan yedikdən sonra yaranan xoşagəlməz tər qoxusunun asanlıqla yox etmək olar. Lakin pis qoxular bəzən hər hansı xəstəliyin əlaməti ola bilər.
Bəs orqanizmdə müəyyən neqativ dəyişikliklər nəticəsində əmələ gələn xoşagəlməz qoxudan necə qurtulaq?
Publika.az bu yazıda oxucuları bir neçə xəstəliyin əlaməti olan 5 bədən qoxusu ilə tanış edib.
1. Ağızdan gələn meyvə qoxusu diabet xəstəliyinin əlamətidir
"Ağız qoxularından necə xilas olmalı?" sualı çoxları üçün aktual mövzudur. Bəs bu qoxu turş meyvələrin dadına oxşayırsa? Tədbir görməyə dəyər!
Meyvə qoxusu diabetik ketoasidoz əlamətlərindən biri ola bilər. Ketoasidoz qanda xəstə keton səviyyəsinin, xüsusilə asetonun yüksək olduğundan xəbər verir. Bu, birinci tip diabet xəstəliyinə xasdır. Amma tip 2 diabetli xəstələrdə kifayət qədər insulin olmadığı üçün asetonun qanda artma riski ola bilər.
Bu, xəstənin həyatı üçün son dərəcə təhlükəli olan şəkər səviyyəsinin kəskin artmasına səbəb olur. Qanda yüksək asetonun olması vücudun kifayət qədər enerjiyə malik olmadığını göstərir və ehtiyatlarını artırmaq üçün parçalanan yağ turşularının biokimyəvi prosesi başlayır.
Bu, xoşagəlməz meyvə qoxusunun yaranmasına gətirib çıxarır. Bu qoxunu gigiyenik vasitələrlə aradan qaldırmağa çalışmayın, işə yaramayacaq. Xəstə insan başqası onu xəbərdar etməyənə qədər bu qoxunu özü hiss etməyə bilər.
Diabet xəstəliyi xoşagəlməz qoxu ilə bərabər digər simptomlarla müşayiət olunur: baş ağrısı, yorğunluq, bulanıq görmə, qarın ağrısı, iştahın itməsi və çəki itirmək.
Adətən xəstəlik vaxtında müalicə olmadıqda xoşagəlməz meyvə qoxusu təkcə nəfəslə hiss olunmur. Zamanla sidikdən və tərdən də asetonun qoxusu gəlməyə başlayır. Diabetik xəstə otağa daxil olan kimi uzaqdan xüsusi bir aroma hiss edilir. Hər hansı həkim belə bədən qoxusunun dərhal diabetin təhlükəli siqnalı olduğunu təyin edəcək.
Ağızda xüsusi meyvə qoxusu və diabetin xarakterik əlamətlərinə sahib olduğunuzu müşahidə etsəniz, dərhal həkimə müraciət edin. Müasir müalicə üsulları daha tez sağalmağa imkan verəcək və nəfəs qoxusunu bərpa etməyə kömək edəcək.
2. Xoşagəlməz ağız qoxusu gecə apnesinin əlamətidir
Gecə yatmazdan əvvəl dişlərinizi fırçalasanız da, səhər yuxudan duranda ağızdan xoşagəlməz qoxular hiss oluna bilər. Bu əlamətdən əziyyət çəkən insanlar xoşagəlməz qoxunu daha asan və tez yolla aradan qaldırmağa çalışır. Ancaq onlar bilmir ki, səhər saatlarında ağızda yaranan pis qoxu yuxu apnesinin əlaməti oa bilər. Bu, onu göstərir ki, onlar yuxuda nəfəsin qısa müddətli kəsilməsindən əziyyət çəkir.
Bu əlamətə əsasən insan yuxuda nəfəs almağı dayandırır. Nəfəs dayanması 10 və daha çox saniyə davam edə və gecə ərzində bir neçə dəfə təkrarlana bilər. Bütün gecə boyu nəfəs kəsilir və səhər yuxudan oyanan insan özünü əzgin, yorğun hiss edir və yuxudan doymur. Bu əlamətləri pis ağız qoxusu müşayiət edir. Ümumuyyətlə, belə adamlar gecələr xoruldayır və ağzı ilə nəfəs alır. Odur ki, ağızdan nəfəs almaq quruluğa və bakteriyaların böyüməsinə səbəb olur. Nəticə etibarı ilə ağızdan pis qoxular gəlməyə başlayır.
Soruşa bilərsiniz ki, belə ağız qoxusunu necə yox etmək olar. İlk növbədə səbəbini müəyyələnləşdirin. Yuxu apnesindən əziyyət çəkib çəkmədiyinizi öyrənin. Əks halda bu xəstəlik uzunmüddətli müalicə tələb edə bilər. Axı yuxuda nəfəs problemləri sadəcə əhval-ruhiyyinizə və məhsuldarlığa deyil, vaxt keçdikcə ürək və beyin fəaliyyətinin pozulmasına gətirib çıxara bilər.
Əgər səhərlər xoşagəlməz nəfəs qoxusu daimi simptoma çevrilibsə, həkimə müraciət etmək lazımdır. Bu, sağlamlıq problemlərinin olduğunu açıq şəkildə göstərir və o, yalnız yuxu apnesinin deyil, digər xəstəliklərin də təzahürüdür. Vaxtında diaqnoz həm xəstəliyi müalicə edəcək, həm də həyatınızı yaxşılaşdıracaq.
3. Xoşagəlməz ayaq qoxusu simptonları
Uzun qaçışdan və ya gəzintidən sonra ayaqqabıda yaranmış pis qoxunu necə aradan qaldıra bilərəm sualı sizi də narahat edirsə, dabanlara diqqət edin. Bunun səbəbi ayaq göbələyi ola bilər. Qoxunu ayaq quruluğu, dəri üzərində və aralarında qızartı müşayiət edir.
Ayaqlarda xoşagəlməz qoxu dərini qıcıqlandıran bakteriyalara səbəb olur. Ayaq göbələyini müalicə etmədikdə, xəstəlik daha da ağırlaşır. Göbələk toxumalara zərər verir, bu da bakteriyaların dəriyə daha dərindən nüfuz etməsinə kömək edir.
Bənzər simptomlar varsa, onu görməzdən gəlməyin. Bu gün tibb xəstəliyin müalicəsi və xoşagəlməz bir qoxunu aradan qaldırmaq üçün geniş vasitələr təklif edir. Lakin seçilmiş vasitənin müvəqqəti istifadəsindən sonra heç bir təsiri olmadığını görürsünüzsə, həkimə müraciət etmək lazımdır. Həmçinin xəstəliyə qarşı qoruyucu tədbirlər görün və gigiyenik qaydalara əməl edin.
4. Xoşagəlməz sidik qoxusu sidik yolu infeksiyasının əlamətidir
Sidikyolu infeksiyaları xüsusi kəskin qoxuya səbəb olur. Bakteriyalar sidik borusuna daxil olur və orada çoxalır. Demək lazımdır ki, sidik borusu qadınlarda daha qısa olduğu üçün bu problem onlarda daha çox rast gəlinir. Bu, bakteriyaların tez bir zamanda kisəyə daxil olmasına imkan verir. Bu baxımdan, kişilər tez-tez belə bir simptomu hiss etmir və xəstəlik olduqca irəlilədiyi zaman tibbi müalicəyə müraciət edirlər. Sidik borusundakı bakteriyalar tez-tez sidik kisəsi iltihabına səbəb olur.
Vaxtında müalicə olmadıqda təhlükəli infeksiya böyrəklərə nüfuz edə və onların iltihabına səbəb ola bilər. Əvvəlcə xəstəlik özünü kəskin şəkildə göstərir və vaxtında tibbi müalicə olmadıqda xroniki formaya çevrilir.
Unutmaq olmaz ki, kəskin sidik qoxusu ciddi xəstəliklərin də əlaməti ola bilər. Bəziləri təcili cərrahi müdaxiləsi tələb edir. Odur ki, bu problem sizdə müşahidə olunursa, dəral həkimə müracitə edin.
5. Fekal qoxusu laktoza intoleransı simptomlarıdır
Süd məhsullarında kiçik bağırsaqda həzm olunan laktoz var və bu formada bağırsaq divarından qana daxil olur. Ancaq bəzi kəslərdə bu proses pozulur və laktoz böyük bağırsağa daxil olur. Bu, daha çox ürəkbulanma, ishal, qusma və kəskin nəcis qoxusuna səbəb olur.
Bu cür simptomlar laktoz dözülməzliyini göstərir. Dünya əhalisinin təxminən 65% -i süd məhsullarından istifadə edərkən həzm problemləri ilə qarşılaşır. Ancaq bəziləri üçün, hətta kiçik miqdarda süd dözümsüzlük yarada bilər, digərlərində isə əhəmiyyətli porsiyaların istifadəsi vaxtı simptomlar zəif görünür.
Odur ki, əgər süd məhsulları sizdə xoş olmayan qazlar və nəcis qoxusu yaradırsa, istifadəsinə diqqət etməyə dəyər. Belə simptomlar digər xəstəliklər üçün də xarakterikdir. Peşəkar mütəxəssislə əlaqə saxlayın! Bundan əlavə, həkim tərkibində laktoza olan məhsulları qida rasionundan tamamilə çıxartmağı və ya gündə müəyyən miqdarda istifadəsinə icavə verəcək.
Bu, xoşagəlməz qaz və nəcis qoxusu problemini həll etməyə kömək edəcək. Laktoz dözümsüzlüyünün vaxtında müalicəsi həyatınızı əhəmiyyətli dərəcədə asanlaşdıracaq və istənməyən simptomlardan xilas edəcək.
Hər bir insanın özünəməxsus bədən qoxusu var. Təbii qoxu başqalarında narahatlıq yaramır və demək olar ki, hiss olunmur. Xoşagəlməz qoxunu aradan qaldırmaq üçün gigiyenik vasitələrdən istifadə etmək çətin deyil. Ancaq bəzi spisefik qoxular sağlamlıq problemləri haqqında çox şey danışır. Və xoşagəlməz bədən qoxusundan xilas olmaq yolu tibbi müdaxilə və vaxtında müalicədən keçə bilər. Odur ki, sadalanan beş xüsusi bədən qoxusuna biganə qalmayın.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2278   Tarix: 14 may 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

aksessuarlar yemek reseptleri geyim seçimi hakisda aysel əlizadənin toyu yataqda bilik haqqinda atalar sözləri kosmetika brusell bakteriyası novruz hakistalari intim kahfe kali hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz