Bizi ölümə yaxınlaşdıran şirin "zəhər": MENYUNUZDAN ÇIXARIN

Bizi ölümə yaxınlaşdıran şirin "zəhər": MENYUNUZDAN ÇIXARINŞəkər gündəlik menyumuzda ən çox qəbul etdiyimiz qidalardandır. Çay, qəhvə içəndə, şirniyyatlardan istifadə edəndə xeyli miqdarda şəkər qəbul etmiş oluruq. Bəs şəkərin orqanizmə zərəri varmı? Gündəlik qəbul etdiyimiz şəkərin miqdarı nə qədər olmalıdır?

Ailem.az türkiyəli dietoloq Ayça Güleryüzün bununla bağlı fikirlərini və məsləhətlərini diqqətinizə çatdırır: "Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, şəkər gündəlik kalori ehtiyaclarımızın 10 faizdən çoxunu qarşılamamalıdır. Çünki çox şəkəri orqanizm mənimsəyə bilmir və zamanla yığılaraq, bir çox ciddi sağlamlıq problemlərinə səbəb olur. Amerika Ürək Cəmiyyətinin yaydığı rəqəmlərə əsasən, gündəlik olaraq alına biləcək şəkər miqdarı kişilər üçün 35 qram (150 kalori), qadınlar üçünsə 20 qram (100 kalori) olmalıdır".

Həkim bildirir ki, şəkərin orqanizmə heç bir xeyri yoxdur: "Şəkər, şəkər çuğundurundan əldə edilən, "ağ şəkər" olaraq adlandırdığımız və yarı-yarıya fruktoza ilə qlükozadan ibarət olan bir maddədir. Tərkibində heç bir protein, yağ, vitamin və mineral kimi qida maddəsi yoxdur. Demək olar ki, sadəcə boş yerə kalori yaradır. Buna görə rafinə edilmiş ağ şəkərə orqanizmin heç ehtiyacı yoxdur. Rafinə şəkər və çox qidanın tərkibində yüksək səviyyədə olan fruktoza orqanizmimizdə qaraciyər tərəfindən metabolizə edilir. Bu da qaraciyərin daha çox çalışması anlamına gəlir.
Bunun əksinə gündəlik olaraq istehlak etdiyimiz və keyfiyyətli karbohidrat qaynağı olaraq adlandırdığımız taxıllar və paxlalılardan aldığımız şəkər isə sadəcə qlükozaya çevrilərək, orqanizmin bütün hüceyrələrində istifadə olunur. Beləliklə, keyfiyyətli karbohidrat qaynaqları həm boş enerji qaynağı deyil, həm də orqanizmə zərər vermədən şəkər ehtiyacımızı qarşılayır".

Dietoloq deyir ki, şəkər dəridəki qırışların yaranmasının əsas səbəbidir. Şəkər molekulları orqanizmdə çox olduqda proteinlərə bağlanaraq onun formasını dəyişdirir. Bu birləşmə nəticəsində dərinin ən əhəmiyyətli hissələri olan kollagen və elastin zərər görə bilir.
Dərinin elastikliyinə və tarım olmasına zəmin yaradan elastin ilə kollagenin şəkər molekulları tərəfindən zərər görməsi də dəridə sallanma və qırışıqlara səbəb olur.

Avstraliya Beynəlxalq Universitetində aparılan araşdırmalara görə, qan şəkərinin uzun müddət normadan yüksək olması nəticəsində bu şəxslərdə beynin kiçilmə riski normal şəxslərə nisbətən daha çox olur. Çox şəkər istifadəsi həm də diqqət əskikliyi və öyrənmə çətinliyi də yarada bilər.

Şəkər tərkibli taxıllarda, süd və süd məhsullarında, quru paxlalılarda xərçəngə qarşı qoruyan vitamin, mineral, antioksidant və fitokimyəvi maddələr var. Bunun əksinə, süfrə şəkəri boş kalori olmaqla yanaşı, heç bir qoruyucu maddə tərkibinə malik deyil. Üstəlik, yüksək şəkər qəbulu insulinə qarşı müqaviməti və piylənməni artırır. Bundan başqa döş xərçəngi riskini artırır.

Həkim məlumat verir ki, şəkər orqanizmin müdafiə sistemini zəiflədir: "Həzm sistemimizin əhəmiyyətli bir hissəsi olan alyuvar hüceyrələr, C vitamini ilə şəkər molekullarının "yarışı" arasında qala bilir. Şəkərlə bənzər molekul tərkibi olan C vitamini şəkərin çox qəbulu nəticəsində həzm hüceyrələri tərəfindən istifadə edilə bilmir və həzm sistemini zəiflətməyə səbəb olur. Bunun nəticəsində xəstəliklərə tutulma riski daha da yüksəlmiş olur.

Bununla yanaşı, dişlərin çürüməsinə səbəb olur. Ağzımızda çox fərqli bakteriyalar yaşayır. Bunlardan bəziləri dişlərimizə faydalı, bəziləri isə zərərlidir. Bəsit şəkərlərlə bəslənən zərərli bakteriyalar fırçalama və ya tüpürcəklə təmizlənməsələr, şəkəri turşuya çevirərək, ağzımızın içində turşulu bir şərait yaranmasına səbəb olur. Bu turşular diş minasının ən üst təbəqəsində yer alan və dişlərimizin qorunmasını təmin edən mineralları yox etməsi nəticəsində diş çürükləri yaranır".

Qaraciyər yağlanmasını sürətləndirir

Qaraciyərdə çox triqliserid yığılması onun piylənməsinə səbəb olur. Çox fruktoza istehlakı triqliseridlərin yüksəlməsinə yol açaraq, qaraciyər yağlanmasını sürətləndirir.

Ürəyə zərər verir

Şəkər pis xolesterol olaraq bilinən LDL və triqliseridlərin çoxalmalarına səbəb olaraq, damar tıxanıqlığına yol açır. Damarların içindəki bu parçacıqların artması da ürək tutması riskini artırır.

Bədbin olma səbəbi

Şəkər, "xoşbəxtlik hormonu" olaraq bilinən serotonin hormonunun artmasını sürətləndirdiyi üçün bu xüsusiyyəti şəxslərdə asılılıq yarada bilir. Beyində asılılıq yaradan təsiri də içində şəkər olan qidalar yeyilmədiyi halda bədbinlik yaradır.

İnsulin müqavimətinə səbəb olur

Orqanizmimizdəki ən əhəmiyyətli hormonlardan biri olan insulin qan şəkərini tarazlaşdırmağa kömək edir. İnsulin müqaviməti qandakı şəkərin hüceyrə içərisinə girməsi nəticəsində istifadə edilə bilməməsi deməkdir. İnsulin müqaviməti yaranan şəxslərdə də metabolik sindrom, piylənmə, diabet və ürək-damar xəstəlikləri riski artır.

Sağlamlıq     Baxılıb: 2169   Tarix: 30 oktyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

geyim şəkilləri gözəllik məhsulları yay kolleksiyasi qadın kosmetika şəbəkə sənəti seksual hereketler zirincin faydaları kosmetika insan bayraq novruz hakısdası klitor arıqla