Bədənimiz nələrə qadirdir?

Bədənimiz nələrə qadirdir?İnsan həqiqətən də möhtəşəm, unikal varlıqdır.
Bədənimizin hər bir hüceyrəsi, ən xırda komponenti belə kainatın bir hissəsidir. Bəs özümüzü nə dərəcədə yaxşı tanıyırıq? Bu haqda bəzi faktları bilmək maraqlı olardı:
- Ağciyərlərin havalandırılması (alınan nəfəsin həcminə vurulmuş nəfəsalmaların sayı) sağlam insanda bir dəqiqədə 5-9 litrə çatır.
- İnsan bədənində 100-160 milyard kapilyar vardır. Əgər onları bir xətt üzrə uzatmaq mümkün olsa idi, o zaman onların uzunluğu 60-80 min km təşkil edərdi. Bu isə Yerin ekvatorunun uzunluğundan iki dəfə çoxdur.
- İnsanın böyük arteriyaları 20 atmosfer təzyiqinə tab gətirə bilər.
- Qədim Yunanıstanda insanlar orta hesabla 29 il, Avropada 16-cı əsrdə 21 il, 17-ci əsrdə 26 il, 18-ci əsrdə 34 il, 20-ci əsrin əvvəllərində 50 ilə yaxın, 20-ci əsrin ortalarında 70 ilə yaxın, 20-ci əsrin sonlarında isə 60 il yaşayırdı.
- Möhkəmliyinə görə diş minasını kvarsla müqayisə etmək olar. Məlum olub ki, hətta iti uclar belə diş minası ilə toqquşduqda kütləşir.
- Beynin hər hansı hissəsinin damarlarının tıxanması və cırılması sinir hüceyrələrinin ölümünə gətirib çıxarır. Sinir hüceyrələri isə bərpa olunmur. Onların funksiyasını qismən sağlam hüceyrələr öz üzərinə götürür.
- Beyin hüceyrələrində 80 %, əzələlərdə 76 %, sümüklərdə təxminən 25 % su vardır.
- Hesablanıb ki, insan bütün ömrü boyu 2,5 ton zülal, 1,3 ton yağ, 17,5 ton karbohidrat istifadə edir.
- İnsanın bədənində 3 kq-a qədər mineral duzlar vardır və bu duzların 5/6 hissəsi skeletin tərkibinə daxildir.
- İnsan orqanizmi 44-45,5, nadir hallarda 45 Selsi dərəcəsinədək qızmaya tab gətirmək iqtidarındadır.
- Sutka ərzində insan bədənindən o qədər istilik  ayrılır ki, bu, 33 litr buzlu suyu belə qaynatmağa kifayət edər.
- İnsan 60 ilin 20 ildən çoxunu yuxuda keçirir.
- Dərinin 1 kv.sm-də 100 ağrılı nöqtə mövcuddur. Belə nöqtələrin sayı isə səthdə milyonlarladır.
- Əgər insan orqanizmindəki eritrositləri dəqiqə ərzində 100 ədəd olmaqla saysaq, onların hamısını saymaq üçün 450 min il lazım gələr.
- Sümük iliyi, dalaq və limfa düyünlərində yaranan leykositlər cəmi 4-5 il yaşayır.
- Yetişkin insanda qanın tam dövranı 20-28 saniyə, uşaqda 15 saniyə, yeniyetmədə 18 saniyə ərzində başa çatır. Sutka əzrində qan bədəndə 1,5-2 min dəfə dövr edir.
- Bir dəqiqə ərzində qaraciyərdən 1,5 litr qan keçir, sutka ərzində isə bu rəqəm 2000 litrə çatır.
- Ürəyin çəkisi bədən çəkisinin 1/200 hissəsini təşkil edir, halbuki ürəyin qidalanması üçün digər bütün orqanların tükətdiyi enerji mənbələrinin 1/20-i tələb olunur. Çünki ürək əzələlərində maddələr mübadiləsi digər orqanlara nisbətən 10-20 dəfə intensiv gedir.
- İnsan bədənində elə bir bölgə yoxdur ki, orda zülal olmasın. Qanda və əzələlərdə zülallar ümumi kütlənin 1/5 hissəsini, beyində 1/12 hissəsini təşkil edir. Hətta diş minasından da 1/100 zülal var. Müxtəlif orqanlarda zülallar quru kütlənin 45-85%-ni təşkil edir.
- Bədənimizdə mövcud olan bütün zülalların yarısı 180 gün müddətində dəyişir, qaraciyərdə isə bu müddət 17-20 gün təşkil edir.
- İnsan saçı sabun köpüyünün divarından 5000 dəfə, kapilyardan 5 dəfə, alveolların divarlarından 12 dəfə, hörümçək torundan 20 dəfə qalındır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1007   Tarix: 26 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gozel gorunmek qadın geyimi makiyaj instagram yuxuyozmalar metbex qlazok dirnaqlar ucun maska kosmetika veten haqqinda bayatilar pehriz vətən haqqında atalar sözləri maraqlı olumu