Bir çox xəstəlikləri məhv edən və cavanlaşdıran TƏBİİ ŞİRƏ

Bir çox xəstəlikləri məhv edən və cavanlaşdıran TƏBİİ ŞİRƏÇuğundur, kök və alma şirəsi sağlamlıq üçün çox faydalıdır. Çünki o, qanı təmizləyir, orqanizmi detoksifikasiya edir və arıqlamağa kömək edir. Bu meyvə və tərəvəzlərin şirəsi bədənə bütün gün ərzində gümrahlıq hissi verir və bir çox xəstəlikdən qoruyur.
Publika.az oxucuları bu heyranedici və faydalı içkinin resepti ilə tanış edir.

A Vitamini

Kök A vitamini ilə zəngindir, bu vitamin görmə qabiliyyətini yaxşılaşdırır və immuniteti artırır.

В6 vitamini

Çuğundur В6 vitamininin zəngin mənbəyidir. Onda metabolizmi və neyrotransmitterov sintezi üçün lazım olan amin turşuları var.

B9 vitamini

Çuğundur və kökün tərkibinə daxil olan bu vitamin fol turşusu kimi də tanınır.

C vitamini

Hər üç inqrediyentin tərkibində çoxlu C vitamini daxildir. O, immun sistemini artırır, bir çox xəstəliyin, hətta xərçəngin qarşısını alan güclü antioksidant sayılır. Çuğundur, kök və alma şirəsi həmçinin həzmi yaxşılaşdıran sellüloz da ehtiva edir.

Bu təbii içkinin üstünlüyü nədir?

Qadın sağlamlığını yaxşılaşdırır

Bu içki menstruasiya ağrılarını sakitləşdirir, ağrılı qıcolmaları və digər premenstrual sindrom əlamətlərini azaldır. O, həmçinin orqanizmi dəmirlə təmin edir və menstrual tsiklin zamanı yorğunluğu aradan qaldırır.

Ürək və qan damarlarını qoruyur

Kök şirəsində olan fitonutrientlər, alfa, beta-karotin və lyutein ürək sağlamlığına görə cavab verir. Alma pis xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini tənzimləyir və ürəyi qoruyur, çuğundur şirəsi isə damarların elastikliyini artırır və xolesterin səviyyəsini azaldır.

Dəri sağlamlığını yaxşılaşdırır

Bu təbii cövhər dərinin vəziyyətini yaxşılaşdırır, qara nöqtə və sızanaqları müalicə edir. O, dərini müxtəlif xəstəliklərdən, iltihablanmadan, virus, bakterial infeksiya və allergiyadan qoruyan güclü xüsusiyyətlərə malikdir. İçki dərinin elastikliyini bərpa edir, dərinin zədələnməsi aradan qaldırır, eləcə də qırışların yaranmasını ləngidir və tədricən qarşısını alır.

Görmə qabiliyyətini yaxşılaşdırır

Bu şirə qızarmış, quru və yorğun gözlərin öhdəsindən gəlməyə sizə kömək edəcək. O, həmçinin görmə qabiliyyətini yaxşılaşdıracaq və göz sağlamlığı dəstəkləyəcək.

İnqrediyentlər:

1 çuğundur

1 kök

1 alma

Hazırlanma qaydası və tətbiqi:

Alma, kök və çuğunduru yaxşıca yuyun, amma qabıqlarını soymayın. Xırda hissələrə bölüb blenderdən keçirin.

Hazırlanmış içkini səhər acqarına için, yalnız səhər yeməyini bir saatdan sonra yeyin. Bu 3 inqrediyentdən hazırlanan içkinin tərkibində enerji mənbəyi olan şəkər var odur ki, şirəni səhər içmək tövsiyə olunur. İçkini səhər yeməyindən əvvəl və axşam yatmazdan 5 saat əvvəl olmaqla gündə iki dəfə içə bilərsiniz.

Müalicə müddəti insandan asılıdır. Bəzi hallarda bir ay bəs edir, bəzi adamlara isə bu təbii şirəni 3 ay ərzində içmək tövsiyə olunur.

Sağlamlıq     Baxılıb: 2373   Tarix: 26 mart 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 geyim şəkilləri sızanaqlara qarşı maska qadindunyasi.az tut aragi haqqinda xina bayatilari kosmetika tərəzi bürcü haxista vətənə aid bayatılar nagillar eqreb