Beren Saat gəlin oldu (Foto)
Beren Saatın bu il ailə quracağı deyilir
Azərbaycan tamaşaçısının da "Aşkı memnu", "Fatmagülün suçu ne", "İntiqam" kimi seriallar ilə yaxşı tanıdığı gözəl aktrisa gəlinlik geyinib.
Beren Saat son çəkildiyi serialdakı roluna görə gəlin donu geyinib. Toy səhnəsi "İntiqam" da yer alıb.
Gəlinlikli aktrisa filmin son serialarının anonsunda gəlinlik libasında görünüb.
Qeyd edək ki, Beren Saat tanınmış türkiyəli müğənni Kənan Doğulunun sevgilisidir.
Cütlük bir necə ildir davam edən münasibətlərini bu il rəsmiləşdirməlidirlər. Belə ki, bu ilin yay aylarında Beren Saatın Kənan Doğulu ilə nikah masasına oturacağı gözlənilir. Bundan sonra aktrisa uzun müddət film çəkilişinə ara verəcək.