"Biz bu virusla yaşamağı öyrənməliyik"

"Biz bu virusla yaşamağı öyrənməliyik"Son günlər Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yeni ştammı olan SARS-CoV-2-nin yayılması barədə dünya ölkələrinə müraciəti cəmiyyətdə ciddi narahatlığa səbəb olub. İngiltərə Səhiyyə Nazirliyi dekabrın ortalarında mutasiyaya uğradığı aşkar edilən yeni virusun həmişəkindən daha tez yayıldığını bildirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə şöbəsinin müdiri, tibb elmlər doktoru, professor Mübariz Əliyev deyib.
Klinikanın şöbə müdirinin sözlərinə görə, koronavirusun yeni ştammının yayılma sürətinin də SARS virusunun yayılmasına bənzər olacağı ehtimal olunur. O bir canlı orqanizmdən digərinə keçir və yalnız müəyyən müddət bioloji nəm mühitlərdə qala bilir. Ona görə qorunma vasitəsi kimi tətbiq olunan maska taxılması və məsafənin saxlanılması profilaktikada əsas rol oynayan səbəblərdir. Doğrudur, maska vasitəsilə tam qorunmaq mümkün olmasa da, müəyyən qədər yayılmanın qarşısı alınır. Elə buna görə də hazırda epidemioloji tədbirlərin ən vacibi maskadan istifadə edilməsidir, çünki virus boş səthlərə düşəndə qısa müddətdə məhv olur. Əvvəllər onun iki gün, sonralar iki saat ərzində məhv olduğunu söyləyirdilər, son araşdırmalara görə isə daha tez məhv olur.
Professor daha sonra deyib: "Aparılan vaksinasiya tədbirləri infeksiyanın yayılmasının qarşısını xeyli dərəcədə alacaq. 2001-ci ildə İspaniyada SARS-1-ə yoluxanların əksər hissəsi, bəlkə də hamısı SARS-CoV-2-yə yoluxmadı. Deməli, SARS-2-yə yoluxan xəstənin ikinci dəfə COVID-19-a yoluxma ehtimalı həddindən artıq azdır, lakin mümkündür. Mən öz təcrübəmdə ikinci dəfə COVID-19-a yoluxan xəstə ilə üzləşməmişəm. Lakin bunu heç kəs deyə bilməz ki, bir dəfə yoluxanın təkrar yoluxması mümkün deyil. Əlbəttə, bu ehtimal var, lakin çox azdır. SARS-2 üçün hazırlanan vaksin SARS-3 üçün də səmərəli bir vasitədir. Əslində söhbət heç də SARS-3-dən yox, SARS-2-nin mutasiyasından gedir. Yenə deyirəm, SARS-3 adlı virus yoxdur, lakin gözlənilir. Yəni virus o dərəcədə mutasiyaya uğramalıdır ki, onu SARS-3 adlandıra bilsinlər. Yaradılan vaksin çox böyük ehtimalla həmin virusun aradan qaldırılması üçün səmərəlidir. Ümid etməyə dəyməz ki, bu xəstəlik aradan qalxacaq və ona yoluxma bir də baş verməyəcək. Bu, çiçək xəstəliyi deyil, vəba deyil, taun deyil. Bu, virusdur. Neçə yüz illərdir qrip virusuna qalib gəlmək mümkün deyil, QİÇS-ə, hepatit viruslarına qalib gəlməmişik, koronavirusa da qalib gələ bilməyəcəyik. Söhbət tam və qəti qələbədən gedir. Sadəcə olaraq biz bu virusla yaşamağı öyrənməliyik. Bunun da ən yaxşı yolu vaksinasiyadır.
Nə qədər maksimal dərəcədə qorunmağa çalışsaq da, koronavirus müəyyən yollarla hər bir evə daxil olur. Onun qarşısını almaq tədbirləri hər kəsin özündə olmalıdır, çünki başqa heç bir yolla xəstə axınının qarşısını almaq mümkün deyil. ABŞ, Almaniya, İngiltərə, İtaliya kimi böyük ölkələr də bu qədər xəstə axınının qarşısında duruş gətirə bilmir. İndiyə qədər ölkəmizdə görülən tədbirlər xəstə axınının qarşısını almağa xidmət edirsə, bu, özü də böyük qələbədir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1324   Tarix: 03 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

hamilelikde qidalanma adlarin menasi kosmetik vasiteler tutun xeyri cinsi mövzular kicik biznes qurmagin yollari qadın müdafiəsi kosmetika ekizler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz ariqlamaq novruza aid hakistalar tanisliq