Boğazımıza əzab verən - Faringit

Boğazımıza əzab verən - FaringitEl arasında belə bir deyim var: "Qışda istəyirik yay gəlsin, yayda istəyirik qış gəlsin". Təbii ki, bu deyimin yaranmasının və bu qədər populyarlaşmasının səbəbləri var. Başlıca səbəb isə hər fəsildə, həmçinin, bu iki fəsildə mövsümi xəstəliklərin yayılmasıdır. Təqvim ilinə əsasən qış fəslinin başlanğıcı dekabr ayı hesab olunur və yanvar, fevral ayları ilə davam edir. Azərbaycanda bütün fəsillər kimi, qış da sürpriz bir məqamda həyatımıza daxil olur. Birdən-birə havalar soyuyur, soyuq, üstəlik də sərt küləklər əsməyə, mövsümi yağışlar yağmağa başlayır. Biz isə payız geyimlərimizi çıxarmamış soyuğun qəfil ovuna düşürük. Elə buna görədir ki, qışda xəstələnəndə ətrafımızdakılardan belə reaksiya alırıq: "Yəqin ki, soyuq dəyib". Bəs, "soyuq xəstəlikləri" hansılardır və özümüzü onlardan necə qorumalıyıq?
Ən çox qarşılaşdığımız və soyuqdəymə kimi qəbul etdiyimiz xəstəliyin isə mütəxəssislərə görə, 200-dən artıq əlamətləri var. Viruslarla "qarşılaşdıqdan" 24-72 saat sonra boğazda ağrı, quruluq və qaşınma hissindən sonra sürətli burun axması, burun tutulması, asqırma, öskürək və halsızlıq meydana gəlir. Bir çox virus soyuqdəyməyə səbəb olduğundan müalicəsində əlamətlərinə görə ağrıkəsicilər və dərmanlar istifadə edilir. Yoluxma xəstə insanların öskürməsi və asqırması zamanı havaya saçılan damcıların havada qalması, xəstə insanların sekresiyaları ilə çirklənmiş əllər və əşyalarla birbaşa təmas zamanı ötürülür. Ona görə soyuqdəymədən qorunmaq üçün təmizlik ilk şərtdir.
Havaların dəyişməsi ilə bərabər şikayət edilən xəstəliklərdən biri də boğaz ağrısıdır. Bəs boğaz ağrısının yaranmasına nə səbəb olur? Boğaz ağrısını sağaltmaq üçün nə etmək lazımdır?
Udlağın iltihabı olan faringitə insanların əksəriyyətində rast gəlinir və müddətinə görə iki növü var. Əgər yeni yaranmış və şiddətli şikayətlər verirsə kəskin, uzun müddət davam edirsə və xəstədə çox güclü şikayətlər vermirsə xroniki faringit adlanır.
Kəskin faringit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur və səbəbi daha çox viruslardır. Xroniki faringitin yaranmasında isə əsasən qıcıqlandırıcı faktorlar rol oynayır. Siqaret istifadəsi, alkoqol qəbulu, allergiya, postnazal axıntı, quru və kirli hava mühiti, burun tıxanıqlığına səbəb olan faktorlar, reflüks, çox isti və soyuq qidalar, boğaz təmizləmə refleksinin tez-tez təkrarlanması, diş və badamcıq iltihabı bu faktorlardandır.
Faringit boğazın "pharynx" (udlaq) adlanan hissəsinin iltihabıdır. Kəskin faringitdə xəstənin şikayətləri qabarıqdır. Boğazda ağrı, udqunma çətinliyi, boğazda quruluq, yanma, qaşınma hissi, temperatur, öskürək kimi şikayətlər olur. Boyunda limfa düyünlərinin böyüməsi, burun tıxanıqlığı, burun axıntısı, başağrısı, halsızlıq kimi şikayətlər də müşahidə oluna bilər. Xroniki faringitdə temperatur, halsızlıq, süstlük kimi şikayətlərə rast gəlinmir. Boğazla bağlı şikayətlər yüngüldür, ancaq uzun müddət davam edir. Boğazda quruluq, yanma, qıcıqlanma, yad cisim qalma hissi, udqunma pozğunluğu kimi şikayətlər ola bilər. Qıcıqlandırıcı öskürək olur.
Əgər sizdə də yuxarıda qeyd olunan əlamətlər varsa, rahatlıqla FonSEPT sorma tabletlərində istifadə edə bilərsiniz. FonSEPT sorma tabletləri boğazın müxtəlif infeksion və iltihabi xəstəlikləri zamanı ağrıkəsici və öskürək əleyhinə təsir göstərir. Tərkibinə daxil olan təbii komponentlər anında hərəkət edərək ağrıları aradan qaldırır və boğazdakı infeksiya ilə mübarizə aparır. Boğaz ağrısını sakitləşdirir.
FonSEPT bitki tərkibli sorma tabletlərin 4 növü var:
FonSEPT limon tamlı sorma tablet (bal, propolis, exinaseya)
FonSEPT nanə tamlı sorma tablet (mentol, nanə,evkalipt)
FonSEPT naringi tamlı sorma tablet (zəncəfil, zərdəçal, ardıc)
FonSEPT portağal tamlı sorma tablet (biyan kökü, vitamin C, sink)
FonSEPT sorma tabletlərinin bütün növləri bitki tərkibli olduğu üçün istifadəsi tam təhlükəsizdir.
İstifadə qaydası: Böyüklər üçün: 1 tablet gündə 5-6 dəfə təyin olunur. Tabletləri ağızda tədricən sormaq lazımdır.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Sifariş və məlumat üçün:
*7700
+994 77 603 77 00 (WhatsApp)
aptekonline.az / milli.az

Xəbərlər     Baxılıb: 960   Tarix: 20 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim dəbləri sac duzumleri kosmetik vasiteler vətən haqqında inşa yay kombinleri 2026 2026 yaz yay kolleksiyasi kolbasa hazirlanmasi kosmetika novruz bayramına aid bakışta qogal kondom nedir cinsi brusell bakteriyası