Beyni gücləndirən ən təsirli - Qidalar

Beyni gücləndirən ən təsirli - Qidalarİnsan 30 yaşını keçdikdən sonra beyni yaşlanmağa başlayır. Bu da yaddaş problemləri və alzeymer xəstəliyi olaraq özünü büruzə verir. Ancaq sağlam qidalanaraq beynin yaşlanmasının qarşısını almaq mümkündür. Doğru qidalanmaq beyni inkişaf etdirib, zehni və yaddaşı gücləndirməyin əsas qaydasıdır.

Türkiyəli professor doktor İlhan Elmacı beyinə yaxşı təsir edən qidalar haqqında məlumat verib. Publika.az həmin məlumatları təqdim edir:

Fol turşusu
Bədəndəki bütün hüceyrələr kimi beyin hüceyrələri də qidaya ehtiyac duyur. Doğru qidalanmamaq sinir sisteminə mənfi təsir edir. Vitaminlərlə, minerallarla zəngin qidalar yemədikdə beyindəki hüceyrələrin sayı azala bilər. Beyni qidalandıran, onun inkişafını dəstəkləyən ən önəmli maddələrdən biri fol turşusudur. İnsan beynində inkişaf o hələ ana bətnində olarkən başladığından, hamilələr fol turşusu ilə zəngin qidalanmalıdırlar.

Fol turşusu yetkin insanlar üçün də əvəzedilməzdir. Alzeymer və yaddaş itkisinə qarşı fol turşusu ilə zəngin paxla, göy noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalar yemək çox önəmlidir.

Karbohidrat
Beynin enerji qaynağı qlükoza, yəni şəkərdir. Beyində şəkər səviyyəsinin azalmasından ya da artmasından asılı olaraq, müəyyən problemlər baş verə bilər. Şəkər və karbohidrat beyin üçün faydalı olsa da, onları sağlamlıq üçün yararlı qidalar siyahısına daxil etmək lazım deyil. Çünki həddən artıq karbohidrat, şəkər və yağ əsəb sistemini poza və beyinə qalıcı zərər verə bilər.

Paxla, kartof, banan, alma karbohidratla zəngin qidalardır. Yağlı balıqlar beyin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Çünki doymuş yağlar beyinə faydalıdır. Həftədə 3 dəfə banan, yağsız süd və qatıq yeyin.

B vitamini
B vitamini çatışmazlığı zamanı depressiya, yaddaş itkisi, diqqətsizlik, əl və ayaqlarda yanma, əsəbilik baş verir. Beynin əmrlərini icra edən sinir sisteminə zərər dəyir. Yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür. B vitamini ehtiva edən qidalar beyni yaşlanmaqdan qoruyur, sinir sisteminə yaxşı təsir edir.

Ət, balıq, yağsız süd, qatıq, banan, göyərtilər, lobya, mərci, noxudda bol miqdarda B vitamini var.

Yumurta
Beyin üçün faydalı maddələrdən biri də "kolin"dir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yumurtadır. Yumurta ilə yanaşı, yer fındığı, balıq, göyərtilər, soya və kətan toxumu da kolinlə zəngindir. Yumurtanın tərkibindəki amin turşuları isə beyin hüceyrələrinin funksiyalarını yaxşılaşdırır.

Badam
E vitamini beynin yaşlanmasının qarşısını alır. Ona görə də, badam kimi E vitamini ilə zəngin qidalar yemək lazımdır. Badamla yanaşı qoz, fındıq, yer fındığı, günəbaxan tumu, susam, kətan toxumu da beyin sağlamlığı üçün əhəmiyyətli rol oynayır.

Üzüm
Son illərdə aparılan araşdırmalar üzümün dopamin hormonunun səviyyəsini artırdığını ortaya çıxarıb. Üzüm yeyən insanlar problemləri daha tez həll etməyə nail olurlar.

Tərkibində bol miqdarda "bor" turşusu olan üzüm beyin sağlamlığına yaxşı təsir edir. Alma və fındıq da borla zəngin meyvələrdir.

Göyəm
Göyəm, çiyələk, pomidor, kök kimi meyvə və tərəvəzlər çoxlu miqdarda antioksidant ehtiva edirlər. Antioksidantlar isə beynin yaşlanmasının qarşısını alır. Göyəm yaddaşı möhkəmləndirir, beyni stressin zərərli təsirindən qoruyur.

Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?

*Spirtli içkilər
*Fast-food
* Çox duzlu qidalar
*Rafinə edilmiş zülallar
*Həddən çox şəkər

Sağlamlıq     Baxılıb: 5552   Tarix: 13 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

maskalar yemek reseptleri yay kolleksiyasi qış geyimləri arıqlamaq dietası qonaq otagi dizayni 2026 qlazok kosmetika muellim seiri sac modelleri veten haqqinda bayati qizliq perdesi xanim az