Beyinciyin şişləri
Beyinciyin şişləri kəllədaxili şişlərin 35-40%-ni təşkil edir və əsasən uşaq və yeniyetmələrdə rast gəlinir.Xəstəliyə yaşlılar arasında təsadüfi hallarda rast gəlinir.
Beyinciyin şişləri histoloji quruluşuna görə müxtəlif olaraq xəstənin yaşından,cinsindən asılıdır.Xəstəliyə ən çox məktəbəqədər və kiçik yaşlı uşaqlarda rast gəlinir,oğlanlarda qızlara nisbətən 2 dəfə çox rast gəlinir.
Böyük yaşlı məktəblilərdə beyincik yarımkürələrinin asrtrositomasına daha çox rast gəlinir.
Yeniyetmələrdə və gənclərdə baş beyin şişlərinin 13%-i beyincik yarımkürəsində olur və əksər hallarda kistaya çevrilməyə meyilli angioretikulomadan ibarət olur.
Yetkin və qoca yaş dövrlərində beyincik şişləri arasında xərçəngin metastazı birinci yer tutur.
Xəstəliyin ilkin əlaməti baş ağrısı və statik pozulmalardır.Baş ağrıları tez-tez xəstənin halını yüngülləşdirməyən qusma ilə müşayət olunur və başın döndərilməsi zamanı baş verir.Statikanın pozuması özünü yerişin pozulması ilə göstərir.Şişin ölçüləri böyüdüyü zaman xəstələrdə səndələmə olur.Bununla birlikdə əzələlərin atrofiyası baş verir.Xəstəlik irəlilədikcə xəstələrdə aşağıdakılar meydana çıxır:
- baş gicəllənməsi
- kəskin baş ağrıları
- ürəkbulanma
- fəvvarəvari qusma
- kəllədaxili təzyiqin qalxması
- ataktik pozulmalar - kordinasiyanın pozulması
- başın xəstə tərəf əyilməsi
- qıcolmalar
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi