Bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır

Bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdırİndiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlərin klinik tədqiqatlarının üçüncü mərhələsinin nəticələri məlum olub. Xəstəliyin qarşısını almaqda Biontech/Pfizer peyvəndinin səmərəsi 95 faiz, Moderna peyvəndininki isə 94,1 faiz təşkil edib. Ölkəmizdə istifadə olunan Çinin "Sinovac" şirkətinin "CoronaVac" vaksini Türkiyədən alınan məlumatlara görə 91,25 faiz hallarda təsirli olub. Ən başlıcası odur ki, peyvənd vurulması COVID-19 xəstəliyinin ağır formada keçməsi və ölüm hallarının qarşısını 100 faizə yaxın alıb. Əldə edilən son məlumatlara görə, 23,5 milyon doza mRNA peyvəndi (Pfizer/Biontech və Moderna) vurulub və onun vurulması zamanı ən çox müşahidə edilən yan təsirlər başağrısı, titrətmə, üşümə və əzələ ağrısıdır. Peyvənd zamanı anafilaktik reaksiyaya Biontech/Pfizer peyvəndində milyonda 5, Moderna vaksinində isə milyonda 3 dəfə rast gəlinib. Belə anafilaktik reaksiyanın peyvəndin tərkibindəki əlavə maddə olan polietilenqlikolla bağlı olduğu güman edilir. Peyvənd vurulandan sonra 196 ölüm halı baş verib və onlardan 129-u yaşlı və qocalar evində qalanlar arasında qeydə alınıb. Həm də aparılan ön tədqiqatlar göstərib ki, onların ölüm səbəbləri heç də peyvəndlə əlaqədar deyil.
Milli.Az bildirir ki, həkim-infeksionist Mədinə Abdullayeva bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Onun verdiyi məlumata görə, "CoronaVac" vaksinində ən çox üzləşilən yan təsirlərə halsızlıq, başağrısı, əzələ ağrısı, qısa zaman ərzində qoxu və dad bilmənin itməsidir.
Həkim-infeksionist daha sonra deyib: "COVID-19 virus infeksiyasının müxtəlif mutasiyaları var. Hazırda ən çox narahatlıq doğuran "Britaniya ştammı" da daxil olmaqla üç variant mövcuddur: B.1.17, B.1.357 və P1 variantları. Həmin mutasiyalar virusun hüceyrəyə daxil olmasını asanlaşdıraraq virusların yoluxduruculuq qabiliyyətinin artmasına səbəb olur. "Britaniya ştammı"na aid olan virusun yoluxduruculuğu 40 faiz artırdığı göstərilib. Həmin mutasiyalarla bağlı ölüm sayında artma olub-olmayacağı barədə çox böyük narahatlıq var. Təhlükəli cəhət ondan ibarətdir ki, hər üç mutasiyanın xəstəliyi keçirən və ya peyvənd olunanlarda əmələ gələn qoruyucu anticisimlərdən yayınaraq təkrar yoluxmağa səbəb ola biləcəyi güman edilir. Lakin bu, hələ tam dəqiqləşmiş məlumat deyil. Hər üç mutasiyanın meydana gəldiyi ölkələrdə virusun həmin variantı çox sürətlə yayıldı və dominantlıq təşkil etməyə başladı. Bu onu göstərir ki, vaxtında qarşısı alınmadıqda mutasiyaya uğramış virus sürətlə yayıla bilir. Məşhur bir həkimin dediyi kimi, bir virusun daha çox mutasiyaya uğramaması üçün ən yaxşı yol onun yayılmasının qarşısını almaqdır. Bu da yalnız qorunma qaydalarına riayət edərək və əhalinin sürətlə peyvənd olunması hesabına mümkündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1705   Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

turlar.az

maskalar makiyaj etmek qaydalari reseptler qizliq perdesinin berpasi ayaq şişməsi gozlerin bezedilmesi sacin horulmesi kosmetika qurd xəstəliklərinə qarşı mualicə ariqlamaq vetene aid bayatilar vətənə aid atalar sözləri efsaneler