Bir aydır xəstəxanada yatan koronaviruslu xəstə danışdı

Bir aydır xəstəxanada yatan koronaviruslu xəstə danışdıMərkəzi Neftçilər Xəstəxanasının koronaviruslu xəstələrin müalicə aldığı şöbəsində hələ də aylardır virusa qalib gəlmək üçün mücadilə edən xəstələr var. Son günlər isə bəzi insanlar yenə də xəstəliyi ciddiyə almırlar.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, REAL TV koronavirusa yoluxan xəstələrin müalicə aldığı şöbədə olub, xəstələrlə söhbətləşib. Məlum olub ki, yaşlılar da, cavanlar da həkimlər və xəstəxanın avadanlığı sayəsində özlərini yaxşı hiss edirlər.
"Simptomlar yox idi, bir az narahat olmuşdum. Özüm də dializ xəstəsiyəm. Virusa yoluxduğumu yaxma götürüləndən sonra bildim", - xəstə Abdulqadir Lətifov deyib.
Digər xəstə Yetər Orucova xəstəxanada müalicə aldığını bildirib: "Bir aydır burada yatıram. İndi bir az yaxşıyam. Sağ olsun həkim, əlləri var olsun".
Həkimlər isə o qənaətdərilər ki, ən yaxşı müalicə yoluxmamaqdır. Xəstəxananın İnfeksion xəstəliklər üzrə uzmanı Fərrux Sədirovun sözlərinə görə, indi bizim iki düşmənimiz var. Düşmənlərə qalib gəlmək üçün məsuliyyətimizi daha da artırmalı, öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik:
"Bu müddət ərzində Mərkəzi Neftçilər Xəsəxanasına 1000-dən artıq xəstə qəbul olunub. Bura ən ağır xəstələri qəbul edən mərkəzlərdən biri idi. 850-dən çox xəstə sağalaraq evinə gedib, 100-150-yə yaxın həyatını itirən xəstəmiz olub. Hazırda xəstə sayında nisbi azalma qeyd olunur, amma hər zaman demişik, bu arxayınlığa səbəb olmamalıdır. Özümüzü qorumağı mən Vətənə xidmət kimi dəyərləndirirəm. Yaşlıların hərəkət fəaliyyəti az olduğu üçün, daha çox evdə zaman keçirdikləri üçün onları yoluxduran şəxslər əslində gənclərdir. Ona görə də, gənclər daha diqqətli olmalıdırlar".
İndi arxa cəbhənin ön cəbhəyə ən böyük yardımlarından biri sağlam olmaq, "COVID-19"a yoluxmamaqdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1323   Tarix: 08 oktyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

maskalar hamilelikde qidalanma qis geyimləri 2026 paxla cigirtmasi kartof qizartmasi hazirlanmasi sağlamlıq haqqında arıqlama pəhriz kosmetika novruz haqistalari hakista sozler qoğalın nağlı hamilelik baldiza aid hakisda