Botulizm

BotulizmBotulizm - müxtəlif tipli bakteriyalar  və onların güclü ekzotoksinləri ilə törədilən ağır qida toksikoinfeksiyasıdır ( zəhərlənməsidir ). Botulizm sporları anaerob şəraitə düşdükdə antigen quruluşuna görə bir-birindən fərqlənən xüsusi ekzotoksin hazırlayır. Xarici mühitdə mikroblar spor şəklində rast gəlinir. Sporlar müxtəlif faktorların təsirinə davamlı olur, 5 saat qaynadılmaya davam gətirə bilir. Ancaq avtoklavlaşdırma zamanı ölürlər. Sporlar torpaqda yaşayır, su və ərzaq məhsulları vasitəsilə insanın bağırsağına düşür və bu yolla xəstəlik törətmədən xaric olurlar. Mikrobla çirklənmiş torpaqdan yaxşı təmizlənməmiş göbələk, meyvə - tərəvəz konservləşdirildikdən az sonra 370 c-də 18-24 saat ərzində sporlar vegetativ formaya kecir və toksin ifraz etməyə başlayır. Son illər botulizmlə xəstələnmə ancaq ev şəraitində konservlşdirilən qidalarla olur. Xəstələr qış və yay aylarında qrup şəklində təsadüf olunur, çox vaxt eyni ailə üzvləri xəstələnir. Hər yaş qrupuna aid şəxslər xəstələnə bilir, təkrari xəstələnmə mümkündür.
Patogenezi:
Botulizmə məxsus əlamətlər ancaq toksin orqanizmə düşdükdə inkişaf edir, yəni insan konservləşdirilmiş ekzotoksinli ərzaq məhsullarını yedikdə xəstələnir. Nadir hallarda toksin mədə-bağırsaq sistemində vegetativ basillər tərəfindən hazırlanır. Toksin orqanizm daxil olandan sonra onurğa beynin hərəki sinir mərkəzlərinin hüceyrələrinə təsir göstərir.Sinapslarda asetilxolin sintezini xeyli zəiflədir, nəticədə parez və iflic əmələ gəlir. Tənəffüs əzələlərinin daxili və xarici qabırğaarası və döş əzələlərinin, diafraqmanın iflici ən görkəmli və qorxulu təzahürü olur. Xəstəlik adətən kəskin tənəffüz çatışmazlığı törədir. Bu botulizmdə ölümün başlıca səbəblərindən biridir. Toksin sinir sisteminin aktivliyini ləngidir, nəticədə simpatik sinir sisteminin daxili orqanlara və toxumalara reflektor təsiri güclənir.
Klinikası:
Botulizmin klinik əlamətləri müxtəlif olsa da 3 sindromla cəmləşir:
1. Paralitik
2. Dispeptik
3. Ümumi intoksikasiya
Botulotoksin bütün orqanizmə təsir göstərir, ağırlıq dərəcəsinə görə yüngül, orta-ağır və ağır formaları ayırd edilir. İlkin əlamətləri mədə-bağırsaq pozğunluqları, qusma, ishal, qarında ağrılardır. Xəstədə görmə qabiliyyəti pozulur, gözlərinin qabağında tor gördüklərini deyirlər.
Diaqnoz klinik mənzərəyə əsasən, laborator göstəricilərə əsasən qoyulur.
Müalicəsi:
Ilk növbədə botulotoksini neytrallaşdırmaq lazımdır. Xəstəyə toksin əleyhinə antitoksin zərdabı vurulur. Toksini orqanizmdən kənarlaşdırmaq üçün vacib şərt mədə-bağırsağın təmizlənməsidir. Xəstələrə antibiotik təyin edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1953   Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi