Beyin nə ilə qidalanır - Ac olanda nə baş verir?

Beyin nə ilə qidalanır - Ac olanda nə baş verir?Biz ac olan zaman beynimiz təhlükəli rejimdə işləyir. Mürəkkəb məsələlərin və işlərin həllini tapmaq beyin üçün çətin olur. Beynin əsas yanacağı, digər əzalarımızdan fərqli olaraq, yalnız qlükozadır. Bədənimizdə qlükoza ehtiyatı istifadə etdiyimiz yeməklərlə yaranır.
"Beynimizə şəkər lazımdırmı?" sualına cavab olaraq birmənalı demək olar ki, şəkər - xeyr; qlükoza - bəli!
Beynimizin yeganə yanacağı qlükoza sayılır. Qlükozadan başqa beynimiz heç nə ilə qidalanmır. Beynimiz bədən həcminin cəmi 2%-ni təşkil etsə də, qəbul etdiyimiz kalorilərin 20%-ni bu orqan mənimsəyir.
Gündəlik olaraq beynimizə 120 qram qlükoza lazım olur. Beyin qlükozanı qidadan alır. Beyində artıq qlükozanı saxlamaq üçün heç bir ehtiyat yoxdur, ona görə də, qlükozanın qəbulu davamlı olmalıdır.
Belə nəticəyə gəlmək olar ki, beyin qlükoza ilə yaxşı işləyir və onun azlığında zəifləyir. Beyinə ötürülən qlükoza ilə bağlı hər hansı problem zehni inkişafa təsir edir. Bəzi hallarda bu, huşun itirilməsinə də səbəb olur. Buna tibdə hipoqlikemiya deyirlər (qanda şəkərin kəskin azalması).
Bir sıra dietoloqlar və bloqerlər karbohidratların ziyanlı olduğunu iddia edir. Amma unutmaq olmaz ki, beyin qlükoza istehlak etməlidir. Qlükoza isə karbohidratdır. Lakin diqqətli olun! Tort və şirniyyatdan istifadə etmək olmaz.
Bəs onda qlükozanı haradan alaq? Əsas problem odur ki, insanlar karbohidrat olaraq əsas qida kimi un və şəkər məhsullarını - şəkər, çörək, şirniyyat və s. qəbul edirlər. Lakin bu qidalar qlükoza mənbəyi deyil. Qlükozanın daimi qəbulu üçün bir çox meyvə və tərəvəz var.
Qlükoza məhsullarının siyahısını sizə təqdim edirik:
- Bütün giləmeyvələr - çiyələk, böyürtkən, qarağat və s.
- Üzüm, xüsusən qara üzüm
- Albalı, gilas, gavalı
- Qarpız, yemiş
- Kök
- Baş kələm, gül kələm
- Balqabaq
Gün ərzində nə qədər qlükoza lazımdır?
Elmi araşdırmalar zamanı müəyyən edilib ki, beyin dəqiqədə 32 mkmoll qlükoza yandırır. Yəni beynin sağlam və gümrah qalması üçün fərdi olaraq gün ərzində 62-120 qr qlükoza lazımdır. Çəki və boy göstəricilərindən asılı olaraq, bu miqdar kimdəsə az, kimdəsə çox ola bilər.
Ona görə də, beyninizin inkişafı və sağlamlıq üçün mütləq qlükozalı təbii qidalar yeyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1029   Tarix: 09 yanvar 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik