Beynində 700 qurd tapıldı - DONUZ ƏTİ YEDİ
Yarımbişmiş donuz əti yedikdən sonra beynində 700 qurd aşkar edilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin şərqində, Şərqi Çin dənizi sahilində yerləşən Çjetszyan əyalətində yaşayan 43 yaşlı Çju Çjun-Fa xəstəxanaya huşsuz vəziyyətdə çatdırılıb. Ona uzun müddət dəqiq diaqnoz qoymaq mümkün olmayıb. MRT müayinəsi zamanı xəstənin beynində 700-dən çox qurd aşkarlanıb. Onun ağciyərlərində və sinə boşluğunda da qurd aşkarlanıb. Bu xəstəliyə "neyrokistiserkoz" deyilir. Çox vaxt sürfələr mərkəzi sinir sistemində, əzələlərdə, dəri və gözlərdə toplanır. Xəstəlik yaxşı bişirilməmiş donuz ətindən qaynaqlanır .
Çju Çjun-Fa da ötən ay donuz əti yediyini etiraf edib.
Qeyd edək ki, "neyrokistiserkoz" yetkinlik yaşında olanlarda epilepsiya xəstəliyinin aparıcı səbəbidir. Odur ki, həkimlər yemək bişirmək üçün bütün qaydalara əməl etməyinizi, əllərinizi təmiz yumağı, təmiz su içməyinizi və çiy əti kəsdiyiniz bıçağı yumadan təkrar istifadə etməməyi tövsiyə edirlər.
Bundan əlavə, ayaqyolundan çıxdıqda əllərinizi yaxşıca yumasanız, qurdlar bağırsaqlara yığılaraq müxtəlif orqanlara nüfuz edə bilər.
Aytən Məftun /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?