Botoksdan da təsirli MASKA
İllər keçdikcə dərimizdəki elastiklik azalır və ətraf mühitin təsiri ilə yavaş-yavaş qocalır. Dərinin qocalmasının qarşısını almaq və qırışları azaltmaq üçünsə müxtəlif vasitələrə əl atır, maskalardan istifadə edirik. Ailem.az qırışların qarşısını almaq üçün evdə hazırlana biləcək möhtəşəm bir maska resertini təqdim edir.
Qeyd edək ki, sağlam dərinin sirri düzgün qidalanma, bol su içmək, stresdən uzaq durmaq, daim idman etməkdədir. Bununla yanaşı dərinizə əlavə qulluq kimi evdə hazırlaya biləcəyiniz maskalar da mövcuddur. Əgər botoks etdirməkdən çəkinirsinizsə, bu maskanı mütləq sınaqdan keçirməlisiniz.
RESEPT:
1 yemək qaşığı soda
2 yemək qaşığı saf bal
1 damcı təbii lavanda yağı
1 damcı təbii günlük yağı (Bu yağ Hindistanda və Afrikada yetişən bir ağacın qabıqlarından hazırlanır və apteklərdən əldə etmək olar)
Hazırlanması:
1 - Bal və sodanı krem halı alana qədər qarışdırın.
2 - Lavanda və günlük yağını da qarışıma əlavə edin
3 – Qarışımı təmizlənmiş cildinizə nazik lay şəklində çəkin. Təmiz, isti bir parçayla üzünüzü örtün. Bir neçə dəqiqə ərzində dərinizdəki məsamələr açılacaq.
4 – Dərinizə dairəvi hərəkətlərlə 3-5 dəqiqə masaj edərək maskanı təmizləyin. (Masaj edərkən diqqətli olun ki, dərinizə çox basmayasınız. Qan dövranına və yağın cildə hopmasına şərait yaradın).
5 – İlıq su ilə üzünüzü yuyun.
6- Bu maskadan həftədə 1-2 dəfədən artıq istifadə etməyin.
Maskadan sonra dərini rahatlatmaq üçün gül suyundan istifadə edə bilərsiz.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?