Boy qısalığında məsləhətlər

Boy qısalığında məsləhətlərFiziki inkişafın və boyun ləngiməsi orqanizmdə somatotrop hormonunun kifayət qədər olmaması nəticəsində meydana çıxır.
Boy qısalığının səbəbləri:
- İrsi səbəblər - ata və ananın qısaboylu olması
- Qeyri-düzgün qidalanma
- Düzgün olmayan həyat şəraiti
- Bütün endokrin vəzlərə nəzarət edən və baş beyində yerləşən hipofiz vəzin bətndaxili dövrdə zədələnməsi.
- Kəllə-beyin travmaları
- Hipofiz və onu əhatə edən törəmələrin şişləri
- Siflis, sarkaidoz, vərəm kimi xəstəliklər
- Ağır mədə-bağırsaq, böyrək, qan xəstəlikləri
- Ağır idman növləri
- Zərərli vərdişlər.
Anadangəlmə qısaboyluluqda uşağın çəkisi və boyu yaşıdlarından geri qalmır. İlk əlamətlər 2-3 yaşlarında özünü büruzə verir. İllik boy artımı normada 7-8 sm olduğu halda bu uşaqlarda 3-4 sm təşkil edir. Boy inkişafı ləngisə də bədən proporsiyaları saxlanılır. Bunlarla yanaşı skeletin sümükləşməsinin zəifləməsi, diş cərgəsinin pozulması, əzələ sisteminin zəif inkişafı kimi əlamətlər müşahidə olunur.
Xroniki iltihabi xəstəliklər, stress kimi faktorlar da fiziki inkişafın ləngiməsinə səbəb olan amillərdəndir.
Bütün bu faktlarla yanaşı qidalanma da fiziki inkişafın ləngiməində önəmli yerlərdən birini tutur. Zülal əksikliyi xüsusilə uşaqlarda boy inkişafını ləngidən əsas faktorlardan biridir. Orqanizmin zülal ehtiyacını ödəmək üçün gündəlik qida rasionunda ət, balıq, paxlalılar, yumurta, qoz-fındıq kimi məhsullar artırılmalıdır. Tərkibində külli miqdarda yod (xurma, dəniz məhsulları), dəmir (qarabaşaq, qaraciyər, göbələk, alma), kobalt (kişmiş, sarımsaq, kalmar), kalsium (süd, qatıq, kəsmik, portağal, əncir) olan məhsullar da boy inkişafını sürətləndirən qidalar sırasındadır.
Boy hormonunun sintezini artıran və qısaboyluluğun qarşısını alan xalq təbabəti üsulları:
- 1 qram arı südü 20 ml 40 faizli spirtdə həll olunur. 10 gün müddətinə qarışıqdan 3-6 damcı qəndin və bir damla balın üzərinə damızdırılıb yeməkdən yarım saat əvvəl dil altında sorulur. Vəziyyətdən asılı olaraq fasilələrlə 3-12 kurs təkrarlamaq olar. İstifadə müddətində arı südü bəlğəmin xarakterini durulaşdırdığına görə tutmaşəkilli öskürək yaradarsa doza yarıbayarı azaldılmalıdir. Orqanizm öyrəşdikdən sonra doza 1-2 damcı olmaqla gündəlik artırılır.
- Hərəsindən 75 qram kəklikotu və qoz yarpaqları, 100 qram xəndəkotu kökü götürülür, qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı, 2 stəkan qaynar suda axşamdan səhərə qədər termosda dəmlənir, süzülür. 50 ml gündə 4 dəfə yeməkdən yarım saat əvvəl daxilə qəbul edilir.
- Hərəsindən 1 çay qaşığı xıradlanmış gicitkən yarpağı, zəncirotu yarpağı, adi mərcangilə götürülür, qarışdırılır. Emallı qabda üzərinə 0,5 litr distillə suyu əlavə edilir, 5-6 dəqiqə zəif odda qaynadılır, 30 dəq. dəmlənir, süzülür. Hər gün təzə dəmləmək şərtiylə 21 gün müddətində gündə 2-3 dəfə olmaqla yeməkdən 20 dəq əvvəl 1/2 stəkan daxilə qəbul edilir. 14 günlük fasilədən sonra müalicə kursu təkrar olunur.
- 1/2 çay qaşığı gicitkən kökü,  hərəsindən 1/3 çay qaşığı zəncirotu kökü, itburnu meyvəsi, istiotli nanə yarpağı götürülür, qarışdırılır, üzərinə 0,5 litr su əlavə edilir. Emallı qabda zəif odda 15 dəq bişirilir, 2-3 saat qaranlıq otaqda dəmlənir, süzülür. Daha sonra 1/3 çay qaşığı çobanyastığı çiçəkləri, hərəsindən 1/2 çay qaşığı olmaqla dəvədabanı və bağayarpağı yarpağı üzərinə 0,5 litr qaynar su əlavə edilərək termosda bir saat dəmlənir, süzülür. Daha sonra alınan dəmləmə ilə süzülmüş hazır bişirmə qarışdırılır, zəif odda qızdırılır qaynayan kimi ocaqdan götürülür üzərinə 4 xörək qaşığı təbii bal əlavə edilir, bal əriyənədək qarışdırılır. Yeməkdən yarım saat əvvəl 1/4 stəkandan gündə 3 dəfə daxilə qəbul edilir. Müalicə kursu 3 həftədir. 2 həftəlik fasilədən sonra kurs təkrar edilə bilir.
Boy qısalığında istifadə olunan vannalar
- Hərəsindən 0,5 kq şam qozası, iynə yarpaqları və budaqları götürülür, üzərinə 3 litr su əlavə edilir, zəif odda yarım saat bişirilir, ocaqdan götürülərək 12 saat dəmlənir, süzülür. Vannaya isti su tökülür, süzülən bişirmə üzərinə əlavə edilir. 8-10 dəq müddətində həmin vannada uzanılır.
- Bir dolu ovuc adaçayı yarpaqları götürülür üzərinə 3 litr su əlavə edilir, ağzı bağlı qabda zəif odda 30 dəqiqə qaynadılır, ocaqdan götürərək yarım saat dəmlənir, süzülür. Vannaya 36-38 dərəcə su tökülür, süzülən dəmləmə üzərinə əlavə edilir. 15-20 dəq müddətində həmin vannada uzanılır. Vannaların növbəli qəbul edilməsi məsləhətdir.
Boy qısalığında istifadə olunan məcunlar
- Tumları çıxarılmış İran xurması, üyüdülmüş güldəfnə toxumu, zəncəfil, darçın və bal eyni miqdarda götürülür. Qarışdırılır, buxar vannasında isidilir və üzərinə keçi südü əlavə edilir. Gün ərzində yeyilir.
- 10 ədəd xırdalanmış İran xurması, 1 çay qaşığı toz zəncəfil, 1/8 çay qaşığı hil, bir çimdik zəfəran qarışdırılır, bir litirlik şüşə qabda  qarışdırılır, ağzı bağlı olmaq şərtiylə 2 həftə isti şəraitdə saxlanır. Səhər acqarına yeyilir.
- Hərəsindən 50 qram qoz, badam, fındıq ləpəsi, əncir, ərik, qara gavalı qurusu götürülür ət çəkən maşından keçirilir üzərinə 50 qram çiçək tozu və 1 stəkan təmiz bal və ya keçibuynuzu bəkməzi əlavə edilir, qarışdırılır. 1 çay və ya xörək qaşığı gündə 1 dəfə səhər acqarına yeyilir.
Mənbə: Herba Flora jurnalı
Milli.Az

Xəbərlər     Baxılıb: 1105   Tarix: 20 avqust 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

kosmetika mehsullari gözəllik məhsulları qis geyimləri 2026 qonaq otagi dizaynlari hamilələrin qidalanması sabir haciyev sac uzadan maskalar kosmetika sekisler qaynana hakista hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qogal dieta