Böyrək daşını əridir, şəkəri azaldır, dəridəki ləkələri aparır

Böyrək daşını əridir, şəkəri azaldır, dəridəki ləkələri aparırCəfəri şirəsi çox güclü təsirə malik olduğu üçün onu təmiz halda hеç vaxt 30-60 qramdan artıq istifadə еtmək olmaz. Yaxşı olar ki, qеyd olunan doza kök, kahı, ispanaq şirəsi ilə qarışdırılaraq qəbul еdilsin.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutundan Milli.Az-a bildiriblər ki, cəfəri şirəsi ilə müalicə oluna bilən xəstəliklərin sayı kifayət qədər çox və müxtəlifdir. Cəfərinin xam, təzə çəkilmiş şirəsi oksigеn mübadiləsini yaxşılaşdırır, böyrəküstü və qalxanabənzər vəzilərin normal funksiyasını təmin еdir. Digər tərəfdən bu şirədə olan еlеmеntlər qan damarlarını, kapilyarları, artеriyaları möhkəmləndirir.
Cəfəri şirəsi tərkibində olan vitaminlərə görə digər şirələrdən üstündür. Onun tərkibində orqanizmi cavan saxlayan retinol, nikotin turşusu, beta-karotin, B qrup vitamin, fol turşusu, K , H, E və C vitaminləri var. Bu bitki bioflavonoidlər, efir yağları, mineral maddələrlə: kalsi, maqni, sink, marqans, kalium, fosfor, mis və natrum ilə zəngindir.
Yarpaqlarının şirəsi daha faydalıdır. Tərkibində olan maddələrə görə cəfəri sidik-ifrazat sisteminin xəstəliklərində faydalıdır, iltihabı aradan qaldırır, ödemlərin qarşısını alır. Cəfəri şirəsinin requlyar olaraq qəbulu böyrək və sidik kisəsi daşlarını və duzlarını əridir. Cəfəri yarpaqlarının şirəsi qalxanabənzər vəzinin, böyrəküstü vəzinin funksiyasını normallaşdırır, şəkərin miqdarını azaldır, mikrob və parazitləri məhv edir.
Cəfəri şirəsinin həzm sisteminə də böyük faydası var. O, həzmdə iştirak edən fermentlərin ifrazını, bağırsaqların peristaltikasını artırır, disbakteriozu aradan qaldırır, mədə-bağırsaq pozulmalarının qarşısını alır. Həmçinin cəfəri şirəsi hipoasid qastritlərdə faydalıdır.
Cəfəri şirəsi damarların vəziyyətinə müsbət təsir göstərir, onların möhkəmliyini və elastikliyini qoruyur, trombların yaranmasının qarşısını alır, orqanizmdən duzları, artıq mayeni və toksiki maddələri xaric edir.
Dəridə olan ləkələrin, qızartıların, qırışların qarşısını almaq üçün cəfəri şirəsindən istifadə etmək olar. Onun dəriyə olan faydası iltihabəleyhinə, regenerasiya, bakteriosid, ağardıcı və qidalandırıcı xüsusiyyətinə əsaslanır.
-Piqment ləkələrdən azad olmaq üçün cəfəri şirəsi problemli nahiyələrə sürtülür və dəridə tam quruyandan sonra su ilə isladılmış tamponla silinir.
-dərini təravətləndirmək və elastikliyini artırmaq üçün 1:6 nisbətində cəfəri və sudan hazırlanmış buz parçaları ilə dəri silinir.
-gözdə olan şişkinliyi və yorğunluğu aradan qaldırmaq üçün cəfəri şirəsinə batırılmış pambıq göz qapaqlarının üstünə 15 dəqiqə qoyulur.
-yumurta sarısı, xama və cəfəri şirəsindən ibarət maska ağardıcı və qidalandırıcı təsirə malikdir.
Cəfəri şirəsi güclü təsirə malik olduğundan onu ilıq su, kök və ya xiyar şirəsi ilə qarışdırmaq məsləhətdir. Şirəni hazırlandıqdan dərhal sonra qəbul etmək lazımdır.
Bu bitkinin şirəsinin hamilələr tərəfindən qəbul edilməsi əks göstərişdir. Çünki cəfəri şirəsi uşaqlıq əzələlərinin fəaliyyətinə təsir edərək vaxtından əvvəl hamiləliyin pozulmasına səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1007   Tarix: 31 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq